reklam

Manşet

Gültəkin Hacıbəyli.Ölkədə ciddi böhran yaşanır.

Yazar Unknown 28 Aralık 2015 Pazartesi 0 yorum
Gültəkin HacıbəyliÖlkədə ciddi böhran yaşanır. Manat sürətlə kağız parçasına çevrilməkdədir və hökumət bu prosesin qarşısını almaqda acizdir. İnsanlar manatın və demək ki, elə bu ölkənin gələcəyinə də ümidini itirdiyindən əlində olan manatı kütləvi şəkildə dollara çevirir. Bu, ciddi dollar qıtlığı yaradıb və öz növbəsində manatın yenidən ucuzlaşmasını təmin edir. Hökumətin kosmetik xarakterli tədbirlərinə və vədlərinə isə artıq heç kim inanmır. Heç bir yerli və xarici investor belə qeyri-şəffaf idarəetmə, korrupsiya və monopoliya, məmur özbaşınalığı və ən əsası isə, məhkəmələrin korrupsiya bataqlığına və siyasi sifariş icraçısına çevrilməsi şəraitində bu ölkəyə güvənib sərmayə yatırmaz. Bu ölkənin xilasına ən son şans 1 noyabr 2015-ci il tarixində dəfn olundu. Saxta və ədalətsiz seçkilər keçirməklə, bəziləri hətta millətin nifrətini qazanmış şəxsləri parlamentə təyin etməklə bu millətin son ümidlərinin üzərindən də qalın və qara xətt çəkdilər. Və daxildə də, xaricdə də hamı anladı ki, dəyişmək, islah olunmaq istəyən hakimiyyət seçkiləri belə rüsvayçı şəkildə saxtalaşdırmaz. Odur ki, ölkənin gələcəyinə güvəni bərpa etmək üçün də proses həmin o qırılma nöqtəsindən başlamalı və təxirəsalmadan yeni parlament seçkiləri keçrilməlidir.                                                                                 

Hiç yorum yok: