reklam

Manşet

AXCP sədrindən aldığımız məlumata görə, görüşdə əsasən siyasi məhbuslarla bağlı, xüsusən də həyatına təhlükə yaranmış Leyla Yunusla bağlı vəziyyət və ABŞ-Azərbaycan münasibətlərinin geniş spektri müzakirə olunub. “Görüşdə mövcud vəziyyət, xüsusilə siyasi məhbuslarla bağlı durum, seçkilərin saxtalaşdırılması, siyasi müxalifətə qarşı, o cümlədən AXCP-yə qarşı olan təzyiqlər, azad mətbuata basqı, vətəndaş cəmiyyətinin sıradan çıxarılması təşəbbüsləri, Azərbaycan-ABŞ münasibətləri, ölkədə demokratiya və azadlıqların genişləndirilməsi uğrunda mübarizənin perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi oldu”-deyə Əli Kərimli bildirdi.

Hiç yorum yok: