reklam

Manşet

Azadlıq qəzeti.Azad sözü yaşatmaq asan başa gəlmir

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Fəaliyyətimizi davam etdirmək, xalqa hər gün 16 səhifəlik həqiqət daşımaq üçün ayaqda qalmalıyıq. Sonuncu devalvasiya bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də öz “küləyini” əsdirdi. Manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur.
Bəli, biz aylarla maaş almadan, Nəşriyyatın 9-cu mərtəbəsində yağış suları içində, komfortsuz, köhnə texnika ilə işləyə bilərik. Amma işimizin nəticəsini hazır məhsula çevirib alıcıların seçiminə təqdim edə bilmək bizdən asılı deyil. Yəni qəzetin qiymətini kollektivin iradəsindən kənar amillər müəyyən edir.
Oxucularımız “Azadlıq”ı dəfələrlə çətin vəziyyətdən qurtarıb, qəzetin önəmini başa düşdüyünü sübut edib. İnanırıq ki, sədaqətli oxucularımız bu dəfə də bizi anlayışla qarşılayacaq – qəzetin qiymətini artırmaq məcburiyyətində qaldıq. Bu gündən “Azadlıq”ı 60 qəpiyə almalı olacaqsınız.
Başa düşürük ki, bu, oxucularımızın büdcəsinə mənfi təsir göstərir. Heç də asanlıqla vermədik bu qərarı. Sadəcə, başqa yolumuz yoxdur. “Azadlıq” ya dayanmalıdır, ya da ölkəni ağuşuna alan sosial-iqtisadi tənəzzülün tempinə uyğun olaraq yaşamaqda davam etməlidir. Biz davam qərarı verdik – fədakar oxucularımıza güvənərək...

Hiç yorum yok: