reklam

Manşet

Qubad İbadoğlu:"Putin çox yanlış yoldadır"

Yazar Unknown 29 Kasım 2015 Pazar 0 yorum
Gubad IbadogluRusiyada baş qaldıran anti-türk əhval ruhiyyəsi göstərir ki, bu ölkənin məhəlli düşüncə ilə xəstələnən cəmiyyəti tarixi düşmənçiliyi milli düşmənçilik istiqamətinə yönəldir. Putin uzun illər şəriksiz hökmranlığı dövründə formalaşdırdığı millətçi toplumun məsuliyyətsiz çıxışlarına stimul verən son siyasi qərarları ilə Avrasiya məkanının iki böyük dövləti arasında münasibətləri daha da gərginləşdirir. Baş vermiş hərbi hadisədə Türkiyənin haqlı mövqeyi ilə barışmayan və onun dərhal siyasi və iqtisadi cavabını soran Putin hakimiyyəti hələ gələcəkdə baş verənlərin fərqinə varmadan emosional şəkildə dialoqdan da imtina edir. Görünür ruslar unudurlar ki, Sakit Okeandan Atlantik okeana qədər at çapan böyük Çingizxanın öz qılıncı ilə düzən verdiyi bu dünya Türkə qarşı birləşəndə də turklər bütün savaşlardan qalib çıxdı. Odur ki, bir daha xatirladıram ki, keçmişi idarə edənlər gələcəyi də idarə edəcəklər. Böyük Türk dünyası bu sınaqdan üzü ağ və qalib çıxacaq. Tanrı Türkü qorusun!

Hiç yorum yok: