reklam

Manşet

 Hər gün insanlığa, çağdaş mədəniyyətə zidd, millətimizin adına utanc gətirən xəbərlər alırıq. Bu gün məhkəmədə Leyla Yunus boğazında və sinəsində qalmış döyülmə izlərini jurnalistlərə göstərirmiş. İki gün öncə isə Hacı Tale Bağırzadə namaz qılmaq istəyərkən, polis idarəsi rəisi və işçiləri tərəfindən döyülüb, təhqir edilmişdi. Daha öncə həbsxanada İlqar Məmmədovun vurub dişini sındırmışdılar. Hamımızın gözü qarşısında dövlət hakimiyyətindən sui-istifadə etməklə cinayətlər baş verir. Aydındır ki, dövlət rəhbərliyinin qeyri-rəsmi sanksiyası olmasaydı, heç bir məmur belə özfəaliyyətə cəsarət edə bilməzdi. Hökumət bu kimi məsuliyyətsiz addımları ilə ölkəni xaosa sürükləyir.
Əziz vətəndaşlar, səsinizi ucaldın, etiraz edin. Ən azı etirazınızı burada – virtual aləmdə yazın, tirajlayın. Rejim bilsin ki, xalq baş verənlərə adekvat reaksiya göstərə bilməsə də, bu barbarlıqdan narazıdır. Qətiyyən düşünməyin ki, döyülüb təhqir olunanlar, şərlənərək həbs edilənlər, övladından imtinaya məcbur edilənlər başqalarıdır, sizin hələlik başınız salamatdır. Bu gedişlə sıra hamıya çatacaq. Həm də sıra sizə çatanda artıq bu baradə danışanlar qalmaya bilər. Çünki bu gün rejimin əzib məhv etmək istədikləri məhz sizlərin hüquqlarının pozulmasına susmayanlardır. Sizin haqlarınız uğrunda çalışanlardan siz də vaz keçməyin!

Hiç yorum yok: