reklam

Manşet

Afrikada Qabon,Qafqazda Azərbaycan

Yazar Unknown 22 Kasım 2015 Pazar 0 yorum
Afrikada Qabon deyilən ölkə var. Neftin sayəsində müəyyən bir müddət çiçəklənib, partlayış yaşayıb. Sonra neftin ucuzlaşmasından dolayı ölkə müflis olub.
Qabonun 1967-ci ildən bu yana 2 prezidenti olub. Omar Bonqo və oğlu Ali Bonqo Ondimba.
Omar Bonqo 1967-ci ildən 2009-cu ildə ölümünə qədər prezident olub. Öldükdən sonra oğlu Ali prezident seçilir, oktyabrın 16-da. Və indi də Ali hakimiyyətdədir.
Qabonda neft sərvətləri tapılandan sonra ölkədə sürətli canlanma başlayır, hər yer mərmərlə döşənir, hər yeri aqlaylayıb laqondalayırlar, binalar, yollar, dəmir yolları tikilməyə başlayır. Yeni-yeni nazirliklər, nazirlər üçün xudmani, lüks evlər, villalar, idarələr tikilir. Neftə güvənən Omar xarici investisiyaları ölkəyə cəlb edir, hər zırta-pırta xaricdən borc alır, ölkə boğaza kimi borca girir. İnsanlar tənbəlləşir, ölkədə istehsalat azalır, hər şey xaricdən gətirilir.
Və neftin qiyməti oynamağa başlayır, düşür, düşür və sonda korrupsiya, rüşvətxorluq hallarının üstü açılır, həbslər, tutulmalar və digər şeylər. İndi Qabonun büdcəsinin böyük hissəsi ölkənin neft partlayışı dövründə aldığı borcları geri qaytarmağa xərclənir.
Qafqazda da belə bir ölkə var. Azərbaycan.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlir və ondan sonra ölkə faktiki olaraq onun idarəsində olur. Daha sonra 1993-də prezident seçilir, ölümünə kimi prezident olur.
Daha sonra oğlu İlham Əliyev 2003-də oktyabr ayının 15-də prezident seçilir. Hələ də prezidentdir. Konstitusiyanı dəyişdirib 3-cü dəfə də prezident seçildi.
Ölkədə neft partlayışı dövrü yaşanır. Xarici investorlardan, banklardan külli miqdarda kreditlər alınıb ölkədə bina, yol tikilir, körpülər, istifadəsiz, yararsız müəssisələr, xudmani saraylar, evlər, villalar tikilir, yeni-yeni nazirliklər yaradılır, nazirlər üçün lüks, super komfortlu idarələr təmin olunur.
Və neftin qiyməti oynamağa başlayır. Ucuzlaşır, ucuzlaşır və ölkədə korrupsiya hallarının üstü açılır, həbslər, sürgünlər başlayır. Ölkədə pul çatışmazlığı yaranır, müflisləşmə gedir.
Hazırda Azərbaycanın xaricə külli miqdarda borcu var.
Qabonda o tikilən yeni binalarda, villalarda indi heç kim yaşamır, kabus kimi dikəlirlər o binalar. Azərbaycanda da eyni şeydir. Binalar tikilib, yarıda qalıb, amma yaşayan yoxdur.

Hiç yorum yok: