reklam

Manşet

Müsavat partiyası Rəsulazadəni təhqir edən deputatı məhkəməyə verdi.

Yazar Unknown 29 Aralık 2015 Salı 0 yorum
Müsavat Partiyası Gəncədən olan millət vəkili olan Naqif Həmzəyevin Məmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi fikirlərinə görə məhkəməyə müraciət edib. Yanvarın 14-də Gəncə Məhkəməsində Naqif Həmzəyev barədə partiyanın qaldırdığı iddiaya baxılacaq. Bu barədə məlumatı Cebhe.info-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadənin ünvanına ağır ifadələrlə təhqiredici fikirlər söyləyib: “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin, Azərbaycanın bayrağınının və suverenliyinin banisidir. Naqif Həmzəyevin işlətdiyi ifadələr isə göstərir ki, mövcud rejim müsavatçılığın, dövlətçiliyin düşmənidir. Rəsulzadə mövzusu Müsavat Partiyası üçün son dərəcə həssas bir məsələdir”. Gülağa Aslanlı onu da əlavə edib ki, yanvarın 14-də keçiriləcək məhkəməyə Müsavat Partiyasının Mərkəzi Aparatından nümayəndələr, tayon təşkilatları, həmçinin Gəncəbasardan bütün müsavatçılar qatılacaq. Xatırladaq ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər şöbəsinin sədri Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadənin ünvanına təhqiredici fikirlər söyləyib. Alçina Amilqızı Cebhe.info - See more at:http://cebhe.info/oxu/9250/#sthash.5BKvoALF.V2f4rx8v.dpuf

Hiç yorum yok: