reklam

Manşet

Faiq Qəzənfəroğlu: "Bunun əksi Azərbaycanın müstəqilliyinə hər an təhlükə olan 3 ölkədən ikisi Rusiya və İrandır"
Bu gün Rusiya lideri Vladimir Putun və İran lideri Həsən Ruhani utanmadan Bəşər Əsəd adlı bir despotu Suriyada hakimiyyətdə saxlamaq üçün Suriyada Türkmenlərin sız yaşadığı Türkmen dağına bomba yağdırır. Bu yetməz imiş kimi Rus uçaqları Türkiyenin sınırlarını pozur, bununla da Türkiyənin bölgedeki varlığnı görməzdən gəldiyini açıq şəkildə ortaya qoyur. Bu zaman Türkiye F-16-ları çox doğru olaraq rus su-24-ni düşürmüşdür. İndi Bəşır Əsəddən fərqi olmayan Vladimir Putinin arxadan bıçaqlandılarını açıqlaması doğrusu gülüncdür. Həm Türkmənlər üzərində zorbalıq yapacaqsan, həm Türkiyənin sərhədlərini pozaraq onun ərazilərinə daxil olacaqsan, həm də deyəcəksən ki, arxadan vurulduq.
Əslində arxadan vurulan varsa, o da Türkiyədir, bütün Türk dünyasıdır. Yazıqlar olsun ki, Suriya Türkmənləri məsələsində Türkiyə xaric digər Türk Cümhuruyyətlərinin, o cümlədən Azırbaycanın səsi çıxmır. Səbəbi də bəllidir: Rusiya Federasiyası!
Etiraf etməliyik ki, bu gün Türk Cümhuriyyətləri Türkiyəyə dəstək olmaq əvəzinə susurlarsa, kemişdı SSRİ adlı imperiyada bir olduqları Rusiyanın burada böyük rolu vardır. Qısası, Türk dünyasını daima arxadan vuran Rusiyaya qarşı hələlik səsimiz çıxmır.
Əlbəttə, Türk insanları, Türk aydınları olaraq bizlər Türkiyənin və Suriya türklərinin yanındayıq. Mən bir Azərbaycan Türkü aydını olaraq Türkiyənin Türkmənlərə sahib çıxmasını, eyni zamanda sərhədlərini pozmuş Rus herbi uçağnı düşürməsini haqlı görürəm.
Azərbaycanın birinci və əsas arxası Türkiyədir. Sabah, Allah eləməsin başımıza bir iş gələrsə, ilk olaraq bizi müdafiə edən də Türkiye olacaqdır. Bu gün Suriya türkmənlərinə əl uzadan Türkiye, hər hansı bir problem olarsa eynisini Azerbaycan türkleri üçün de edəcəkdir. Bunu Türkiye dəfələrlə də etmişdir.
Bu baxımdan Azərbaycanın güvənə biləcəyi tek dövlətTürkiyədir. Bunun əksi Azərbaycanın müstəqilliyinə hər an təhlükə olan 3 ölkədən ikisi Rusiya və İrandır. Ona görə də, bizlər Türkiyənin yanında olmalıyıq. Məncə, hər bir kəsin kimin yanında olmasını müəyyənləşdirməsi baxımından da bu önəmlidir.

Hiç yorum yok: