reklam

Manşet

Qurban Məmmədov.Hakimiyyət deyəsən dövləti idarə etmək istəmir

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Qurban MəmmədovHakimiyyət deyəsən dövləti idarə etmək istəmir. Buraxıblar ALLAH(c.c)ın ümidinə.
Manat ölməkdə, korrupsiya davam etməkdə, rüşvətlər alınmaqda, monopoliya əvvəlki kimi, gömrük öz soyğunçuluğunda, məhkəmələr qanunsuz qərarlar çıxartmaqda...
Millət ümidsiz, xalq pərişan, müxalifət arxasız, rejim iflic, hamı gözləmədə...
Ancaq nəyi gözləyirik?
Hakimiyyət təcili islahatlar aparmalıdır. Nə qədər demək olar?
1. Monopoliya götürülməli.
2. Gömrükdəki "şapka"lar yığışdırılmalı, gömrük işləmləri asanlaşdırılmalı və sürətləndirilməli,
3. İstehsalla, mal və xidmət ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslər, iş adamları azı 5 il müddətinə bütün vergilərdən və yoxlamalardan azad edilməli.
4. "Paket əmək haqqı" sisteminə son qoyulmalı,
5. Dolların satışına limit qoyulmalıdır. Yalnız istehsalla məşğul olanlar və mal, xidmət ixrac edənlər, nəğd olmadan istədikləri qədər xarici valyutanı bank köçürmələri vasitəsilə ala bilərlər.
6. Məhkəmələrdəki rüşvətxorluğa dərhal son qoyulmalıdır. İslahatların və indiki faciəli durumdan xilasın ən vacib həlqəsi məhkəmə islahatlarıdır. Bu sahənin qaydaya düşməsi arxasınca bütün sistemin normallaşmasına səbəb olacaqdır.
7. Bütün Respublika miqyasında, həm hündür mərtəbəli çox mənzilli binalardakı yeni mənzillər, həm də qanuni sənədləri olmayan köhnə tikililər və mübahisəsiz 6 ildən artıq faktiki istifadədə olan torpaq sahələri, dərhal ƏMDK DƏDRX-də qeydiyyata alınıb əmlak vergisinə və sığorta prosesinə cəlb edilməlidir.
8. Kənd təsərrüfatının real inkişaf etdirilməsi üçün ciddi subsidiyalar ayrılsın və bu sahədə ictimai nəzarətin şəffaflığı təmin edilsin. Kənd təsərrüfatı mallarının ixrac edilməsinə dövlət dəstəyi və dövlət nəzarəti gücləndirilsin.
9. Dənizin, göllərin və çayların sahilyanı yaşayış məntəqələrinin sakinlərinə balıqçılıq üçün, dağ kəndlərimizin sakinlərinə isə ovçuluq üçün imkan yaradılsın.
10. Neft istehsalında ictimai nəzarəti təmin etmək məqsədilə xüsusi qrup yaradılsın.
11. Tək analar, işləməyən uşaqlı ərsiz qadınlar, 65 yaşdan yuxarı təqaüdçülər, birinci qrup əlillər, aztəminatlı ailələr, vaxt itirmədən, dəqiq qeydiyyata alınaraq ünvanlı sosial yardımla təmin edilsinlər.
12. Tələbələrin işlə təmin edilməsinə şərait yaradılsın, onlara təhsil haqqının ödənilməsində on il möhlət verilsin.
13. Respublika miqyasında aliment öhdəliklərinin icrasına ciddi nəzarət edilsin, dayandırılması qanunla zəruri olmayan məhkəmə qətnamələrinin qeyd-şərtsiz icrası təmin edilsin.
14. Vergi öhdəliklərinin icrasına nəzarət artırılsın və vergi qanunvericiliyini pozmağa görə nəzərdə tutulan cəzaların dönməzliyi, qaçılmazlığı təmin edilsin.
15. İstehsalla bağlı olmayan, həyati əhəmiyyət daşımayan bütün layihələrin icrası təxirə salınsın.
16. Banklarla vətəndaşlar arasında 21 dekabr 2015-ci ilədək bağlanmış kredit müqavilələri üzrə şərtlərə yenidən baxılsın və müqavilələrə real vəziyyətə uyğun dəyişikliklər edilsin.
17. Respublikamızda olan bütün fondlardakı (onların adı fonddur, əslində dövlət müəssisələrindən və özəl firmalardan müxtəlif qanunsuz yollarla alınan pulların leqallaşdırılması orqanıdır) pul vəsaitləri dövlət xəzinəsinə transfer edilsin və müvəqqəti olaraq bu fondların fəaliyyəti dayandırılsın.
18. Ölkədə qarşılıqlı etimad mühitinin yaradılması, ictimai əminliyin təmin edilməsi məqsədilə, bütün siyasi məhbuslar azadlığa buraxılsın, onlara kompensasiyalar ödənilsin.
19. Qanunların icrası üzərində nəzarət, icra intizamı gücləndirilməli, bu sahədə ciddi cəzalar müəyyənləşdirilməlidir.
20. Mövcud problemlərin müzakirəsi və vəziyyətdən çıxış yollarının axtarılması ilə bağlı, tanınmış mütəxəssislərin və ziyalıların da iştirakilə, hakimiyyətlə müxalifət arasında geniş müzakirələr başlansın.

Hiç yorum yok: