reklam

Manşet

Əli kərimli:"Nardaranı blokadaya almaq barbarlıqdır"

Yazar Unknown 29 Kasım 2015 Pazar 0 yorum
Ali Karimli (Əli Kərimli)Nardaranda 10 min nəfər insanı işıqdan, sudan, nəqliyyat xidmətindən, ərzaqdan, internetdən məhrum edib, blokadaya almaq barbarlıqdır. Hər bir insan qanunazidd əməllərinə görə yalnız özü şəxsən məsuliyyət daşımalıdır. Hətta Nardaranda hansısa cinayətkarlar varsa belə, bu bəhanə ilə bütöv bir kəndi – 10 min nəfər soydaşımızı cəzalandırmaq dövlət hakimiyyətinə yaraşmayan rüsvayçı bir davranışdır. Hakimiyyət anlamalıdır ki, belə qeyri-insani davranışlar nə nardaranlıları, nə dəbütövlükdə xalqımızı hökumətə yaxınlaşdırar, tam əksinə, belə zorakı, düşməncəsinə hərəkətlər hakimiyyətlə xalq arasındakı son bağları da qoparır.
Hakimiyyət təcili olaraq bu səhv hərəkətləri durdurmalıdır. Kəndin ətrafındakı blokada götürülməli, öldürülən şəxslərin cənazələri ailələrinə verilməli, Tale Bağırzadə və digər həbs edilən şəxslərin Cinayət Prosessual Məcəlləsinə uyğun hüquqları, o cümlədən vəkillərin prosesdə iştirakı təmin edilməli, kənd ağsaqqallarının dialoq təklifi qəbul edilməlidir. Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası izahı mümkün olmayan absurddur.

Hiç yorum yok: