reklam

Manşet

Siyasətə qarışmayan "Novruzəlilər"

Yazar Unknown 24 Kasım 2015 Salı 0 yorum
Fuad QəhrəmanlıFuad Qəhrəmanlı                                                                                       Sovet rejimi kimi totalitar və kommunist ideolgiyasının hakim olduğu bir rejim bizdən 70 il ərzində normal kommunist düzəldə bilmədi. O zaman azərbaycanlılar üçün kommunist partiyasına üzv olmağın kommunizim ideallarına sevgi və bağlılıqla heç bir əlaqəsi yox idi. Azərbaycanlılar karyera etmək və sovet sisteminin imtiyazlarından faydalanmaq üçün kommunist olurdular. 
Əslində, bu onu göstərir ki, partiya üzvlüyü, ictimai dəyər və məqsəd daşıyıcısı olmaq bizlərin təbiətinə xas deyil. Bu səbəbdən də partiya üzvü olmaqla təşkilatlanıb yaşadığımız cəmiyyəti dəyişdiriməyə, kollektiv şəkildə problemləri həll etməyə cəhd edə bilmirik. Bütün bu müasir və mədəni insana xas olan siyasi mədəniyyətdən məhrum olmağımızı da "mən siyasətə qarışmıram" sözləri arxasında gizlətməyə çalışırıq.
Niyə qarışmırsan?
Dövlət səviyyəsində pozulan qanunlara görə hər addımda haqqın tapdanırsa, büdcənin talanması üzündən aldığın əmək haqqı azdırsa, korrupsiyaya görə işsizlik və bahalıq yaranırsa sən nə etməlisən? Kim bu problemləri yaradan hakimiyyətdən hesab sormalıdır, xalqı əzib saya salmayan rejimi kim dəyişməlidir? Biz dura- dura, ingilsi, fransızmı gəlib bu işlərlə məşğul olmalıdır?
Öz ölkəni yaxşıya doğru dəyişmək məsuliyyətini "mən siyasətə qarışmıram" bəhanəsi ilə üstündən atıb, alçalmağı, mərhumiyyət içində yaşamağı, zülmə boyun əyməyi seçirsənsə, bu ölkə necə dəyişməlidir, kimin hesabına dəyişməlidir? Əgər bu ölkənin vətəndaşı bu qədər çətinlik içərisində boğulurkən, hələ bir durub susmağına, etiraz etməməyinə haqq qazandıraraq, utanmadan "siyasətə qarışmadan" deyirsə, hakimiyyətdəkilər niyə qorxub öz əməllərindən əl çəkməlidirlər?
Siyasətə qarışmamaq Amaniyada, İsveçdə, Fansada normaldır. Çünki bu ölkələrdə ədalətli seçki var, vətəndaş siyasi mübarizədə iştirak etməsə də hakimiyyəti o seçir, qanunlara əməl edilir, korrupsiya, qanunsuzluq yoxdur, məhkəmələr müstəqildiur, cəmiyyətdə ədalət təmin olunub və s.
Ancaq azərbaycanlıların "mən siyasətə qarışmıram" deməyə haqqı yoxdur, çünki bu ölkəni yaxşılığa doğru dəyişməyin yolu ellikcə siyasətə qarışmağımızdan, kollektiv şəkildə mübarizə aparmağımızdan keçir. Avropa ölkələrindən fərqli olaraq bu ölkədə siyasət peşə fəaliyyəti deyil, haqq,ədalət demokratiya uğrunda mübarizənin yoludur.
Nə zaman ki, biz də indiki problemlərdən azad olduq,demokratik rejim qurduq o zaman indikindən fərqli olaraq heç də hamının "siyasətə qarışmasına" ehtiyac qalmayacaq.

Hiç yorum yok: