reklam

Manşet

Gültəkin Hacıbəyli.Dollar bahalaşır.

Yazar Unknown 2 Ocak 2016 Cumartesi 0 yorum
Gültəkin HacıbəyliBayram günlərində banklar və valyutadəyişmə məntəqələri işləmir, ancaq mağazalar, marketlər, restoranlar, iaşə obyektləri, xidmət sektoru əvvəlkindən daha gur fəaliyyət göstərir. Əhalin valyuta alıb-satmağa tələbatı da, bayramla əlaqədar artır. Hələ bayramdan əvvəl banklar dolları 1.60-dan alıb 1.72-dən satırdılar. Yəni, yüz dollarda 12 manat qazanırdılar. Azərbaycanda heç vaxt valyutadəyişmədə belə yüksək, az qala 8 faizlik fərq olmamışdı. Bu vəziyyətdə soyulan vətəndaşlar, qazanan isə hakim elitaya məxsus banklar olur. Bayram günlərində banklar işləmədiyindən bazarlıq etmək, uşağını əyləncə yerlərinə aparmaq, xaricə uşağına, xəstəsinə pul göndərmək, müalicəyə getmək, borcunu qaytarmaq və s. məqsədlərlə pul dəyişmək məcburiyyətində qalan vətəndaşlar qara bazara üz tutur. Burada isə vəziyyət daha pisdir. Dolları 1.70-dən alıb 2.50-dən satırlar. Yəni, yüz dollarda 80 manat qazanırlar. Bunu edən kimlərdir? Təbii ki, yenə də qara camaat deyil, əlində dövriyyəyə buraxmaq üçün kifayət qədər vəsaiti olanlar, yəni, yenə də, hakim elitaya daxil olan, yaxud yaxın olan şəxslərdir. İstənilən halda, qara bazardan da, ağ bazardan da qazanan onlar, itirən isə artıq itirməyə bir şeyi qalmamış sadə vətəndaşlarımızdır. Xalqı dilənçi vəziyyətinə gətirib çıxaran oliqarxlarımız hətta bu ağır vəziyyətdə də sadə vətəndaşlarımızın son qəpiyini də əlindən almaq, talan və soyğunçuluq siyasətindən əl çəkmirlər. Xalqımız isə, maşallah, dözür! Axı biz dözümlü xalqıq!                                                                                                                                                            

Hiç yorum yok: