reklam

Manşet

Gültəkin Hacıbəyli:"Dövlət vətəndaşın sahibidir, atasıdır, anasıdır."

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Gültəkin HacıbəyliDövlət vətəndaşın sahibidir, atasıdır, anasıdır. Ata-ana pis övladını vurub öldürmür, çörəklə, açlıqla, soyuqla imtahana çəkmir. Tənbeh edir, cəzalandırır, düşdüyü pis yoldan çəkindirməyə çalışır. Övladı pis olsa belə, körpə nəvələrinə sahib çıxır. Lap tutaq ki, Nardaran pisdir, İran təsirinə düşüb və s. Bəs oradakı körpələrin, qocaların, xəstələrin, hamilə qadınların günahı nədir? Axı aclığa, soyuğa qarşı ən həssas təbəqə onlardır. Niyə onların işığını, qazını, çörəyini kəsirsiniz? Axı "bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur, onlara pulsuz qaz veririk" deyən sizlərsiniz. Elə hesab edin ki, nardaranlılar da ermənilərdir, onları bu qışın şaxtası ilə, çörəklə imtahana çəkməyin, günahdır.

Hiç yorum yok: