reklam

Manşet

Fuad Qəhrəmanlı.Haradadır İmam Hüseyn üçün ağlayıb,Yezidi lənətləyənlər.

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Fuad QəhrəmanlıHaradadır İmam Hüseyn üçün ağlayıb,Yezidi lənətləyənlər. Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyin dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə, o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Tale kimi meydanda tək buraxardınız. Bu gün haqqı söylədiyi, zülmə etiraz etdiyi üçün zalımın qəzəbinə tuş gələni meydanada tək buraxıb,sonra da ildə bir dəfə məhərrəmlik ayında Məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz.
Elə təbliğat aparılır ki, sanki, Nardaran kəndi düşmən məskənidir. Bəlkə Nardaran bizmki deyil? Bu insanlara Azərbaycan dövləti sahib çıxmayanda, kim sahib çıxacaq? Dövlətdəmi öz vətndaşalrını blokadaya alar?
Naradaranda günahsız insanları qətlə yetiriblər,indi də uşaqların, yaşlıların,qadınların olduğu kəndi düşmən məskəni kimi blokadaya alıb,qazını,işığını,telefonunu,nəqliyyatını kəsiblər,çörək buraxmırlar.
Bu rejimə qarşı çıxdığına görə Hacı Talehi İranın adamı kimi damğalayıb, guya dini dövlət qurmaq istədiyi böhtanını atırlar. Bu yolla onu xalqın dəstəyindən məhrum etmək istəyirlər.
Əksinə, Hacı Tale İranın təsirində olan bəzi dindar qrupları nəzarətdən çıxararaq öz ətrafına cəmləydiyi üçün, İran onun sıradan çıxarılmasında maraqlı idi. O heç vaxt da dini dövlət tərəfdarı olduğunu dilə gətitməmişdi. İrana bağlı olanlardan fərqli olaraq, Hacı Tale yeganə dini lider idi ki, Güney Azərbaycandakı etiraz aksiyalarına dəstək verdi.
Hacı Tale hakimiyyətin dəyib toxunmadığı din xadimlərindən fərqli olaraq, yeganə adadır ki, dindarları demokratik mübarizəyə qoşaraq onları rejimə qarşı müxalifət mövqeyinə yönəldirdi. Bu səbəblərə görə də onun həbs edilməsi məsələsində İranın və Azərbaycan hökumətinin maraqları üst- üstə düşür.
İndi həbsdə olan Tale Bağrzadəyə xalq olaraq biz sahib çıxmalıyıq. Məgər bizim müstəqil, dindar insanları da demokartik mübarizəyə səsləyən din xadimlərimiz ola bilməz? Rejim kimləri ləkələmədi, kimlərə böhtan atmadı. Bu gün həbsdə olan Xədicə İsmayıla, Leyla Yunusa Qərbin agenti damğasını vurmayıblarmı? O halda Hacı Tale Bağrzadəyə də İranın adamı damğasını niyə də vurmasınlar? Bizə təlqin etmək istəyirlər ki, bu ölkədə haqq ədalət urunda mübarizə aparan din xadimi yetişə bilməz. Bu gün ölkəmizdə İranın hizbullahçıları sərbəst şəkildə təşkilatlanırlar, cənub bölgəmizdə məscidlərin çoxu İrana bağlı şəbəkənin nəzarətindədir. Ancaq, hökumət buna göz yumur,çünki bu İran şəbəkəsi dindarları siyasətdən,haqq uğrunda mübarizədən kənarda tutmağa çalışır. İqtidara da məhz belə dindarlıq sərf edir. Ona görə də Hacı Talehi ləkələyib məhv etmək istəyirlər.

Hiç yorum yok: