reklam

Manşet

Zümrüd Yağmur.Tutaq ki, Nardaranda həbs olunanlar İranın agentidir.

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Zümrüd YağmurTutaq ki, Nardaranda həbs olunanlar İranın agentidir.
Lap tutaq ki, ölkədə dini rejim yaratmaq niyyətinə düşmüşdülər...
Həbs etdiyiniz etdiniz, şər atdığınıza atdınız, öldürdüyünüzü də öldürdünüz. 
Daha kəndin qazını, elektrikini niyə kəsirsiniz?!
Və heyrət doğuran iki cəhət...
Rövnəq Abdullayaev erməni kilisəsinə qaz veridyini deyəndə hamı tolerant oldu, əcaba oldumu?
Bəlkə əlində hakimiyyət və zor olan Rövnəq Abdullayevdən qorxdular deyək?!
Amma dindarlara deyilənlərin heç biri hələ sübut olunmayıb, hələ üstəlik o kənddə uşaq, qoca, xəstələr var. Amma bütün kənd cəzalandırılır.
Və buna da "əcəb olur" deyənlər var.
Nəyin qafasındasınız?
"Aldanmış kəvakib" əsərinin cahil qəhrəmanlarını geri gətirməyə nə qədər də maraqlı olan vətəndaşlarımız varmış?!
İkinci cəhət....
Nardaran kəndini, orda olanları, günahı, günasızı bir yana qoyuram. Bir dövləti idarə edənlər özünə necə sığışdırır bu qədər aşağı düşüb vətəndaşı ilə adi bir qisasçı zavallı kimi davranır?
İnsan bu qədər aşağı,adi qisasçı olduğunu nümayiş etdiməkdən heçmi utanmaz?

Hiç yorum yok: