reklam

Manşet

Eldəniz İsmayıloğlu.Gələcək nəsillərə məsləhətim.

Yazar Unknown 6 Ocak 2016 Çarşamba 0 yorum
Eldeniz MollayevƏziz gənclər,mənim sizə bircə məsləhətim var,çıxın gedin bu ölkədən.                                                     Bir vaxtlar biz də sizin kimi gənc idik,xəyallarımız,arzularımız var idi.Bütün gəncliyimiz bu ölkədə bir şeylərin dəyişəcəyini gözləməklə keçdi.Lakin heç nə dəyişmədi və biz artıq gənc deyilik,canımızda artıq əvvəlki kimi enerji yoxdur,xəyallarımızın,arzularımızın gercəkləşəcəyinə olan ümidimiz də getdikcə sönməkdədir.Ömrümüzün böyük bir hissəsi YAP hökümətinin yıxılacağını və yaxud da düzələcəyini gözləməklə keçdi.Bir vaxt gələcək siz də bizim kimi hüsrana uğrayacaqsınız,belə ki sizin də bütün xəyallarınız suya düşəcək.Nə qədər ki,cavansınız,canınızda enerji,gümrahlıq var,gedin xarici ölkələrə,təhsil alın,iş qurun və insan kimi yaşayın.                               Əlbəttə ki,hər insana öz vətəni,öz yurdu,yuvası əzizdir və heç kim qürbətdə yaşamaq istəməz,lakin unutmayın ki,həyat da insana bir dəfə verilir(dinlərin boş-boş nağıllarına da inanmayın) və hər insan onu istədiyi kimi yaşamaqda özgür olmalıdır.                                                                                               Bir zaman gələcək,siz də bizim kimi,niyə getmədiyinizə peşman olacaqsınız.Çünki şəxsən mən artıq bu millətin bu hakimiyyəti dəyişəcəyinə və ya bu hakimiyyətin özünün düzələcəyinə inanmıram.Umarım bu millət və ya bu hakimiyyət məni yanıldar.                                                                Sizin xaricə getməyiniz,orda təhsil almğınız,öz intellektinizi artırmağınız,gələcəkdə bu millət üçün də faydalı olar.Yəni bəlkə siz nə vaxtsa bu ölkəyə gəlib(və ya sizin övladlarınız) nəsə edərsiniz,bir şeyləri dəyişərsiniz.Başqa cür bu millətin düşdüyü bu ağır vəziyyətdən çıxış yolunu,mən hələki görmürəm.                                                                                                                                                       P.S. Başqa çıxış yollarını görənlər varsa,buyurub aşağıdakı yorumlar bölməsinə yaza bilərlər.                                                                                                                     

Hiç yorum yok: