reklam

Manşet

Zümrüd Yağmur:"Tarix maşının yan güzgüsü kimidir"

Yazar Unknown 27 Kasım 2015 Cuma 0 yorum
Zümrüd YağmurTarix maşının yan güzgüsü kimidir, Arxaya baxıb qabağa getmək üçün...
İndi deyirsiniz ki, vaxtı ilə AXCP- nin qərargahından az qala tank çıxaran, NİDA- çı gəncləri həbs edəndə öz əlləri ilə onların evlərinin qapısına "Molotof kokteyli" yığan hakimiyyətin Tale Bağırzadənin evindən çox sayta avtomat, silah çıxması və adamlarının polisə müqavimət göstərməsi haqqındakı məlumata inanaq? O polisə silahlı müqavimət göstərən görəsən kimdir, hardan gəlib çıxıb oralara və namaz qılmağa niyə silahla gəlibmiş?
Unutmayın, tarix maşının yan güzgüsü kimidir, arxaya baxıb irəli getmək üçün...
Arxaya yaddaşınızın gözü ilə baxın və dəyərləndirin...
Bu ölkədə dini rejim və cəhaləti daha çox yayan vahabilərdir. Amma nədirsə, hakimiyyətin üzünə ağ olmadıqları üçün onlardan silah- sursat tapılmır...
İran təhlükəsimi?
Yox... Ölkənin cənub bölgəsi İranın təsiri ilə az qala keçən əsrin əvvəllərinə doğru start götürüb. Yas məclisləri belə Xomeyninin adı ilə başlayır, kimsənin umurunda deyil...
Hər gün ölkədən qaçıb İŞİD-ə qoşulan insanların taleyini oxuyuruq, yenə də kimsədən bir reaksiya yoxdur.
Çünki bütün bunlardan özlərinə təhlükə hiss etmirlər.
Tale Bağırzadə isə birbaşa hakimiyyətdəki ədalətsizlikdən və haqsızlıqdan danışırdı. İnanın, Tale Bağırzadə bir İranın yox, yüz ölkənin belə əlaltısı olmuş olsa,, ölkədə cəhalət və geriliyi yaymış, hətta agent kimi əməkdaşlıq etmiş olsaydı belə onu kimsə həbs etməyəcəkdi. Çünki ölkənin dini rejimlə və ya İran, Qərb agentləri ilə dolması, hərənin bir tərəfə dartması iqtidar üçün maraqlı deyil, tək dərdləri odur ki, bunlara pul yığmaq üçün imkan olsun.
Azərbaycanda dini dövlət yaratmaq, bu bəlkə də ən son ola biləcək bir şeydir və dini rejimə qarşı olan biri kimi bəyan edirəm ki, ölkəni əsl geriyə və cəhalətə sürükləyib, qanunları işlək vəziyyətdən salıb insanları şəriətlə yaşamağa vadar edən elə hakimiyyətin özüdür.
Ölkədə cahilliyin və savadsızlığın baş alıb getməsinə rəvac verəndə, televiziyaları əyləncəyə və əxlaqsızlıq yuvasına çevirəndə bundan özünü qorumağa çalışanlar da yolu cahillkdə, şəriət qanunları ilə yaşamağa üstünlük verməkdə görəcəkdi.
Ölkə dindar, ateist, deist və ya başqaları üçün rahat olmayan bir yerə çevriləndə cahillik baş alıb gedəcəkdi, bunu anlamaq bu qədərmi zor?! Və bu gün Nardaranda yayılan görüntülərdə o qara çadralı qadınları görməyimiz qaçınılmaz olacaqdı...
Necə ki, ölkə tv- ləri yarıçılpaqlarla doludur və bundan da qaça bilmirik.
Ölkədəki yaranmış əhvali-ruhiyyəni sezmək və dəyərləndirmək bu qədrmi çətindir? Demokratiyadan danışan olur Qərbin agenti, İslamdan danışansa İranın... Yəni bu ölkədə bir nəfər də olsun səmimi şəkildə öz ölkəsini sevib ona yaxşı gün arzu edən vətəndaş yoxdur?
Ölkədə dini rejimə haqlı olaraq bir nifrət və xof var və hakimiyyət də bundan məharələ istifadə edir. Unutmayın, Tale Bağırzadə bundan əvvəl də narkoman kimi ittiham olunmuşdu, indi deyirsiniz ki, bu insan narkomandlr?
Xədicə İsmayıl Tural adlı insanı intihara təhrik etmişdi,. Tofiq Yaqublu, İlqar Məmmədov İsmayıllı hadisələrinin təşkilatçısı idimi?
İndi durub da bu kimi yalan və şəri deyən, icra edənlərin dediklərinə inanmaq, Nardaranı az qala düşmən kəndi elan edib yandırmağa hazırlaşmaq bizim vətəndaş kimi səbatsızlığımıza işarə deyilmi?
Nardaran Azərbaycanın kəndidir və əgər orda İran təsiri varsa, bəs indiyə qədər hara baxırdı bu hakimiyyət, MTN.?
Başı bankada briliyant turşusu qoymağamı qarışmışdı?
Bu ölkdə dini rejimdən daha betər refimi yaradan kimdir, ölkəni Şimali Koreya çevirmək çəhdlərini kim edir?
Umurlarındamı sizcə?
MTN kimi qurumun nə kimi işlərlə məşğul olduğunu və ölkənin təhlükəsizliyinin kimsənin umurunda olmadığının axı biz hamımız şahidi olduq.
Bütün bunlar sizə nəsə demirmi?

Hiç yorum yok: