reklam

Manşet

Əli Kərimli yazır

Yazar Unknown 3 Ocak 2016 Pazar 0 yorum
Ali Karimli (Əli Kərimli)“Global Witness” təşkilatı və Xədicə İsmayılın Dövlət Neft Şirkətindəki korrupsiyanı ifşa edən araşdırmasını oxudunuzmu? Araşdırmadan:
- İngiltərənin Global Witness təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.
- Anar Əliyevin biznesi neftlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.
- Naməlum ortaqları olan SOCAR İnternational DMCC şirkəti 2011-2012-ci illər ərzində SOCAR-ın öz neftinin özünə satılmasından 66 milyon dollar əldə edib.
Azərbaycanın neft gəlirlərinin oğurlanmasının detallarını bilmək üçün araşdırmanın özünü oxumaq lazımdır. http://www.azadliq.info/…/38847-azrbaycan-doevlt-neft-irkti…
İndi bildinizmi nəyə görə ARDNŞ-ə 1 tonu cəmi 290 manata başa gələn benzinin 1 tonunu xalqımıza 917 manata satırlar? Dövlət Neft Şirkətinin “xərci” çoxdur axı. Ərk etdiklərindən o artıq “xərc”lərin də yerini qiymət artımı ilə xalqın hesabına doldurmaq istəyirlər.
Gəlin, “Hə, nə olsun? Heç təəccüblənmədik. Bundan betərini də bilirik” kimi axmaq reaksiyalarla özümüzü aldatmayaq. Biz etiraz etmədikcə, hesab sormadıqca dayanmayacaqlar. Bunlar Azərbaycanı yalnız müflis etdikdən sonra, borc içində xalqa qaytarmağı düşünürlər. Etiraz etmək üçün isə yaxşı fürsət var. 15 dekabrda Milli Şuranın qiymət artımına etiraz mitinqinə dəstək verməklə bu soyğunçuluğa etiraz edək!

Hiç yorum yok: