reklam

Manşet

Ölkənin hər bir sakininə ayda 800 avro pul ödəniləcək.

Yazar Unknown 6 Kasım 2015 Cuma 0 yorum
Finlandiyada...
Acgözlərin gözü doysaydı, bizdə də etmək olardı. Amma deyəsən
çətin. Hər şey millətin batmasına hesablanıb...
Bunun müqabilində sakinlər heç bir iş görməli olmayacaqlar. Bu islahatdan sonra ölkənin hər bir vətəndaşı dövlətdən hər ay “elə-belə” 800 avro alacaq.
Finlandiyanın Yle nəşrinin verdiyi məlumata görə, islahatın başlanğıc mərhələsində ödənişin məbləği ayda 550 avro, sonra isə ayda 800 avro olacaq. Hökumət bu layihə üzərində işi 2016-cı ilin noyabr ayına qədər tamamlamağı planlaşdırır. Bu ideyanı ilk dəfə irəli sürən baş nazir Yuxa Sipilanın fikrincə, qeyd-şərtsiz gəlir sosial sığortanı əvəz edəcək.
2016-cı ilin yanvar ayında Niderlandın Utrext şəhərində də belə bir pilot layihə tətbiq ediləcək. Orada hər sakinə ayda 900 avro ödəniləcək.
Şərtsiz gəlirin tətbiq edilməsi üzrə bundan əvvəl aparılmış eksperimentlər göstərib ki, bu tədbir sosial gərginliyi azaldır və tüfeyliliyin artmasına səbəb olmur.

Hiç yorum yok: