reklam

Manşet

Bu qədər zülm çox oldu vallah.

Yazar Unknown 5 Kasım 2015 Perşembe 0 yorum
Bu gördüyünüz daxmada Kəlbəcərdən bir məcburi köçkün ailəsi yaşayır. 17 ildir olmazın zülm içində yaşayan ailəyə səlahiyyətli qurumlar söz verə-verə durub. İki uşaq anası Nəsibə Musayeva baxın nə yazır:
Məktubdan bir parçanı olduğu kimi veririk:
“Şəraitsizlikdən ağciyər xəstəliyinə tutuldum, 15 ay müalicə olundum. O üzdən artıq işləyə də bilmirəm, sürücü işləyən yoldaşımın qəpik-quruş maaşına baxırıq. İki övladım var. Oğlumun 14, qızımın 1 yaşı var. Bir dəfə qızım Şəbnəmi, bir dəfə də özümü əqrəb vurub. Oğlumun qulağına zəhərli cücü girmişdi, uzun zaman müalicə olundu. Evdə dəfələrlə ilan, kərtənkələ öldürmüşük. Soyuqlar düşən kimi uşaqlar xəstələnir, günümüz xəstəxanalarda keçir. Dəfələrlə özümü öldürmək istəmişəm, amma övladlarım gözümün qarşısında durub, fikrimdən daşınmışam. Yenə qış gəlir, dünya gözümdə qaralıb. Redaksiyadan xahiş edirəm, bizim fəryadımızı lazımi yerlərə çatdırın. Aşağılarda səsimiz eşidilmir, bəlkə qəzetiniz yuxarılara çatdıra bildi. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bizim ailənin uyğun bir yerdə yerləşdirilməsinə göstəriş verə bilər. Övladlarımın ağır xəstəliyə tutulmasından qorxuram. Heç olmasa, onlara mərhəmət etsinlər”
Ölkədə belə ailələrin sayı-hesabı yoxdur. Bizim gücümüz isə yalnız problemləri işıqlandırmağa çatır. Ümid edirik, çarəsiz ananın fəryadı səlahiyyətli orqanlara da çatar.
Azərbaycan Xalq Cəbhəsi Partiyası 4 yeni şəkil artırdı.
Bu gördüyünüz daxmada Kəlbəcərdən bir məcburi köçkün ailəsi yaşayır. 17 ildir olmazın zülm içində yaşayan ailəyə səlahiyyətli qurumlar söz verə-verə durub. İkiuşaq anası Nəsibə Musayeva baxın nə yazır:

Hiç yorum yok: