reklam

Manşet

Natiq Ədilov.Nardaranı şumlamaq üçün ora traktor yollamaq təklifində bulunan qəzəbli yoldaşlar.

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Nardaranı şumlamaq üçün ora traktor yollamaq təklifində bulunan qəzəbli yoldaşlar.
Siz Narardaranı dövlətin konstitusion quruluşuna təhdid kimi görürsünüzsə, gəlin açıq söhbət edək. Bu halda siz etiraf etməlisiniz ki;
- Azərbaycan dövləti o qədər mağmın gündədir ki, bir kənd onun təməlinə vəlvələ sala bilir.
Onu da qəbul etməlisiniz ki, əgər dediyiniz təhlükə varsa və siz bunu bilə-bilə ora traktor, tank yollamaq təklifi verirsinizsə sizdən böyük dövlət düşməni yoxdur. Niyə?
Çünki, heç bir ölkədə fikri, əqidəni güllə ilə öldürmək mümkün deyil, olmayıb.
Demirsiz, nardardaranlılar Azərbaycanı İrana çevirmək istəyir? Xub! Bəs sizə nə düşüb ki, bizim şahımızı İran şahının etdiyi səhvləri etməyə çağırırsız?
İran islam inqilabından qabaq Şahın nə qədər dindarı öldürdüyünü bilirsiz?

Hiç yorum yok: