reklam

Manşet

"Yeni ilin ilk rübündə hakimiyyət daxilində yüksək vəzifə tutan bir neçə məmur istefaya göndəriləcək. Artıq onlara xəbərdarlıq da edilib. Bir neçə komitə və nazirliyin birləşdirilməsi də gündəmə gəlib. Vəzifədən çıxarılan həmin məmurların isə məsuliyyətə cəlb olunması istisna deyil".
Arqument.Az-a daxil olan ilginc məlumatda bildirilir ki, istefaya göndəriləcək nazirlərin içərisində adı çəkilən ilk şəxs vergilər naziri Fazil Məmmədovdur.
Mənbə bildirir ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefaya göndərilməsi və məlum "MTN olayları" bir neçə naziri və komitə sədrini ciddi qorxuya salıb. Həmin nazirlərin də sabiq MTN şefi kimi korrupsiya və talançılıqla məşğul olması hakimiyyət daxilində ciddi müzakirələrə səbəb olub.
Ölkə başçısı İlham Əliyevin hökumətin iclasında sahibkarların incidilməsi və sahibkarlığın sıradan çıxarılması ilə bağlı çıxışı isə təkcə Eldar Mahmudova mesaj olmayıb, bu çıxış həm də sahibkarlara vergidən əlavə qeyri-qanuni "haqq" qoyan Fazil Məmmədova xəbərdarlıq kimi qiymətləndirilib.
Məlumatı verən mənbənin sözlərinə görə, vergilər naziri də ən azından Mahmudov qədər sahibkarlığa zərbə vururb. Məhz bundan sonra ölkə başçısı iş adamlarından vergilərin və əlavə pulların toplanmasını dayandırmağı tələb edib.
Fazil Məmmdovun niyə Eldar Mahmudovla eyni vaxtda istefaya göndərilmədiyinə gəlincə, mənbə bildirib ki, hakim komanda eyni vaxtda iki iri ranqlı nazirin sıradan çıxarılmasını həmin ərəfədə münasib bilməyib və bunun hakimiyyət daxilində ajiotaj yaradacağını nəzərə alıb.
"Yeni ildə Azərbaycan ictimaiyyətini sürpriz xəbərlər gözləyir. 2016-ci ilin ilk rübündə Fazil Məmmədovun və bir neçə məmurun istefaya göndərilməsi qaçılmazdır", - mənbə bildirib.

Hiç yorum yok: