reklam

Manşet

Qafar ChaxmaqliSon günlər millət vəkili Azay Quliyevin bəzi adamlar tərəfindən hədəfə alınması düşündürücüdür. Həmişə bu fikirdə olmuşam və bunu bir daha vurğulamaq istərdim ki, Azərbaycanın hər zaman başqa ölkələrdə və beynəlxalq qurumlarda təmsil etmək üçün dəyərli bilik və bacarığa , məntiqə ağıla və ölkəmizi və millətimizi təmsil etmək qabiliyyətinə malik insanlara ehtiyacı olub. İndi də var. Mən bunu hər zaman hiss etmişəm və hər zaman arzulamışam ki, bizim belə adamlarımız çox olsun və onların qabiliyyətindən istifadə edərək milli maraqlarımızı layiqincə müdafiə edək. Bəzən xarici ölkəyə Azərbaycandan gələn adamların yerinə utanırsan. Keçən söhbət olsa da bir hadisəni xatırlamaq istərdim. Bəlkə də üstündən bir neçə il keçib, vaxtını dəqiq xatırlamıram, Ermənistanda bir tədbir var idi və o tədbirə mən təsadüfən Ermənistan televiziyası ilə baxırdım. Azay Quliyev orada ingiliscə bir çıxış etdi və erməni tərcüməçi onun dediklərini qorxusundanmı, qəsdənmi fərqli tərcümə etdi. O ana qədər mən Azay müəllimin ingiliscə belə səlis danışdığını bilmirdim. Azay Quliyev ermənilərin gözünün içinə onların işğalçı ve terrorçu olduqlarını diplomartik dillə açık söylədi. Bu, mənim köksümü qabartmışdı vı bu çıxışın mətnini o zaman öz statusumda paylaşmışdım"bravo" deyərək Kim bilmir ki, bizim parlamentimizdə belə dünyada bu cür təmsil etmək qabiliyyəti olan adamlar azdır. Mən bu məsələdə rəqib və düşmənlərimizə baxaram, onlarla özümüzü müqayisə edərəm. Bu mənada Azay müəllimin nə qədər dəyərli olduğu qənaətimi hər zaman bildirmək borcumu da unutmaram. Bu adamlar da unutmasınlar ki, ona qarşı hər hansı iyrənc iddianı ortaya atarkən nə qədər günah etmiş olarlar. Ola bilər bu boyda işin içində qüsurlar olsun. Amma onlara yanaşmada digər keyfiyyətlər kontekstindən baxmaq lazımdır. Mən də bir QHT rəhbəriyəm. Uzun zaman Şuraya layihə ilə bağlı müraciət etməmişdim. Keçən il müraciət etdim. Ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlarımıza əhali yerləşdirmə kimi təxribatçı planlarını, ifşa etmək üçün dəstək umdum. Nəticədə "İşğal və məskunlaşdırma fitnəkarlığı" kitabını yazdım. Erməniləri ifşa etmək üçün onların öz dillərində olan cinayət etiraflarından bəhs edən "Ermənicə qaynaqlarda erməni cinayətləri " adlı ikinci kitaba da QHT Şurası dəstək verdi. Hər iki kitabın Türkiyədə təqdimatı oldu. Yaxşı qarşılandı. Bu kitabların Türkçə və başqa dillərdə çap edilməsi düşünülür. Qht sektorunda mənim və məni kimi yüzlərcə insanın mübarizəsi bir milli mübarizədir. Yaxşı ki, bu mübarizənin önündə isə Azay Quliyev kimi milli adamlar vardır. Milli adamlarımızın dəyərini bilmək və onu qorumaq bir borcdur məncə... Ona qarşı bu kampaniyanı qətiyyətlə pisləyirəm.

Hiç yorum yok: