reklam

Manşet

Gültəkin Hacıbəyli.Azərbaycan iqtisadiyyatı bir ildə iki dəfə geriləyib.

Yazar Unknown 6 Ocak 2016 Çarşamba 0 yorum
Gültəkin HacıbəyliDünya Bankının bu gün yaydığı hesabata görə 2016-cı ildə Gürcüstanda 3%, Ermənistanda 2,2%, Azərbaycanda isə cəmi 0,8% iqtisadi artım gözlənilir. Yəni, iqtisadi inkişafa görə Gürcüstandan 4 dəfə, Ermənistandan isə 2,5 dəfə geri qalırıq. 2014-cü ilin göstəricilərinə görə Azərbaycan 74 milyardlıq ÜDM-la dünyanın 69-cu iqtisadiyyatı olub. 2014-cü ildə büdcəmiz 25 milyard dollar idisə, bu il 10 milyard dollardan da azdır. Ümumdaxili məhsulumuz uyğun olaraq azalıb 30-35 milyard dollar səviyyəsində qərar tutacaq. Bu, dünya iqtisadiyyatı sıralamasında haradasa yüzüncü yerdir. Bunu əlahəzrət faktlar deyir. Milli Məclisin Komitə sədri Səməd Seyidov isə başqa şeyləri deyir. O deyir ki, Azərbaycan Böyük 20-lərin üzvüdür! Bu xoşbəxt hadisə nə vaxt baş verdi, biz niyə xəbər tutmadıq, hökumət niyə təvazökarlıq edib dünya tarixində analoqu olmayan bu uğurunu xalqdan gizlədib? Ancaq, yəqin mən diliqafildən fərqli olaraq xalqımız bu xəbəri bilib ki, sevincindən dünyanın dördüncü xoşbəxt xalqı olub! Xalqımızı da, hökumətimizi də, Səməd müəllimi də təbrik edirəm!                    

Hiç yorum yok: