reklam

Manşet

Agil Əli Məhərrəm.Ən yüksək kredit dərəcələri Azərbaycandadır.

Yazar Unknown 19 Aralık 2015 Cumartesi 0 yorum
Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qatıldığım toplantıda tərəfdaş ölkələrdə aqrar sahəyə dövlət dəstəyinin mövcud vəziyyəti müzakirə olunurdu. Burada ən pis vəziyyətin Azərbaycanda olduğu qeyd edildi. Təsəvvür edin ki, sahibkarlara təklif edilən kredit üzrə ən yüksək faiz dərəcəsi Azərbaycandadır. Məsələn, Ermənistanda və Gürcüstanda kredit üzrə faiz dərəcəsi 14% olduğu halda, Azərbaycanda bu 2dəfə çoxdur, yəni 28 faizdir. Həmin ölkələrdə kənd təsərrüfatına təklif edilən kredit ümumi portfeldə 15-20 faiz olduğu halda, Azərbaycanda bu göstərici 3.7 faizdir. Bu o deməkdir ki, neft gəlirlərinin yüksək olduğu bir vaxtda bu vəsaiti real sektora- sənayeyə, kənd təsərrüfatına yönəldə bilmədilər. Sahibkarlara təklif edilən kreditlər yüksək faizli oldu, üstəlik, qeyri-rəsmi ödənişlər də vardı. Neft gəlirlərinin azaldığı bir vaxtda kənd təsərrüfatını inkişaf etdirə bilməyəcəyik, buna zaman lazımdır.

Hiç yorum yok: