reklam

Manşet

Şahvələd Çobanoğlu.Adı ləkəli oğrular bizə ad qoyanda

Yazar Unknown 30 Kasım 2015 Pazartesi 0 yorum
Kiçik oğlumun adını Mete qoymuşduq, amma bunu sanədləşdirmək istəmirdilər. Dedilər ki, onlara gələn siyahıda bu ad yoxdur. Etirazımızdan mətbuatdakı dostlar da xəbər tutdu. Problem ictimailəşdi, amma həll edilmədi. Dedilər belə ad olmaz və s. Dedim, yaxşı, Qavroş qoyuram onda, bildiyiniz addır, Mete adını o biri uşağa qoyaram. Ona da razı olmadılar. 
Birdən qəzəb məni boğdu. Ərizə yazdım ki, xahiş edirəm oğlumun adını Vazgen kimi sənədləşdirin. O idarədə aləm bir-birinə dəydi, zəng elədilər ki, gəl Metenin doğum sənədini götür.
Bax, sizə nə, ay nadanlar?
Onsuz da tendensiya gözəl və doğma adlaradır. Ola bilər kiminsə əlahiddə bir arzusu var, sənə yad görünən bir ad qoyacaq. Yaxud kimin üçünsə hər hansı bir ad şəxsi, milli, tale əhəmiyyəti daışıya bilər. Hətta qəribə ad da qoyan olacaq. Beləsi də olar az sayda.
Bu nə problemdir?
Ölkədə bircə normal tələbə yataqxanası yoxdur, neft pulları da belə getdi...
Sənin bütün məmurlarının adı oğru kimi ləkəlidir, bu adı təmizləmirsən, düşübsən Traktor adlı adamın dalınca.
O Traktorun adı sizin adlardan təmizdir axı.
Niyə təbii yolla həll olunan məsələlərlə baş yozursuz. Axı internet dönəmində bu məsələ özü həllini tapır. Adamlar axmaq deyil axı?

Hiç yorum yok: