reklam

Manşet

Elnur Astanbəyli.Bir kitabxananın qəmli hekayəti.

Yazar Unknown 27 Kasım 2015 Cuma 0 yorum
Elnur AstanbəyliBakıda Ənvər Məmmədxanlı adına kitabxana vardı, Mahnı Teatrının arxasında yerləşirdi, 2000-ci illərdə mən ən çox o kitabxanaya gedərdim, kollektivi gülərüz idi, qapını açıb içəri girən adam görəndə üzlərində işıq parlayırdı. Hər halda mən belə görmüşdüm.
Müğənni Yalçın Rzazadənin həyat yoldaşı (adı səhv xatırlamıramsa, Roza xanım idi) kitabxananın müdiri idi. Günlərin birində həmin kitabxanaya gedəndə dəhşətli mənzərə ilə rastlaşdım: oranı dağıdırdılar. kitablar barbarcasına daşınıb çölə tökülürdü.
Soruşanda məlum oldu ki, kitabxananın yerini AZAL prezidenti Cahangir Əsgərova satıblar. Kitabxana kollektivi xeyli dirəşdi, axırda buldozerəcən gətirdilər, Yalçın Rzazadənin həyat yoldaşını döyüb şil-küt elədilər, xeyli xəstəxanada yatdı, hətta sonra sussun deyə şərləməyə başladılar ki, bəs korrupsiya ilə məşğul imiş, cinayət işi açılmalıdır-filan.
Dediyim odur ki, Azərbaycan bu günlərə elə-belə gəlmədi.
Azərbaycanı bu günə saldılar. Bilərəkdən. Məqsədli. Sadə səbəbdən: "Cəhalət bütün pisliklərin anasıdır" (Kamyu)
Hamı və hər şey bir yana dursun. Mən Ənvər Məmmədxanlı kitabxanasının zibil kimi çölə atılan o kitablarının ahına inanıram.
O kitabların ahı bir gün bunları tutacaq.

Hiç yorum yok: