reklam

Manşet

Dünyaca məşhur riyaziyyatçı, çox tanınmış filosof, amma ədəbiyyat üzrə Nobel mükafatçısı..

Yazar Unknown 23 Kasım 2015 Pazartesi 0 yorum
Shahveled ChobanogluŞahvələd Çobanoğlu                                                                               Son vaxtlar onun barəsində tez-tez oxuyursunuz. Ömrü uzun olsun, Araz bəy Gündüz tərcümə edib paylaşır, ya səhər yeməyinə qatıb dadırıq, ya axşam mürgüsünə. 
Hələ onun ictimai fəaliyyətini demirəm – kəskin qütblərdən süzülüb gəlir. Ser Rassel, babası iki dəfə kral hökumətinə başçılıq edib, özü liberal, solların dəstəkçisi.
Sovet dövründə onun əsərlərini tapmaq olurdu. “Mən niyə xristian deyiləm?” də deyəsən 1987-ci ildə çap olundu. Amma jurnallarda artıq onu oxumuşduq.
Şəxsən mən onu ilk dəfə riyaziyyatçı kimi tanıdım, xüsusən də Rassel paradoksu ilə, sonradan İsmayıl müəllimimdən onun “Riyaziyyatın prinsipləri” adlı əsəri barədə eşitdim (əsəri Alfred Uaytxedlə birgə yazmışdılar, Alferd də məşhur Con Uaytxedin əmisidir, bu Con da Puankare problemini həll etmək cəhdində tamam başqa kəşflər edib). Bu əsər indi də dünyada çox məşhurdur və Rasselə ilk dünya şöhrətini gətirən əsərdir.
Deyəsən, məktəbin son ili idi. Bir dəfə atamla qatarda gürcü intellektualı ilə yoldaş olmuşduq, yaxşı içmişdi bu adam, amma arada dedi ki, Rassel öz tələbəsinin yeni təlimi ilə tanışdıqdan sonra öz fəlsəfi təlimindən imtina edib. Adını demədi, mənsə arayıb həmişə yadımda Adolf Hitlerin sinif yoldaşı kimi qaldığına görə özümü qınadığım Lyudviq Vitqenşteynlə olan məsələni yaxından öyrəndim.
Rassel gözümdə bir az da böyüdü.
Gənclik illərində bir ara Rasselin külliyyatı ilə yaşadım – boynuma alıram.
Möhtəşəm bir intellektual, bənzərsiz alim.
Misilsiz şəxsiyyət.
Humanizmin böyük müdafiəçisi, bu müdafiəni yeni mərhələyə qaldıran adam.
Bəzən onu Volterlə müqayisə edirlər.
Ədəbi əsər isə yazmayıb, amma ədəbiyyat üzrə Nobel alıb. Niyə? Elə Humanizminə və söz azadlığını müdafiə etdiyinə görə. Bura bir az da əlavə etmək olar. Vaxt eləyib ən sonuncu məqam barədə bir yazı ilə çıx etmək istəyirəm. Qismət olsun. Ustada sayğım olar!
Bütün bunları ona görə yazdım ki, ustaddan əlinizə nə keçsə oxuyun. Qəbul etməsəniz belə!

Hiç yorum yok: