reklam

Manşet

AXCP sedri Əli Kərimli yazır:

Yazar Unknown 23 Kasım 2015 Pazartesi 0 yorum
Dostlar, dünən axşam Türkiyənin “Ülke TV” kanalında analitik “Gözcü” proqramının qonağı oldum. Proqramın studiyadakı qonaqları Türkiyənin keçmiş nazirləri Əhət Əndican və Xəlil Şıvqın idi. Pasportum olmadığından (hökumətin son 10 ildə mənə pasport verməməsi də proqramda müzakirə mövzusu oldu), məni proqrama təbii ki, telefonla qoşmuşdular. Müzakirə olunan mövzu Türkiyənin xaricdə yaşayan türklərlə bağlı siyasəti idi. Türkiyənin Azərbaycan və digər türkdilli dövlətlərə münasibətinin necə qurulmalı olduğu haqda öz təkliflərimi Türkiyə ictimaiyyətinə çatdırdım. Bu barədə ətraflı yazaram. Fürsətdən istifadə edib, iki mühüm məsələ ilə bağlı mesajlarımızı da Türkiyə rəsmilərinə və ictimaiyyətinə ünvanladım. Əvvəla, Türkiyə hökumətini hazırda ölüm-dirim savaşı verən Suriya türkmənlərini daha qətiyyətlə müdafiə etməyə çağırdım. Əminəm ki, Azərbaycan da bu məsələdə Türkiyəyə dəstək verməlidir. Sonra da vurğuladım ki, müasir dünyada insan haqları artıq heç bir ölkənin daxili işi olmadığından Türkiyə İranda yaşayan, Cənubi Azərbaycan türklərinin insan haqları uğrunda mübarizəsini də diqqətdə saxlamalıdır.

Hiç yorum yok: