reklam

Manşet

Mühacirətdəki polkovnik İsa Sadıqov Horadiz əməliyyatı haqqında nə düşünür?

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Isa Sadikov's Profile PhotoƏziz dostlar,əziz qazilər.Mən 1993-1994-cü illərdəki qiş əməliyyatına burda toxunmaq istərdim.Əvvəla 1993-1994-cü ilin qış əməliyyatı təkcə Horadizin azad olunmasına hesablanmamışdı.Qış əməliyyatı ərazi bütövlüyünün bərpasına,işğal altında olan bütün torpaqların azad olunmasına və dövlət sərhədlərinin bərpasına hesablanmışdı.Bunlara nail olduqmu? Yox. Eşq olsun o komandirlərə,əsgərlərə hansılar ki, Horadizi və bir neşə kəndi azad etdilər.Bəlli, bu uğurdu, amma çox xırda.Böyük qış əməliyyatının fonunda çox xırda bir uğur. Bu uğurda nə o vaxtki rəhbərliyin nə Əliyev Heydərin uğurundan belə söhbət gedə bilməz.Qətiyyən.Bu uğuru o hərbi hissələrin komandirləri və əsgərləri qazanıb. Və onlara eşq olsun. Amma ümumilikdə götürəndə ,93-94-cü illərdəki qış əməliyyatı tariximizdə ən uğursuz,səriştəsiz və cinayətkar bir əməliyyat idi.Tez tələsik,Əliyev Heydərin əmri ilə,bilavasitə gösterişi ilə keçirilən kompaniyada 5 minə yaxın itki verdik və işğal altında olan torpaqların, heç yüzdə birinidə qaytara bilmədik. Bəlli bu faktdı. Bildiyimə görə, qazi dostlarımızdan bəzileri Əliyev Heydərin qəbrini ziyarət edib.Çox təəssuflər olsun.Ziyarət etməli yer-şəhidlər xiyabanıdı,o əməliyyatlarda canlarından kecən əsgər qardaşlarımızdır.Onları öz məqsədəeri naminə qırğına verənin qəbri ziyarət edilə bilməz,,əziz qazi dostlarım.Siz bilirsiniz ki, tez-tələsik,hazirlıqsız, o qış kompaniyasına başlamağın əmrini Əliyev Heydər vermişdi.Onun səriştəsizliyi nəticəsində tariximizin ən böyük itkisini verdik.Bununla da qələbəyə inamı tamamilə itirdik.Minlərlə itkilər,minlərlə əlillər.Bu idi o əməliyyatın nəticesi.Horadizda uğur qazanan zabit ve əsgərlərin qarşısında baş əyirəm,sizə eşq olsun deyirəm.O qələbəni sizlər qazanıbsınız.Əliyev Heydər yox.Onu ziyarət etməyə ehtiyac yox idi,qəttiyyən.O bizi qırğına verdi,o bizi gözdən saldı,o bizləri düşmənin qarşısında alçaltdı.Allah ona lənət etsin.

Hiç yorum yok: