reklam

Manşet

Əli Kərimli:"Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub"

Yazar Unknown 28 Kasım 2015 Cumartesi 0 yorum
Əli Kərimli:
Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub, məgər Hacı Tale istintaqdan yayınırdı ki? Onu sadəcə polisə çağırıb, istintaq hərəkətləri etmək olmazdımı? Ölkə ictimaiyyəti yaxşı bilir ki, son aylarda Hacı Tale həm MTN-ə, həm də polis idarəsinə çağrılmışdı və həmin çağırışların heç birindən yayınmamışdı. Bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?
Sübut etmək ittiham tərəfinin vəzifəsidir. Öldürülən polisləri konkret kimin və hansı şəraitdə öldürdüyü müəyyənləşdirilməlidir. Nardaran əhalisi israr edir ki, polisləri onlar öldürməyib. Polisə güllə atan şəxsi tanımayıblar. DİN əməliyyatın operativ çəkilişini ictimaiyyətə təqdim etməlidir. Belə əməliyyatlarda bir qayda olaraq çəkiliş aparılır. Bu gün həbs edilən şəxslər dərhal vəkillə təmin edilməli, baş verənlərlə bağlı onların da mövqeyi cəmiyyətə çatdırılmalı, istintaq şəffaf aparılmalıdır.

Hiç yorum yok: