reklam

Manşet

Natiq Ədilov:"Taleh Bağırzadəni bəyənməyənlərə bir sözüm var"

Yazar Unknown 27 Kasım 2015 Cuma 0 yorum
Bizim hərb müəllimimiz (BDU-da Nurəddin Abdullayev), danışırdı ki, onların rayonunda-Şəmkirdə bir kişi olub. O, fəhlə yeməkxanasında hər dəfə bir qab, çaydan sındırarmış. Bir yoldaş soruşub ki, niyə belə edirsən?
O da deyib, Sovet İttifaqına zərbə vururam.
"Çaynik sındırmaqla" sualına ağsaqqalın cavabı belə olub: bala mənim gücüm çaynikə çatır, sən qüvvəlisənsə get qatarın aşır".
Bu hekayət nə dərəcədə düz-səhvdi, babalı polkovnik Abdullayevin boynuna, sözüm başqadır.
Başa düşdüm ki, Tale Bağırzadədən xoşunuz gəlmədi, Nardarandan lap zəndeyi zəhləniz gedir, İslam barədə də heç danışmıram. Amma bu adam gücü çatan qədər, şüurlu bir formada müqavimət göstərdi. Ədalətsizliyi qamçıladı. 3-cü dəfə həbs olunma, ailəsin, əzizlərin gözü yaşlı buraxma riski ilə burun buruna dayansa da. Bəzilərinizin adını eşidəndə titrədiyiniz ifarələrdə hədələr almasına rəğməm...siz bunu bəyənmirsiz, haqqınızdır, amma nə olar, o zaman öz dünyagörüşünüzə, əqidənizə uyğun formada zülmlə, qanunsuzluqla mübarizə edin. Sabitqədəm formada həm də.
Tale Bağırzadə sizi daha məşğul etməsin. O getdi.

Hiç yorum yok: