reklam

Manşet

Qınimət Zaidov:""Türkiyə Rusiyadan üzr istəməlidir" deyən ziya(n)lılarımıza görə çox üzüldüm"

Yazar Unknown 27 Kasım 2015 Cuma 0 yorum
"Ganimat ZayidovTürkiyə Rusiyadan üzr istəməlidir" deyən ziya(n)lılarımıza görə çox üzüldüm. Ayıbdır vallah! Türk şəhidlərinin qanı bahasına erməni-rus birliklərindən xilas edilmiş və Azərbaycana qaytarılmış Bakı şəhərində yaşadığınızı unudursunuz?! Bakıda, Şirvanda, Qarabağda, Qubada, Gəncəbasarda... erməni soyqırımından bizi qorumaq üçün dağlardan aşıb gələn türk əsgərlərinin, subaylarının haqqını nə tez yedik biz?! Azərbaycanın Türkiyədən başqa təbii və sədaqətli qardaşı varmı?! Dostu varmı?! Bəziləri deyir: "Türkiyə Rusiyadan üzr istəməlidir". Heyrət edirəm, Bəlkə Azərbaycan da işğal olunmuş ərazilərinə görə Rusiyadan və onun maşası olan Ermənistandan üzr istəsin?! Bunu təklif edirsiniz? Bəlkə Suriyadakı Bayırbucaq türkmənləri - bizim canbir, qanbir qardaşlarımız başlarına yağdırılan bombalara xərc çəkdiyinə görə Rusiyadan üzr istəsin?! Türkiyə sərhəddini pozan rus bombardmançısını vurub, amma ruslar Ukrayna səmasında sərnişin təyyarəsini vurdular, yadınızda varsa. Siz yaxşısı budur, Rusiyadan tələb edin sərhəddini pozduğu Türkiyədən, günahsız vətəndaşlarını qırdığı Ukraynadan, təyyarəsini vurduğu. insanlarını öldürdüyü Malayziyadan, Hollandiyadan... üzr istəsin. Türkiyənin üzr istəməsini tələb edən azərbaycanlı ziya(n)lılar, böyük Çingiz Aytmatovun "Əsrdən uzun sürən gün" romanını açıb bir daha oxuyun! Bir ananın övladını anasını oxlayacaq qədər manqurtlaşdıranları bir daha tanıyın. Bu çətin gündə qardaş xalqın, dövlətin - Türkiyənin yanında olun, qarşısında yox".

Hiç yorum yok: