reklam

Manşet

Elnur Astanbəyli. Azərbaycan

Yazar Unknown 27 Kasım 2015 Cuma 0 yorum
Elnur AstanbəyliSon çağlar baş verənlər Azərbaycanla bağlı ümidsizliyi artırır, istər-istəməz bizi bədbinləşdirir, fikirləşirik ki, xeyri yoxdur, onsuz da artıq onu xilas etmək mümkün deyil.
Amma bu proseslərin önəmi də ondadır ki, hər birimizin bu gözəl ölkənin taleyini yaxşılığa doğru dəyişmək üçün müəyyən bir missiyası, vəzifəsi var. Bu çətindir, məşəqqətlidir, yorucudur, üzücüdür, tab gətirmək çətindir, bəzən hətta mümkünsüzdür, amma "hazıra nazir olmamağın" - arzularımızdakı Azərbaycanın qurulmasında bacardığı qədər, əlindən gələn qədər iştirak etməyin özü də bir şansdır, bir fürsətdir, qürurvericidir.
Rəsulzadənin, Axundovun, Mirzə Cəlilin, Ömər Faiqin, Üzeyir bəyin, Haqverdiyevin, Sabirin, Nəsib bəy Yusifbəylinin, Xoyskinin, Zərdabinin vətəni quldurluğun heç bir növünə asanlıqla təslim olmamalıdır. Olmayacaq da!
Gərəkirsə, onların çəkdiyinin artığını çəkəcəyik, onların qatlaşdığının artığına qatlaşacağıq, amma bu ölkəni verməyəcəyik - nə monarxiyaya, nə də monarxiyanın istehsal etdiyi cürbəcür pisliklərə.
Qısası, heç nəyə görə bu gözəl ölkədən küsməyin, iyrənməyin, soyumayın.
O baş verənlərin, başına gətirilənlərin heç birinə layiq deyil...
Daha çox sarılın Azərbaycana, daha çox sahib çıxın ona! Gün belə bir gündür.

Hiç yorum yok: