reklam

Manşet

Zümrüd Yağmur.İki... Sinifdə qaldıq

Yazar Unknown 30 Kasım 2015 Pazartesi 0 yorum
Zümrüd YağmurAzərbaycan bir başqa yerdir. Çünki bu ölkədə özünü mədəni sayıb çahilliyə qarşı olduğunu bağıran biriləri qalxıb bir kənddə qətliam edənlərin etdiyinə qarşılıq olar “əcəb ediblər” deyə biləcək qədər “yüksək səviyyəli” tolerant-cahillər var. 
Əslində, Nardaranda baş verən hadisələr bir çox məqamlara işıq tutdu. Bəlli oldu ki, düz 22 ildir yalanına sahidlik etdiyimiz hakimiyyətin dediklərinə uya, hətta haqq verə biləcək qədər səbatsız xalqıq. Bu iqtidarın bizi istədiyi hala sala bilməsi və idarə etməsi heç də təsadüfi deyilmiş. Xədcənin, İntiqam Əliyevin, İlqar Məmmədovun, Tofiq Yaqublunun şərlənib tutulması bu topluma heç təsir etməmiş. Hətta, məsələn, atası bu hakimiyyətin şəri ucbatından günahsız olaraq məhbəs həyatı yaşayan biri belə dinə nifrətinin ucbatından hakimiyyətlə yalanda birləşib bir safda yer aldı. 
Nifrət haqqın önünə keçdi.
Azərbaycanda dini rejim və İrana qarşı haqlı bir aqressiya var. Təbii bir haldır, kimsə Azərbaycanda dini rejim olmasını istəmir. Amma dini rejimə, İrana, hətta dinə və ya Allaha olan nifrətin sənin bir yalanın parçasına çevrilmənə haqq qazandıra bilməz. Nifrət haqqın önünə keçdiyi anda sənin tolerantlığın da, haqlılığın da, ədalətin də dəyərdən düşmüş olur.
İnsan ölkəsində dini idarəetmə istəmirsə, bu ona dindara qarşı haqsız və aqressiv mövqe tutmağa haqq verirmi? Bu nifrətə görə yalançı və saxtakar bir iqtidarın onu aldatmasına necə razı olur?
Necə oldu, ölkənin analoqsuz inkişafı yalanına inanmadınızda, dindarın İran agenti olduğunu inandınız?
“Əsgər ölümlərinə son” aksiyasında iştirak edənləri də İlham Əliyev “anti milli” ünsür adlandırmışdı. İndi soruşuram, siz, ölkəsində əsgərlərin öldürülməsini istəməyənlər, ünsürmüsünüz?
Emin Milli , Xədicə İsmayıla da Amerikanın agenti idi demişlərdi. Bunlar doğru deyildi, siz də inanmadınız. NİDA- çı gəncləridəmi deyək? Onlar da axı “molotof kokteyli” ilə az qala dövlət “çevrilişi” edəcəklərdi...
Bəs nə oldu da, onlara şər atıb yalan danışanlar Tale Bağırzadənin İranın agenti olduğunu deyəndə dürüst oldu?
Bir sözlə, iqtidar yalandan bir atəş qaladı, sonra da hər zamankı kimi “evim yanır” deyə qışqırmağa başladı. Yanan ev heç yalançının da deyildi, amma biz nə yazıq ki, o yalançıya inanıb “su tökmək” üçün hətta basa-bas saldıq. 
Kimsə özündən soruşmadı ki, niyə axı bir ölkədə dindar haqq tələb edə bilməz, niyə bir dindar azad seçki, ədalətli cəmiyyətdən danışa, iqtidardan hüquq tələb edə bilməz? Qəbahətdirmi?
Ya bəlkə bu ölkədə haqq istəmək dindara yasaqmı? Niyə axı elə bu ölkədə dindar obrazı Allahşükür Paşazadə də başlayıb onda da bitməlidir?
Yaxud Nardarandakı o dini əhval niyə bu qədər sizi heyrətləndirib qorxudur? Ölkədə əxlaqsızlığı və ləyaqətsizliyi bir dəyərə çevirənlərin bu iyrənc siyasətindən özünü qorumaq istəyənlərin dinə o şəkildə sarılması özünü qoruma çabasıdır.
Ölkənin təhsilini, elmini məhv edəndə bu mənzərə qaçınılmaz idi...
Mən də Azərbaycan qadınını qara çardara görməkdən məmnun deyiləm. Qapalı bir qadının bu inancı onun qara çadraya bürünməsinə əsas deyil, qapanmayan qadına onun geyim tərzi yarıçılpaq gəzməsinə əsas vermədiyi kimi...
Amma niyə zahiri dekorasiyalarla bu qədər məşğulsunuz? 
Nardaranda çadralı qadının danışmasını əks etdirən videonu FB da paylaşıb “mənim
də gözün atmır sənin kimisi ilə bir ölkədə yaşamağa” deyənlər indi özünü mədəni və dahamı üstün sayır?!
O zaman kiçik bir xatırlatma edim. Malalanı... Əfqanıstanda qız uşaqlarının təhsil almasını istəyən 12 yaşlı qız da çadralı idi, Taliban əsgərləri onu başından güllələdi. Amma Avropa onu çardasına görə aşağılayıb dəyərini də o üstündəki paltara görə vermədi, onu ən yüksən mükafata Nobel sülh mükafatına layiq bildi.
Bu fakt həm də bizim dindarlara bir cavabdır. “Avropa dinsizdir, kafirdir” deyənlər, baxın, insanlığa və cəsarətə dəyər veriləmək məsələsi ortaya gələndə çox şey arxa plana keçir. 
Demək ki, “tolerantlığınız” bir işə yaramır... Sizin beyniniz və ürəyiniz o qara çadra qədər zülmətə bürünüb, xəbəriniz yox...
Bir də Nardaranda və ya başqa Azərbaycan kəndlərində tək qorxu yaradan o örtülü qadınlar, “ya Hüseyn” deyənlərmi? Məgər 21 yüz ilin kəndi o gündəmi olmalıdr, insanı o evlərdəmi yaşamalı, o palçıqlı küçələrdəmi gəzməlidir?
***
Hər zaman deyirik, biz dəyişməyəcəyik, bizdən bir şey olmaz.
Deyəsən doğrudan da bir xalq olaraq öz qiymətimizi düz vermişik.
1993 –cü ildə quldurla qardaşı ayırd edə bilmədiyimizdən başımıza gəlmədimi bu dərd-iqtidar?! İndi də Nardaranda ölən polislərə tutlan qardaşlıq yasını anlaya bilmədim. Onların hüzün və yası elin, xalqın yası olmamalıdır, bir ailənin faciəsidi, bu qədər... Öz vətəndaşına haqsız yerə gülə atan, iqtidarın bütün qara işlərində həvəslə yer alan biri elin yasını haqq etmir. Axı vaxtı ilə Gəncədə quldura qardaş deməyin acı nəticəsi hələ heç tarixə də çevrilməyib, amma biz eyni şəkildə qardaşlıqdan danışırıq.
Özümüzlə heç öyünməyək, bizim çahilliyimizin adı başqadır. Səbatsılzıq...
Bu da qaçınılmazdır, çünki tarixin verdiyi dərsləri kimsə oxumur.
Biz toplum olaraq sinifdə qalmışıq.

Hiç yorum yok: