reklam

Manşet

AXCP sədri Əli Kərimli :"Bəs İlham Əliyev deyirdi, hər şeydən xəbəri var"

Yazar Unknown 20 Kasım 2015 Cuma 0 yorum
Ali Karimli (Əli Kərimli)AXCP sədri Əli Kərimli : Yaxşı, başa düşdük ki, Milli Təhlükəsizlik Nazirliyində, yaxud Rabitə Nazirliyində mütəşəkkil dəstə formalaşıb. Bəs niyə dövlətin başqa qurumları bundan xəbər tutmayıb? On il ərzində bu adamlar insanlara zülm ediblər, reketlik yoluyla yüzlərlə, minlərlə insanın sərvətini əlindən alıblar, onları şərləyiblər, bəzilərini öldürüblər, işgəncə veriblər. Niyə görə dövlət orqanları işləməyib? Hara baxırdı Prezident Aparatının Dövlət və Hüquq Şöbəsi? Nə zaman ləğv olunub prokrorluğun o səlahiyyəti ki, Milli Təhlükəsizlik orqanlarında qanunçuluğa nəzarət etsin? Axı bu, prokrorluğun birbaşa vəzifəsidir. Dövlət başçısı niyə bunlardan məlumatsız olub? Axı bir müddət əvvəl İlham Əliyev deyirdi ki, Azərbaycan balaca ölkədir, burada hamı hamını tanıyır və hər şeydən hamının xəbəri var.

Hiç yorum yok: