reklam

Manşet

Qurban Məmmədov.Mən millətimin, dövlətimin gələcəyindən çox, həm də lap çox narahatam!

Yazar Unknown 5 Ocak 2016 Salı 0 yorum
Qurban MəmmədovMənə elə gəlir ki, islam dövlətlərini məhv etmək, neftlə zəngin ölkələri işğal etmək məqsədilə, ilkin mərhələdə Qərbə xidmət edən şəxslər həmin dövlətlərin rəhbərliyinə gətirilir və sonradan onların əlilə də həmin dövlətlərə müdaxilə üçün zəmin hazırlanır.
Baxın:
Səddam Hüseyn--- çevriliş yolu ilə hakimiyyətə gələndə ilk olaraq onu Qərb dəstəklədi. Bir vaxt məlum olsa ki, sən demə, asılan Səddamın oxşarı imiş, özü sağdı, qətiyyən təəccüblənmərəm.
M. Qəddafi--psixi problemləri olduğu bütün dünyaya bəlli idi. Terrorçu idi, çevrilişlə hakimiyyətə gəldi, Qərb onu dəstəklədi, Ağ Evin qarşısında çadır qurdu, Sarkozinin prezident seçkilərini maliyyələşdirdi, müsəlmanların sərvətini Avropalılara yedirtdi, Liviyaya müdaxilə üçün bəhanə verib aradan çıxdı. Öldürülən Qəddafiydimi? Bu da şübhəlidir.
H.Mübarək-- eyni tale. Qərbin kumiri idi. Qanunsuz gəldi, İzrailin əlində oyuncaq oldu, Misiri çökdürmək üçün lazım olan bəhanəni Qərbə verib getdi.
B.Əsəd--oxşar ssenari. Atası Hafiz Əsəd silahlı dövlət çevrilişi ilə hakimiyyəti zəbt etdi. Uzun müddət Qərbin sevimlisi, Avropanın yem bazası oldu, hakimiyyəti atasından dədə malı kimi vərəsəliyə qəbul etdi, müsəlmanların başına açmadığı oyun qalmadı, Qərb uzun müddət ona əl çaldı, yüksək səviyyələrdə qarşılandı, indi də Suriyanı məhv etmək üçün Qərblə, Rusiya ilə birlikdə eyni işi görür: islam dünyasında söz sahiblərindən biri ola biləcək bir müsəlman dövlətini dünya xəritəsindən silir.
Bütün bu diktatorları birləşdirən eyni əlamət göz qabağındadır: hamısı hakimiyyətə qanunsuz gəlib, ilkin mərhələdə Qərb tərəfindən dəstəkləniblər, sonradan da öz ölkələrinə hərbi müdaxilə üçün Qərbə müxtəlif bəhanələr (seçki saxtakarlığı, insan hüquqlarının pozulması, korrupsiya, rüşvətxorluq, söz azadlığının, sərbəst toplaşma azadlığının pozulması, monopoliya və sair kimi) verərək islam dövlətlərini məhv edib, Qərbin yem bazasına çeviriblər.
Gəldiyim nəticə:
Ya Qərb bu dövlət başçılarının psixi xəstəliyindən, xarakter qüsurlarından istifadə edərək öz siyasətini qurur,
ya da həmin dövlət başçılarının ətrafına öz agentlərini yerləşdirməklə onların təsiri ilə həmin liderləri özlərinə sərf edən istiqamətdə çalışdırırlar.
Dostlar, sizcə, islam aləmində nə baş verir?
Müsəlmanlar öz dövlətlərinə sahib çıxa biləcəklərmi?
Bəs Azərbaycanı gözləyən eyni taledən qaça biləcəyikmi?
Yoxsa, gözlərimiz görə-görə, ağlımız dərk edə-edə bu Vətəni əldən verəcək, gələcək nəsillərin də haqqını kimlərəsə qapdıracağıq?
Mən millətimin, dövlətimin gələcəyindən çox, həm də lap çox narahatam!                                                      

Hiç yorum yok: