Manşet
Eldəniz İsmayıloğlu Bəlkə də hər birimiz bu sözü dəfələrlə eşitmişik,mən siyasəti sevmirəm,siyasətlə maraqlanmıram və s.bu kimi və buna bənzər ifadələr.Qardaşım siyasət gözəl qadınmıdır ki,onu sevək.Kim sevir ki onu,heç kim,heç mən də sevmirəm.Amma biz ona məcburuq,çünki biz istəsək də,istəməsək də siyasət hər birimiz həyatına öz təsirini göstərir.Siyasəti sevməyən,siyasətlə maraqlanmayan xalqların hamısı bizim kimi kölə olur və o ölkələrdə diktator rejimlər qurulur.Bu aksiomadır,bunu tarix sübut etmişdir,öz taleyinə biganə olan ,öz haqqını tələb etməyi bacarmayan xalqlar ya köləyə çevrilmişlər,ya da digər xalqlar tərəfindən tarix səhnəsindən silinmişlər. Götürək elə öz ölkəmizi,80-cı illərin sonunda xalq siyasətdə çox aktivləşmişdi və bunun da nəticəsində müstəqillik əldə edildi və SSRİ kimi nəhəng bir zülm,istibdad rejimi dağıldı.Azərbaycanda demokratik dövlət quruldu,lakin sonradan rus KGB-sinin vasitəsilə demokratik qüvvələr hakimiyyətdən uzaqlaşdırıldılar. Rusiyanın da dəstəyi ilə Heydər Əliyev hakimiyyətə gələndən sonra,məqsədli şəkildə xalqı siyasətdən yenə soyutdular və istədikləri kimi at oynatmağa başladılar.Mən şəxsən elə fikirləşirəm ki,siyasət iyrənc şeydir,siyasət murdar şeydir kimi sözləri də məhz xalqı siyasətdən diksindirmək üçün,diktatorlar tərəfindən məqsədli şəkildə ortaya atılmış ifadələrdir. Bu gün Azərbaycan xalqı siyasətdən demək olar ki,tamamilə uzaqlaşmışdır və ölkənin gəldiyi durum göz qabağındadır.
Hiç yorum yok: