reklam

Manşet

Arif Hacılı.Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq bizə çox baha başa gəlmişdi.

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Arif HacılıAyaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq bizə çox baha başa gəlmişdi. Azadlığımızla, hətta həyatımızla risk etmişdik. Məğlub olsaydıq bizi məhv edəcəkdilər.
Lakin biz sonra Mütəllibovu təqib etmədik.
Televiziyanın canlı yayımında parlamentin tribunasından AXC adından çıxış edərək ona qarşı təqibin olmayacağını bəyan etdim.
Çünki cəmiyətə barış lazım idi, həm də Mütəllibov fəaliyyətindəki bütün qüsurlara baxmayaraq hakimiyyətini qorumaq üçün xalqa qarşı silahlı qüvvələrdən istifadə qərarı verməmişdi.
Elçibəy "Mən əskərə, ya da polisə xalqa atəş aç"- əmri verə bilmərəm" - deyirdi. Vermədi də.
Bu tabu 95 ci ildə OMON- un ağ bayraq qaldıraraq təslim olduğunu bildirməsindən sonra gülləbaran edilməsi ilə aradan qalxdı.
Belə davranış bu gün də davam edir.
Nardaran kəndində azı 7 nəfərin həlak olması ilə nəticələnən silahlı əməliyyata biganə qalmaq, belə hadisələrin adiləşməsi ilə barışmaq olmaz.
Hakimiyyət Azərbaycan xalqına daimi yaşayış yeri Nardaran kəndi olmayan Taleh Bağırzadənin həbsinin bu kənddə həyata keçirilməsinin səbəbləri və bu əməliyyat nəticəsində vətəndaşlarımızın həlak olması ilə bağlı izahat verməlidir.

Hiç yorum yok: