Manşet
Azərbaycan bir başqa yerdir. Çünki bu ölkədə özünü mədəni sayıb çahilliyə qarşı olduğunu bağıran biriləri qalxıb bir kənddə qətliam edənlərin etdiyinə qarşılıq olar “əcəb ediblər” deyə biləcək qədər “yüksək səviyyəli” tolerant-cahillər var.
Əslində, Nardaranda baş verən hadisələr bir çox məqamlara işıq tutdu. Bəlli oldu ki, düz 22 ildir yalanına sahidlik etdiyimiz hakimiyyətin dediklərinə uya, hətta haqq verə biləcək qədər səbatsız xalqıq. Bu iqtidarın bizi istədiyi hala sala bilməsi və idarə etməsi heç də təsadüfi deyilmiş. Xədcənin, İntiqam Əliyevin, İlqar Məmmədovun, Tofiq Yaqublunun şərlənib tutulması bu topluma heç təsir etməmiş. Hətta, məsələn, atası bu hakimiyyətin şəri ucbatından günahsız olaraq məhbəs həyatı yaşayan biri belə dinə nifrətinin ucbatından hakimiyyətlə yalanda birləşib bir safda yer aldı.
Nifrət haqqın önünə keçdi.
Azərbaycanda dini rejim və İrana qarşı haqlı bir aqressiya var. Təbii bir haldır, kimsə Azərbaycanda dini rejim olmasını istəmir. Amma dini rejimə, İrana, hətta dinə və ya Allaha olan nifrətin sənin bir yalanın parçasına çevrilmənə haqq qazandıra bilməz. Nifrət haqqın önünə keçdiyi anda sənin tolerantlığın da, haqlılığın da, ədalətin də dəyərdən düşmüş olur.
İnsan ölkəsində dini idarəetmə istəmirsə, bu ona dindara qarşı haqsız və aqressiv mövqe tutmağa haqq verirmi? Bu nifrətə görə yalançı və saxtakar bir iqtidarın onu aldatmasına necə razı olur?
Necə oldu, ölkənin analoqsuz inkişafı yalanına inanmadınızda, dindarın İran agenti olduğunu inandınız?
“Əsgər ölümlərinə son” aksiyasında iştirak edənləri də İlham Əliyev “anti milli” ünsür adlandırmışdı. İndi soruşuram, siz, ölkəsində əsgərlərin öldürülməsini istəməyənlər, ünsürmüsünüz?
Emin Milli , Xədicə İsmayıla da Amerikanın agenti idi demişlərdi. Bunlar doğru deyildi, siz də inanmadınız. NİDA- çı gəncləridəmi deyək? Onlar da axı “molotof kokteyli” ilə az qala dövlət “çevrilişi” edəcəklərdi...
Bəs nə oldu da, onlara şər atıb yalan danışanlar Tale Bağırzadənin İranın agenti olduğunu deyəndə dürüst oldu?
Bir sözlə, iqtidar yalandan bir atəş qaladı, sonra da hər zamankı kimi “evim yanır” deyə qışqırmağa başladı. Yanan ev heç yalançının da deyildi, amma biz nə yazıq ki, o yalançıya inanıb “su tökmək” üçün hətta basa-bas saldıq.
Kimsə özündən soruşmadı ki, niyə axı bir ölkədə dindar haqq tələb edə bilməz, niyə bir dindar azad seçki, ədalətli cəmiyyətdən danışa, iqtidardan hüquq tələb edə bilməz? Qəbahətdirmi?
Ya bəlkə bu ölkədə haqq istəmək dindara yasaqmı? Niyə axı elə bu ölkədə dindar obrazı Allahşükür Paşazadə də başlayıb onda da bitməlidir?
Yaxud Nardarandakı o dini əhval niyə bu qədər sizi heyrətləndirib qorxudur? Ölkədə əxlaqsızlığı və ləyaqətsizliyi bir dəyərə çevirənlərin bu iyrənc siyasətindən özünü qorumaq istəyənlərin dinə o şəkildə sarılması özünü qoruma çabasıdır.
Ölkənin təhsilini, elmini məhv edəndə bu mənzərə qaçınılmaz idi...
Mən də Azərbaycan qadınını qara çardara görməkdən məmnun deyiləm. Qapalı bir qadının bu inancı onun qara çadraya bürünməsinə əsas deyil, qapanmayan qadına onun geyim tərzi yarıçılpaq gəzməsinə əsas vermədiyi kimi...
Amma niyə zahiri dekorasiyalarla bu qədər məşğulsunuz?
Nardaranda çadralı qadının danışmasını əks etdirən videonu FB da paylaşıb “mənim
də gözün atmır sənin kimisi ilə bir ölkədə yaşamağa” deyənlər indi özünü mədəni və dahamı üstün sayır?!
O zaman kiçik bir xatırlatma edim. Malalanı... Əfqanıstanda qız uşaqlarının təhsil almasını istəyən 12 yaşlı qız da çadralı idi, Taliban əsgərləri onu başından güllələdi. Amma Avropa onu çardasına görə aşağılayıb dəyərini də o üstündəki paltara görə vermədi, onu ən yüksən mükafata Nobel sülh mükafatına layiq bildi.
Bu fakt həm də bizim dindarlara bir cavabdır. “Avropa dinsizdir, kafirdir” deyənlər, baxın, insanlığa və cəsarətə dəyər veriləmək məsələsi ortaya gələndə çox şey arxa plana keçir.
Demək ki, “tolerantlığınız” bir işə yaramır... Sizin beyniniz və ürəyiniz o qara çadra qədər zülmətə bürünüb, xəbəriniz yox...
Bir də Nardaranda və ya başqa Azərbaycan kəndlərində tək qorxu yaradan o örtülü qadınlar, “ya Hüseyn” deyənlərmi? Məgər 21 yüz ilin kəndi o gündəmi olmalıdr, insanı o evlərdəmi yaşamalı, o palçıqlı küçələrdəmi gəzməlidir?
***
Hər zaman deyirik, biz dəyişməyəcəyik, bizdən bir şey olmaz.
Deyəsən doğrudan da bir xalq olaraq öz qiymətimizi düz vermişik.
1993 –cü ildə quldurla qardaşı ayırd edə bilmədiyimizdən başımıza gəlmədimi bu dərd-iqtidar?! İndi də Nardaranda ölən polislərə tutlan qardaşlıq yasını anlaya bilmədim. Onların hüzün və yası elin, xalqın yası olmamalıdır, bir ailənin faciəsidi, bu qədər... Öz vətəndaşına haqsız yerə gülə atan, iqtidarın bütün qara işlərində həvəslə yer alan biri elin yasını haqq etmir. Axı vaxtı ilə Gəncədə quldura qardaş deməyin acı nəticəsi hələ heç tarixə də çevrilməyib, amma biz eyni şəkildə qardaşlıqdan danışırıq.
Özümüzlə heç öyünməyək, bizim çahilliyimizin adı başqadır. Səbatsılzıq...
Bu da qaçınılmazdır, çünki tarixin verdiyi dərsləri kimsə oxumur.
Biz toplum olaraq sinifdə qalmışıq.

Rusiyanın indiki saatı 100 il geridir. Putin bunu anlamır və anlamaq da istəmir. Demək olar ki, cəmiyyəti də sıxıb zorən o vaxta tabe etdirib. Dünya güc dünyası ola bilər, amma zor dünyası ola bilməz. Zorun və qəddarlığın heç bir perspektivi yox. Bunu ruslar hər kəsdən daha yaxşı anlamalıdır – faşizmə qarşı 4 illik müharibə təcrübəsi olan ölkə kimi. Amma dediyim kimi, Putin hökumətində tarixdən ibrət götürmək düşüncəsi yoxdur və görünür ki, olmayacaq da. Dünyanın bu vaxtındadünya ilə kəllə-kəlləyə gəlməyin bir ölkə üçün qazancı nə ola bilər, görəsən? Türkiyəyə sanksiya tətbiq etməklə qəhrəmanlıq etdiyini düşünən Putin özünü necə yandırdığının fərqində deyil. Axı sənin işğalçı təyyarənin türk hava sərhədində nə işi vardı ki, qanadı da qırılsın? Göylə gedəcəksən, burnunu hər yerə soxacaqsan, aranı qarışdıracaqsan, hələ təpəndən vurulanda, hikkə də göstərəcəksən. Guya Türkiyəyə hikkə göstərib sanksiya tətbiq edəndə, kim uduzacaq ki? Bu qarışıqlıqda günün bəyanatı “Vahid Rusiya” partiyasının deputatı Yevgeni Fedorovdan gəlib. Putinin tərəfdarı ölkəsini 1945-ci ildə olan sərhədlərin bərpa edilməsinə çağırıb. Deputat deyib ki, Rusiya Suriyada vaxt itirməsin, bütün gücünü qoyub keçmiş SSRI xalqlarını yenidən imperiya əsarətinə qaytarsın. Ay sənin özün öləsən! Çevrəndə heçmi ağıllı biri yox, sənə başa salsın ki, o babaların çoxdan ölüb, quşbeyin adam! “Tarixi ərazi” deyəndə, bu torpaqları ulubabanız Pyotrın mirasımı hesab edirsiniz? Yoxsa çar dədələrinizin vəsiyyət kağızında buralara vərəsəlik hüququnuz olduğu yazılıb, xəbərimiz yox? Diqqət etsəniz, son günlərin gərginlikləri fonunda bu ölkədə qapıların inkişafa, hüquqa, demokratiyaya, insanlığa, ədalətə necə qapandığına daha yaxından şahid olacaqsınız. Şahid olacaqsınız ki, bu ölkə yüz illərdir bölgədəki xalqlara necə təhlükə idisə, yenə elə təhlükə olaraq qalır. Görəcəksiniz ki, bu ölkə atom əsrində belə, “qan-qan” deyən başçıları üzündən əsrlər öncənin primitiv düşüncə tərzindən irəli gedə bilmir. Müharibədən, işğaldan, qırğından, qan-qadadan başqa yeni bir şey yox, bu ölkəni idarə edənlərin ağlında! Yazıq vallah, çox yazıq!
Türkiyə qətiyyət göstərib Suriya münaqişəsində söz sahibi olduğunu ortaya qoyunca, Suriyadakı soydaşlarımızı məhv edən Rusiyaya yerini göstərincə Qərb həmən onun Suriya ilə 98 km-lik sərhəddə 30 min əsgərlə nəzarət hüququnu tanıdı. Ardınca Avropa Birliyi bu məqsədlə Türkiyəyə üç milyard Avro vəsait ayırdı. 11 ildən sonra yüksək səviyyəli Türkiyə-Avropa Birliyi danışıqları bərpa olundu, Əhməd Davudoğlu Brüsseldə böyük hörmət və ehtiramla qarşılandı və "Biz bir Avropa xalqıyıq" dedi. Əminəm ki, Türkiyənin son dövrlər atdığı doğru və qətiyyətli addımlar ona İraqda da itirilmiş mövqelərini bərpa etmək imkanı verəcək. Etnik təmizlənməyə məruz qalmız Mosul və Kərkük türkmənləri bunu səbirsizliklə gözləyir. Allah Türkiyəmizə kömək olsun!
Kiçik oğlumun adını Mete qoymuşduq, amma bunu sanədləşdirmək istəmirdilər. Dedilər ki, onlara gələn siyahıda bu ad yoxdur. Etirazımızdan mətbuatdakı dostlar da xəbər tutdu. Problem ictimailəşdi, amma həll edilmədi. Dedilər belə ad olmaz və s. Dedim, yaxşı, Qavroş qoyuram onda, bildiyiniz addır, Mete adını o biri uşağa qoyaram. Ona da razı olmadılar.
Birdən qəzəb məni boğdu. Ərizə yazdım ki, xahiş edirəm oğlumun adını Vazgen kimi sənədləşdirin. O idarədə aləm bir-birinə dəydi, zəng elədilər ki, gəl Metenin doğum sənədini götür.
Bax, sizə nə, ay nadanlar?
Onsuz da tendensiya gözəl və doğma adlaradır. Ola bilər kiminsə əlahiddə bir arzusu var, sənə yad görünən bir ad qoyacaq. Yaxud kimin üçünsə hər hansı bir ad şəxsi, milli, tale əhəmiyyəti daışıya bilər. Hətta qəribə ad da qoyan olacaq. Beləsi də olar az sayda.
Bu nə problemdir?
Ölkədə bircə normal tələbə yataqxanası yoxdur, neft pulları da belə getdi...
Sənin bütün məmurlarının adı oğru kimi ləkəlidir, bu adı təmizləmirsən, düşübsən Traktor adlı adamın dalınca.
O Traktorun adı sizin adlardan təmizdir axı.
Niyə təbii yolla həll olunan məsələlərlə baş yozursuz. Axı internet dönəmində bu məsələ özü həllini tapır. Adamlar axmaq deyil axı?

Eldəniz İsmayıloğlu Bəlkə də hər birimiz bu sözü dəfələrlə eşitmişik,mən siyasəti sevmirəm,siyasətlə maraqlanmıram və s.bu kimi və buna bənzər ifadələr.Qardaşım siyasət gözəl qadınmıdır ki,onu sevək.Kim sevir ki onu,heç kim,heç mən də sevmirəm.Amma biz ona məcburuq,çünki biz istəsək də,istəməsək də siyasət hər birimiz həyatına öz təsirini göstərir.Siyasəti sevməyən,siyasətlə maraqlanmayan xalqların hamısı bizim kimi kölə olur və o ölkələrdə diktator rejimlər qurulur.Bu aksiomadır,bunu tarix sübut etmişdir,öz taleyinə biganə olan ,öz haqqını tələb etməyi bacarmayan xalqlar ya köləyə çevrilmişlər,ya da digər xalqlar tərəfindən tarix səhnəsindən silinmişlər. Götürək elə öz ölkəmizi,80-cı illərin sonunda xalq siyasətdə çox aktivləşmişdi və bunun da nəticəsində müstəqillik əldə edildi və SSRİ kimi nəhəng bir zülm,istibdad rejimi dağıldı.Azərbaycanda demokratik dövlət quruldu,lakin sonradan rus KGB-sinin vasitəsilə demokratik qüvvələr hakimiyyətdən uzaqlaşdırıldılar. Rusiyanın da dəstəyi ilə Heydər Əliyev hakimiyyətə gələndən sonra,məqsədli şəkildə xalqı siyasətdən yenə soyutdular və istədikləri kimi at oynatmağa başladılar.Mən şəxsən elə fikirləşirəm ki,siyasət iyrənc şeydir,siyasət murdar şeydir kimi sözləri də məhz xalqı siyasətdən diksindirmək üçün,diktatorlar tərəfindən məqsədli şəkildə ortaya atılmış ifadələrdir. Bu gün Azərbaycan xalqı siyasətdən demək olar ki,tamamilə uzaqlaşmışdır və ölkənin gəldiyi durum göz qabağındadır.
Nardaranlıların borc strukturundakı 42 milyon 267 min manatdan 2007-2015-ci illərin payına 8 milyon 532 manat, 2007-ci ilədək olan dövrün payına 33 milyon 735 min manat düşüb.
Əgər 33 milyon 735 min manatı 306 min 900 manata (illik istehlak) bölsək belə alınır ki, nardaranlılar 2007-ci ilədək olan dövrdə 109 il ərzində işıq pulu ödəməyiblər. Və son 8 ilin borcunu da buraya əlavə etsək ödənilməyən ümumi müddət 117 il edir.
Çox qəribədir, bəs onlar çar Kerenski, komissarlar, müsavatçılar, sovetlər və ölkənin müstəqilliyi dövründə işıq pulu ödəmədən necə yaşayıblar? Məətəl qalmalı işdir.
Nardaranda 10 min nəfər insanı işıqdan, sudan, nəqliyyat xidmətindən, ərzaqdan, internetdən məhrum edib, blokadaya almaq barbarlıqdır. Hər bir insan qanunazidd əməllərinə görə yalnız özü şəxsən məsuliyyət daşımalıdır. Hətta Nardaranda hansısa cinayətkarlar varsa belə, bu bəhanə ilə bütöv bir kəndi – 10 min nəfər soydaşımızı cəzalandırmaq dövlət hakimiyyətinə yaraşmayan rüsvayçı bir davranışdır. Hakimiyyət anlamalıdır ki, belə qeyri-insani davranışlar nə nardaranlıları, nə dəbütövlükdə xalqımızı hökumətə yaxınlaşdırar, tam əksinə, belə zorakı, düşməncəsinə hərəkətlər hakimiyyətlə xalq arasındakı son bağları da qoparır.
Hakimiyyət təcili olaraq bu səhv hərəkətləri durdurmalıdır. Kəndin ətrafındakı blokada götürülməli, öldürülən şəxslərin cənazələri ailələrinə verilməli, Tale Bağırzadə və digər həbs edilən şəxslərin Cinayət Prosessual Məcəlləsinə uyğun hüquqları, o cümlədən vəkillərin prosesdə iştirakı təmin edilməli, kənd ağsaqqallarının dialoq təklifi qəbul edilməlidir. Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası izahı mümkün olmayan absurddur.
Rusiyada baş qaldıran anti-türk əhval ruhiyyəsi göstərir ki, bu ölkənin məhəlli düşüncə ilə xəstələnən cəmiyyəti tarixi düşmənçiliyi milli düşmənçilik istiqamətinə yönəldir. Putin uzun illər şəriksiz hökmranlığı dövründə formalaşdırdığı millətçi toplumun məsuliyyətsiz çıxışlarına stimul verən son siyasi qərarları ilə Avrasiya məkanının iki böyük dövləti arasında münasibətləri daha da gərginləşdirir. Baş vermiş hərbi hadisədə Türkiyənin haqlı mövqeyi ilə barışmayan və onun dərhal siyasi və iqtisadi cavabını soran Putin hakimiyyəti hələ gələcəkdə baş verənlərin fərqinə varmadan emosional şəkildə dialoqdan da imtina edir. Görünür ruslar unudurlar ki, Sakit Okeandan Atlantik okeana qədər at çapan böyük Çingizxanın öz qılıncı ilə düzən verdiyi bu dünya Türkə qarşı birləşəndə də turklər bütün savaşlardan qalib çıxdı. Odur ki, bir daha xatirladıram ki, keçmişi idarə edənlər gələcəyi də idarə edəcəklər. Böyük Türk dünyası bu sınaqdan üzü ağ və qalib çıxacaq. Tanrı Türkü qorusun!
Dövlət vətəndaşın sahibidir, atasıdır, anasıdır. Ata-ana pis övladını vurub öldürmür, çörəklə, açlıqla, soyuqla imtahana çəkmir. Tənbeh edir, cəzalandırır, düşdüyü pis yoldan çəkindirməyə çalışır. Övladı pis olsa belə, körpə nəvələrinə sahib çıxır. Lap tutaq ki, Nardaran pisdir, İran təsirinə düşüb və s. Bəs oradakı körpələrin, qocaların, xəstələrin, hamilə qadınların günahı nədir? Axı aclığa, soyuğa qarşı ən həssas təbəqə onlardır. Niyə onların işığını, qazını, çörəyini kəsirsiniz? Axı "bizim erməni kilsəsi ilə heç bir düşmənçiliyimiz yoxdur, onlara pulsuz qaz veririk" deyən sizlərsiniz. Elə hesab edin ki, nardaranlılar da ermənilərdir, onları bu qışın şaxtası ilə, çörəklə imtahana çəkməyin, günahdır.
Əli Kərimli:
Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub, məgər Hacı Tale istintaqdan yayınırdı ki? Onu sadəcə polisə çağırıb, istintaq hərəkətləri etmək olmazdımı? Ölkə ictimaiyyəti yaxşı bilir ki, son aylarda Hacı Tale həm MTN-ə, həm də polis idarəsinə çağrılmışdı və həmin çağırışların heç birindən yayınmamışdı. Bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?
Sübut etmək ittiham tərəfinin vəzifəsidir. Öldürülən polisləri konkret kimin və hansı şəraitdə öldürdüyü müəyyənləşdirilməlidir. Nardaran əhalisi israr edir ki, polisləri onlar öldürməyib. Polisə güllə atan şəxsi tanımayıblar. DİN əməliyyatın operativ çəkilişini ictimaiyyətə təqdim etməlidir. Belə əməliyyatlarda bir qayda olaraq çəkiliş aparılır. Bu gün həbs edilən şəxslər dərhal vəkillə təmin edilməli, baş verənlərlə bağlı onların da mövqeyi cəmiyyətə çatdırılmalı, istintaq şəffaf aparılmalıdır.

Ayaz Mütəllibovu hakimiyyətdən uzaqlaşdırmaq bizə çox baha başa gəlmişdi. Azadlığımızla, hətta həyatımızla risk etmişdik. Məğlub olsaydıq bizi məhv edəcəkdilər.
Lakin biz sonra Mütəllibovu təqib etmədik.
Televiziyanın canlı yayımında parlamentin tribunasından AXC adından çıxış edərək ona qarşı təqibin olmayacağını bəyan etdim.
Çünki cəmiyətə barış lazım idi, həm də Mütəllibov fəaliyyətindəki bütün qüsurlara baxmayaraq hakimiyyətini qorumaq üçün xalqa qarşı silahlı qüvvələrdən istifadə qərarı verməmişdi.
Elçibəy "Mən əskərə, ya da polisə xalqa atəş aç"- əmri verə bilmərəm" - deyirdi. Vermədi də.
Bu tabu 95 ci ildə OMON- un ağ bayraq qaldıraraq təslim olduğunu bildirməsindən sonra gülləbaran edilməsi ilə aradan qalxdı.
Belə davranış bu gün də davam edir.
Belə davranış bu gün də davam edir.
Nardaran kəndində azı 7 nəfərin həlak olması ilə nəticələnən silahlı əməliyyata biganə qalmaq, belə hadisələrin adiləşməsi ilə barışmaq olmaz.
Hakimiyyət Azərbaycan xalqına daimi yaşayış yeri Nardaran kəndi olmayan Taleh Bağırzadənin həbsinin bu kənddə həyata keçirilməsinin səbəbləri və bu əməliyyat nəticəsində vətəndaşlarımızın həlak olması ilə bağlı izahat verməlidir.
Haradadır İmam Hüseyn üçün ağlayıb,Yezidi lənətləyənlər. Niyə səsiniz çıxmır, görmürsünüzmü Nardaranda insanlara edilən zülmü? Əmin olun, bu düşüncə və xarakterlə sizlər İmam Hüseyin dövründə yaşasaydınız, həbs, ölüm qorxusu ilə, o zaman da səsinizi çıxarmazdınız, onu Hacı Tale kimi meydanda tək buraxardınız. Bu gün haqqı söylədiyi, zülmə etiraz etdiyi üçün zalımın qəzəbinə tuş gələni meydanada tək buraxıb,sonra da ildə bir dəfə məhərrəmlik ayında Məscidə gedib ağlamaqla İmam Hüseyn yolçusu olmaq olmaz.
Elə təbliğat aparılır ki, sanki, Nardaran kəndi düşmən məskənidir. Bəlkə Nardaran bizmki deyil? Bu insanlara Azərbaycan dövləti sahib çıxmayanda, kim sahib çıxacaq? Dövlətdəmi öz vətndaşalrını blokadaya alar?
Naradaranda günahsız insanları qətlə yetiriblər,indi də uşaqların, yaşlıların,qadınların olduğu kəndi düşmən məskəni kimi blokadaya alıb,qazını,işığını,telefonunu,nəqliyyatını kəsiblər,çörək buraxmırlar.
Bu rejimə qarşı çıxdığına görə Hacı Talehi İranın adamı kimi damğalayıb, guya dini dövlət qurmaq istədiyi böhtanını atırlar. Bu yolla onu xalqın dəstəyindən məhrum etmək istəyirlər.
Əksinə, Hacı Tale İranın təsirində olan bəzi dindar qrupları nəzarətdən çıxararaq öz ətrafına cəmləydiyi üçün, İran onun sıradan çıxarılmasında maraqlı idi. O heç vaxt da dini dövlət tərəfdarı olduğunu dilə gətitməmişdi. İrana bağlı olanlardan fərqli olaraq, Hacı Tale yeganə dini lider idi ki, Güney Azərbaycandakı etiraz aksiyalarına dəstək verdi.
Hacı Tale hakimiyyətin dəyib toxunmadığı din xadimlərindən fərqli olaraq, yeganə adadır ki, dindarları demokratik mübarizəyə qoşaraq onları rejimə qarşı müxalifət mövqeyinə yönəldirdi. Bu səbəblərə görə də onun həbs edilməsi məsələsində İranın və Azərbaycan hökumətinin maraqları üst- üstə düşür.
İndi həbsdə olan Tale Bağrzadəyə xalq olaraq biz sahib çıxmalıyıq. Məgər bizim müstəqil, dindar insanları da demokartik mübarizəyə səsləyən din xadimlərimiz ola bilməz? Rejim kimləri ləkələmədi, kimlərə böhtan atmadı. Bu gün həbsdə olan Xədicə İsmayıla, Leyla Yunusa Qərbin agenti damğasını vurmayıblarmı? O halda Hacı Tale Bağrzadəyə də İranın adamı damğasını niyə də vurmasınlar? Bizə təlqin etmək istəyirlər ki, bu ölkədə haqq ədalət urunda mübarizə aparan din xadimi yetişə bilməz. Bu gün ölkəmizdə İranın hizbullahçıları sərbəst şəkildə təşkilatlanırlar, cənub bölgəmizdə məscidlərin çoxu İrana bağlı şəbəkənin nəzarətindədir. Ancaq, hökumət buna göz yumur,çünki bu İran şəbəkəsi dindarları siyasətdən,haqq uğrunda mübarizədən kənarda tutmağa çalışır. İqtidara da məhz belə dindarlıq sərf edir. Ona görə də Hacı Talehi ləkələyib məhv etmək istəyirlər.

Nardaran faciəsinə görə tutlanların heç birindən xəbər yoxdur. Onlar müstəqil vəkillə təmin edilməyib və harda saxlanılmaları ilə bağlı məlumat yoxdur.
Bu o deməkdir ki, indi onlara işgəncə verib AZTV üçün "səmimi açıqlama" almaq istəyirlər. Hələ ki bu mümkün olmayıb. Amma biz bilmirik onlar nə qədər işgəncəyə davam gətirəcək, axı insanlar daşdan, dəmirdən deyil.
Ona görə əziz dostlar, bu günlərədə AZTV və başqa kanalizasiyaların yayacağı "şok süjetlər" heç kimi çaşdırmasın.
Biz gözləməliyik Tale Bağırzadənin, Zülfüqarın müstəqil vəkillərindən hansı açıqlama gələcək. İşgəncə ilə alınan izahatların heç birinin hüquqi əsası yoxdur.

Nardaranı şumlamaq üçün ora traktor yollamaq təklifində bulunan qəzəbli yoldaşlar.
Siz Narardaranı dövlətin konstitusion quruluşuna təhdid kimi görürsünüzsə, gəlin açıq söhbət edək. Bu halda siz etiraf etməlisiniz ki;
- Azərbaycan dövləti o qədər mağmın gündədir ki, bir kənd onun təməlinə vəlvələ sala bilir.
Onu da qəbul etməlisiniz ki, əgər dediyiniz təhlükə varsa və siz bunu bilə-bilə ora traktor, tank yollamaq təklifi verirsinizsə sizdən böyük dövlət düşməni yoxdur. Niyə?
Çünki, heç bir ölkədə fikri, əqidəni güllə ilə öldürmək mümkün deyil, olmayıb.
Demirsiz, nardardaranlılar Azərbaycanı İrana çevirmək istəyir? Xub! Bəs sizə nə düşüb ki, bizim şahımızı İran şahının etdiyi səhvləri etməyə çağırırsız?
İran islam inqilabından qabaq Şahın nə qədər dindarı öldürdüyünü bilirsiz?

Çox təəssüf ki, bəzi ağıllı hesab etdiyimiz adamlar da Nardaran faciəsində hökumətin təbliğat toruna düşdü. Məsələn, hörmətli şairimiz Rustem Behrudi.
O Tale Bağırzadə, nardaranlılar barədə heç bir hüquqa, ümumdavranış kodeksinə sığmayan açıqlamalar verir.
Taleni radikal terrorçu adlandırır. İstinadı isə qondarma, hökumətin cibində olan saytlardır.
O saytlardan daha möhtəbərləri Rüstəm müəllimin dostu, həmyerlisi Hacıbala Abutalıbovun oğlu İsfəndiyarın radikal sələfiləri, Suriyaya gedən döyüşçüləri dəstəklədiyini, onları maliyyələşdirdiyini yazanda isə biz şairdə sükutdan başqa heç nə görməmişdik.
Çox pis.

Nardaran faciəsində həlak olan polislərin dəfn mərasiminə baxdım. Bəri başdan o polislərin də yaxınlarına səbr diləyirəm, çox təəssüf ki onlar da yarıtmaz idarəetmənin qurbandır.
Diqqəti başqa məqama çəkirəm. Gördünüzsə dəfn mərasiminə dövləti üst məmur elitası qatılmışdı: nazirlər, hakimlər.
Sizdən soruşuram, siz axırıncı dəfə (Mübariz İbrahimov istisna) hansı ordu zabitinin dəfnində belə şey görmüsünüz?
Sizdən soruşuram, polisə hörmət öz yerində amma torpağının 20 faizi işğalda olan bir dövlətdə ordu polisdən daha ehtirama layiq olmamalıdırmı?
Erməni ilə rəşadətlə döyüşərək şəhid olan igidlərin məzarı başında bu nazirlər, məmurlar niyə görünmür?
Bu kiçik detaldır, amma o da bizə nümayiş etdirir ki böyük Tamaşa hazırlanıb və hələ o davam edəcək.
Yazıq ölkə.

Tutaq ki, Nardaranda həbs olunanlar İranın agentidir.
Lap tutaq ki, ölkədə dini rejim yaratmaq niyyətinə düşmüşdülər...
Həbs etdiyiniz etdiniz, şər atdığınıza atdınız, öldürdüyünüzü də öldürdünüz.
Daha kəndin qazını, elektrikini niyə kəsirsiniz?!
Və heyrət doğuran iki cəhət...
Rövnəq Abdullayaev erməni kilisəsinə qaz veridyini deyəndə hamı tolerant oldu, əcaba oldumu?
Bəlkə əlində hakimiyyət və zor olan Rövnəq Abdullayevdən qorxdular deyək?!
Amma dindarlara deyilənlərin heç biri hələ sübut olunmayıb, hələ üstəlik o kənddə uşaq, qoca, xəstələr var. Amma bütün kənd cəzalandırılır.
Və buna da "əcəb olur" deyənlər var.
Nəyin qafasındasınız?
"Aldanmış kəvakib" əsərinin cahil qəhrəmanlarını geri gətirməyə nə qədər də maraqlı olan vətəndaşlarımız varmış?!
İkinci cəhət....
Nardaran kəndini, orda olanları, günahı, günasızı bir yana qoyuram. Bir dövləti idarə edənlər özünə necə sığışdırır bu qədər aşağı düşüb vətəndaşı ilə adi bir qisasçı zavallı kimi davranır?
İnsan bu qədər aşağı,adi qisasçı olduğunu nümayiş etdiməkdən heçmi utanmaz?

Один очень известный психолог начал свой семинар по психологии, подняв вверх 500-рублевую купюру. В зале собралось около 200 человек. Психолог спросил, кто хочет получить купюру. Все, как по команде, подняли руки. Прежде чем один из вас получит эту купюру, я кое-что с ней сделаю, — продолжил психолог. Он скомкал купюру и затем спросил, хочет ли кто-нибудь все ещё её получить. И опять все подняли руки. Тогда, — ответил он, — я делаю следующее, и, бросив купюру на пол, слегка повозил её ботинком по грязному полу. Затем он поднял купюру, купюра была мятая и грязная. «Ну кому из вас она нужна в таком виде?» И все опять подняли руки.
Дорогие друзья, — сказал психолог, — только что вы получили ценный, наглядный урок. Несмотря на всё то, что я проделал с купюрой, вы все хотели ее получить, так как она не потеряла своей ценности. Она всё ещё купюра достоинствoм в 500 рублей.
В нашей жизни часто случается, что мы оказываемся выброшенными из седла, растоптанными, лежащими на полу или в полном дерьме. Это реалии нашей жизни. В таких ситуациях мы чувствуем себя никчемными. Но не важно, что случилось или случится, ты никогда не потеряешь своей ценности. Грязная или чистая, помятая или отутюженная — ты всегда будешь бесценным для всех тех, кто тебя любит. Наша ценность определяется не тем, что мы делаем или с кем мы знакомы, а тем — какой ты.
“Noyabrın 26-sında Nardaranda böyük faciə yaşanıb. 2-si polis olmaqla 6 vətəndaşımız qətlə yetirilib. Zülmün, ədalətsizliyin, səriştəsizliyin və dövlət məsuliyyətsizliyinin qurbanı olmuş bütün soydaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyir, onların açılarını paylaşırıq.
Demokratik Qüvvələrin Milli Şurası olaraq bəyan edirik ki, şərtlər nə qədər ağır və ədalətsiz olsa da siyasi mübarizədə zorakılıq, silah tətbiqi yolverilməzdir və bu, bizim rəhbər tutduğumuz dinc mübarizə prinsipləri ilə ziddiyyət təşkil edir. Üzləşdiyimiz bütün haqsızlıqlara baxmayaraq dövlət hakimiyyətini təmsil edən qüvvələrə, polisə müqavimət göstərməkdən çəkinmək lazımdır və əgər baş veribsə, belə hallar tərəfimizdən qətiyyətlə pislənilir.
Azərbaycan hakimiyyəti Nardaranda konkret bir qrup şəxsin dövlət çevrilişinə cəhd etdiyini, şəriət dövləti qurmaq istədiyini, İrandan yönəldildiyini iddia edir. Biz bu iddiaları əsassız hesab edirik. Lakin bu, gerçəkdən, belədirsə, həmin qüvvələrin qarşısına başı milyardlar toplamağa, quldur dəstələri yaradıb insanlara zülm etməyə, reketliyə qarışmış iqtidardan əvvəl bizlər- demokratik qüvvələr çıxacağıq.
Əgər həqiqətən də Azərbaycanda silahlı çevriliş yolu ilə dövlət quruluşunu dəyişmək, şəriət dövləti qurmaq istəyənlər olarsa, hökumətə münasibətimizdən asılı olmayaraq, belə qüvvələrə qarşı səfərbər olacağıq.
Nardaran kəndinə inanclı vətəndaqşlarımızın müqəddəs dini mərasimə hazırlaşdığı bir ərəfədə, dövlət hakimiyyətinə yaraşmayan bir tərzdə-zibil maşınlarında daxil olaraq dindarların öz konstitusion hüquqlarını yerinə yetirərək dini ayin icra etdiyi- namaz qıldığı bir vaxtda silahlı hücum edilməsi insan hüquq və azadlıqlarının kobul şəkildə pozulması, dövlətin öz vətəndaşına qarşı yolverilməz qəddar davranışı kimi qətiyyətlə pislənilməlidir. 6 vətəndaşımızın ölümünə səbəb olan bu basqın hadisəsi həm də hüquq-mühafizə olqanlarının qeyri-peşəkarlığının və səriştəsizliyinin əyani sübutudur.
Hakimiyyətin məqsədi Hacı Taleh Bağırzadəni həbs etmək idisə, buna görə Nardarana silahlı hücum təşkil edib 6 vətəndaşımızın ölümünə səbəb olmağa ehtiyac yox idi. Onu daha əvvəllər də dəfələrlə olduğu kimi hüquq-mühafizə orqanlarına dəvət etmək kifayət idi. Hacı Taleh heç vaxt belə çağırışlardan yayınmamışdı.
Hər zaman dinc, sivil mübarizənin tərəfdarı kimi çıxış edən Taleh Bağırzadəyə və tərəfdarlarına qarşı səsləndirilən ittihamları əsassız, saxta və uydurma hesab edir, bütövlükdə hadisəni hakimiyyətin inanclı vətəndaşlarımıza qarşı təxribatı hesab edirik. Hadisə barədə faktların gizlədilməsi, hadisənin videoçəkilişlərinin yayımlanmaması, altı nəfər vətəndaşımızın, o cümlədən iki nəfər polis işçisinin konkret kimin tərəfindən öldürülməsi barədə sübutların cəmiyyətə təqdim edilməməsi, eyni zamanda, Taleh Bağırzdə və digər həbs edilənlərlə vəkillərin görüşünə imkan verilməməsi bu qənaətimizi daha da gücləndirir.
Bu dəhşətli faciədən, haqsızlıqdan sarsılmış inanclı Nardaran sakinlərinə müraciət edirik. Nə qədər ağır olsa da emosiyalarınızın sizi daha böyük faciələrə cəlb etməsinə, yeni təxribatların baş verməsinə, vəziyyətin daha da gərginləşməsinə imkan verməyin. Daşla, kəsəklə, armaturla silahlanmaq, Nardaranın giriş və çıxış yollarını bağlamaq, dövlət hakimiyyəti nümayəndələrinə müqavimət göstərmək vəziyyətdən çıxış yolu deyil və yolverilməzdir. Nardaran camaatına qarşı edilən haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizə yalnız və yalnız dinc yolla aparılmalıdır və belə mübarizədə Milli Şura olaraq haqqı pozulan hər bir vətəndaşımızın yanındayıq”.
Əziz həmvətənlər, bu gün Nardaranda baş verənlərlə bağlı aşağıdakı məqamları sizlərlə bölüşmək istədim.
1. Nardaranda keçirilən əməliyyat nəticəsində 6 nəfər soydaşımızın öldürülməsindən çox narahatam. Allah ölənlərə rəhmət etsin. Yaxınlarına baş sağlığı verirəm.
2. Siyasi mübarizədə zorakılığı, silahlı mübarizəni qəti şəkildə pisləyirəm. Şərtlər nə qədər ağır olur-olsun, rejimlə mübarizəni yalnız dinc yollarla aparmaq lazımdır. Polisə silahlı müqavimət yolverilməzdir.
3. Əgər həqiqətən də Azərbaycanda silahlı çevriliş yolu ilə dövlət quruluşunu dəyişmək istəyənlər olarsa, hökumətə münasibətimizdən asılı olmayaraq, belə qüvvələrə qarşı səfərbər olmalıyıq və olarıq.
4. Biz hüquq mühafizə orqanlarının Hacı Tale və tərəfdarları haqda yaydığı məlumata niyə gözüyumulu inanmalıyıq? Həmin DİN-in, prokurorluğun əməkdaşları 100-lərlə soydaşımızı, o cümlədən tanınmış ziyalılarımızı, hüquqşünaslarımızı, siyasətçilərimizi, hüquq müdafiəçilərimizi etmədiyi əməllərə görə şərləyib, həbs etməyibmi? Dünənə qədər belə şok əməliyyatları həyata keçirən MTN rəhbərliyi özü hökumət tərəfindən mütəşəkkil cinayətkar dəstə elan edilmədimi?
5. Hökumət izahat verməlidir ki, niyə belə bir əməliyyata ehtiyac duyub, məgər Hacı Tale istintaqdan yayınırdı ki? Onu sadəcə polisə çağırıb, istintaq hərəkətləri etmək olmazdımı? Ölkə ictimaiyyəti yaxşı bilir ki, son aylarda Hacı Tale həm MTN-ə, həm də polis idarəsinə çağrılmışdı və həmin çağırışların heç birindən yayınmamışdı. Bu dəfə niyə dəvət etmədilər, polis idarəsinə?
6. Sübut etmək ittiham tərəfinin vəzifəsidir. Öldürülən polisləri konkret kimin və hansı şəraitdə öldürdüyü müəyyənləşdirilməlidir. Nardaran əhalisi israr edir ki, polisləri onlar öldürməyib. Polisə güllə atan şəxsi tanımayıblar. DİN əməliyyatın operativ çəkilişini ictimaiyyətə təqdim etməlidir. Belə əməliyyatlarda bir qayda olaraq çəkiliş aparılır. Bu gün həbs edilən şəxslər dərhal vəkillə təmin edilməli, baş verənlərlə bağlı onların da mövqeyi cəmiyyətə çatdırılmalı, istintaq şəffaf aparılmalıdır.
7. Mən şəxsən Hacı Talenin silahlı dəstə yaratmasına, silahlı yolla hakimiyyət dəyişikliyi hazırlamasına inanmıram. Hacı Tale heç polis idarəsində zorakılığa məruz qalanda belə, dinc mübarizədən kənara çıxmayıb. Hacı Tale özü facebook səhifəsində yazmışdı ki, hökumət əleyhinə tənqidi çıxışlarına görə ona qarşı təxribat hazırlanır, həbsinə hazırlıq görülür. Bunları bildiyi halda, hansı məntiqlə ətrafında silahlı adamlar gəzdirsin, hansı məntiqlə dövlətə qarşı silahlı müqavimət fikrinə düşsün?
8. Mətbuatda Nardaran kəndində keçirilən mitinqdən yayılan foto və videoçəkilişlərdə narahatedici məqamlar gördüm. O dəmir və taxta dəyənəkləri, daşları meydana gətirənlər ya emosiyaya qapılırlar, ya da təxribat məqsədilə edirlər. Hər cür zorakılıqdan çəkinmək lazımdır. Zordan istifadə etmək cəhdləri vəziyyəti daha da gərginləşdirər. Oradakı həmvətənlərimizə müraciət edirəm, etiraz aksiyalarını istisnasız olaraq dinc yolla keçirmək lazımdır.

Son çağlar baş verənlər Azərbaycanla bağlı ümidsizliyi artırır, istər-istəməz bizi bədbinləşdirir, fikirləşirik ki, xeyri yoxdur, onsuz da artıq onu xilas etmək mümkün deyil.
Amma bu proseslərin önəmi də ondadır ki, hər birimizin bu gözəl ölkənin taleyini yaxşılığa doğru dəyişmək üçün müəyyən bir missiyası, vəzifəsi var. Bu çətindir, məşəqqətlidir, yorucudur, üzücüdür, tab gətirmək çətindir, bəzən hətta mümkünsüzdür, amma "hazıra nazir olmamağın" - arzularımızdakı Azərbaycanın qurulmasında bacardığı qədər, əlindən gələn qədər iştirak etməyin özü də bir şansdır, bir fürsətdir, qürurvericidir.
Rəsulzadənin, Axundovun, Mirzə Cəlilin, Ömər Faiqin, Üzeyir bəyin, Haqverdiyevin, Sabirin, Nəsib bəy Yusifbəylinin, Xoyskinin, Zərdabinin vətəni quldurluğun heç bir növünə asanlıqla təslim olmamalıdır. Olmayacaq da!
Gərəkirsə, onların çəkdiyinin artığını çəkəcəyik, onların qatlaşdığının artığına qatlaşacağıq, amma bu ölkəni verməyəcəyik - nə monarxiyaya, nə də monarxiyanın istehsal etdiyi cürbəcür pisliklərə.
Qısası, heç nəyə görə bu gözəl ölkədən küsməyin, iyrənməyin, soyumayın.
O baş verənlərin, başına gətirilənlərin heç birinə layiq deyil...
Daha çox sarılın Azərbaycana, daha çox sahib çıxın ona! Gün belə bir gündür.

Bakıda Ənvər Məmmədxanlı adına kitabxana vardı, Mahnı Teatrının arxasında yerləşirdi, 2000-ci illərdə mən ən çox o kitabxanaya gedərdim, kollektivi gülərüz idi, qapını açıb içəri girən adam görəndə üzlərində işıq parlayırdı. Hər halda mən belə görmüşdüm.
Müğənni Yalçın Rzazadənin həyat yoldaşı (adı səhv xatırlamıramsa, Roza xanım idi) kitabxananın müdiri idi. Günlərin birində həmin kitabxanaya gedəndə dəhşətli mənzərə ilə rastlaşdım: oranı dağıdırdılar. kitablar barbarcasına daşınıb çölə tökülürdü.
Soruşanda məlum oldu ki, kitabxananın yerini AZAL prezidenti Cahangir Əsgərova satıblar. Kitabxana kollektivi xeyli dirəşdi, axırda buldozerəcən gətirdilər, Yalçın Rzazadənin həyat yoldaşını döyüb şil-küt elədilər, xeyli xəstəxanada yatdı, hətta sonra sussun deyə şərləməyə başladılar ki, bəs korrupsiya ilə məşğul imiş, cinayət işi açılmalıdır-filan.
Dediyim odur ki, Azərbaycan bu günlərə elə-belə gəlmədi.
Azərbaycanı bu günə saldılar. Bilərəkdən. Məqsədli. Sadə səbəbdən: "Cəhalət bütün pisliklərin anasıdır" (Kamyu)
Hamı və hər şey bir yana dursun. Mən Ənvər Məmmədxanlı kitabxanasının zibil kimi çölə atılan o kitablarının ahına inanıram.
O kitabların ahı bir gün bunları tutacaq.

Bizim hərb müəllimimiz (BDU-da Nurəddin Abdullayev), danışırdı ki, onların rayonunda-Şəmkirdə bir kişi olub. O, fəhlə yeməkxanasında hər dəfə bir qab, çaydan sındırarmış. Bir yoldaş soruşub ki, niyə belə edirsən?
O da deyib, Sovet İttifaqına zərbə vururam.
"Çaynik sındırmaqla" sualına ağsaqqalın cavabı belə olub: bala mənim gücüm çaynikə çatır, sən qüvvəlisənsə get qatarın aşır".
Bu hekayət nə dərəcədə düz-səhvdi, babalı polkovnik Abdullayevin boynuna, sözüm başqadır.

Başa düşdüm ki, Tale Bağırzadədən xoşunuz gəlmədi, Nardarandan lap zəndeyi zəhləniz gedir, İslam barədə də heç danışmıram. Amma bu adam gücü çatan qədər, şüurlu bir formada müqavimət göstərdi. Ədalətsizliyi qamçıladı. 3-cü dəfə həbs olunma, ailəsin, əzizlərin gözü yaşlı buraxma riski ilə burun buruna dayansa da. Bəzilərinizin adını eşidəndə titrədiyiniz ifarələrdə hədələr almasına rəğməm...siz bunu bəyənmirsiz, haqqınızdır, amma nə olar, o zaman öz dünyagörüşünüzə, əqidənizə uyğun formada zülmlə, qanunsuzluqla mübarizə edin. Sabitqədəm formada həm də.
Tale Bağırzadə sizi daha məşğul etməsin. O getdi.

22 ildə elə etmək olardı ki:
- dindar etiraz edəndə ağıla ilk olaraq onun hansı ölkəyə işlədiyi sualı gəlməsin;
- polisə güllə atılanda, onun da ağrısını hər kəs öz canında hiss eləsin;
- prokurorluq açıqlama yayanda "görəsən, əsl həqiqət necədir?" sualı verilməsin;
- "MTN camaatın yatağını güdməklə məşğul olanda axırı belə də olmalı idi" deyilməsin;
- "hakimiyyətə lap mollalar gəlsin, amma yetər ki, bunlar getsin" deyilənlər tapılmasın və s. və i.

Bir Rəsulzadə şedevri
(Yaxşı-yaxşı oxuyun, diqqətlə oxuyun. Əbəs yerə "Yolumuz onun yoludur" demirik. Biz Məmməd Əminin bu xalqa ən azı iki köynək böyük gəldiyini hələ çox sonra başa düşəcəyik...)
"Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın……"
Tarix maşının yan güzgüsü kimidir, Arxaya baxıb qabağa getmək üçün...
İndi deyirsiniz ki, vaxtı ilə AXCP- nin qərargahından az qala tank çıxaran, NİDA- çı gəncləri həbs edəndə öz əlləri ilə onların evlərinin qapısına "Molotof kokteyli" yığan hakimiyyətin Tale Bağırzadənin evindən çox sayta avtomat, silah çıxması və adamlarının polisə müqavimət göstərməsi haqqındakı məlumata inanaq? O polisə silahlı müqavimət göstərən görəsən kimdir, hardan gəlib çıxıb oralara və namaz qılmağa niyə silahla gəlibmiş?
Unutmayın, tarix maşının yan güzgüsü kimidir, arxaya baxıb irəli getmək üçün...
Arxaya yaddaşınızın gözü ilə baxın və dəyərləndirin...
Bu ölkədə dini rejim və cəhaləti daha çox yayan vahabilərdir. Amma nədirsə, hakimiyyətin üzünə ağ olmadıqları üçün onlardan silah- sursat tapılmır...
İran təhlükəsimi?
Yox... Ölkənin cənub bölgəsi İranın təsiri ilə az qala keçən əsrin əvvəllərinə doğru start götürüb. Yas məclisləri belə Xomeyninin adı ilə başlayır, kimsənin umurunda deyil...
Hər gün ölkədən qaçıb İŞİD-ə qoşulan insanların taleyini oxuyuruq, yenə də kimsədən bir reaksiya yoxdur.
Çünki bütün bunlardan özlərinə təhlükə hiss etmirlər.
Tale Bağırzadə isə birbaşa hakimiyyətdəki ədalətsizlikdən və haqsızlıqdan danışırdı. İnanın, Tale Bağırzadə bir İranın yox, yüz ölkənin belə əlaltısı olmuş olsa,, ölkədə cəhalət və geriliyi yaymış, hətta agent kimi əməkdaşlıq etmiş olsaydı belə onu kimsə həbs etməyəcəkdi. Çünki ölkənin dini rejimlə və ya İran, Qərb agentləri ilə dolması, hərənin bir tərəfə dartması iqtidar üçün maraqlı deyil, tək dərdləri odur ki, bunlara pul yığmaq üçün imkan olsun.
Azərbaycanda dini dövlət yaratmaq, bu bəlkə də ən son ola biləcək bir şeydir və dini rejimə qarşı olan biri kimi bəyan edirəm ki, ölkəni əsl geriyə və cəhalətə sürükləyib, qanunları işlək vəziyyətdən salıb insanları şəriətlə yaşamağa vadar edən elə hakimiyyətin özüdür.
Ölkədə cahilliyin və savadsızlığın baş alıb getməsinə rəvac verəndə, televiziyaları əyləncəyə və əxlaqsızlıq yuvasına çevirəndə bundan özünü qorumağa çalışanlar da yolu cahillkdə, şəriət qanunları ilə yaşamağa üstünlük verməkdə görəcəkdi.
Ölkə dindar, ateist, deist və ya başqaları üçün rahat olmayan bir yerə çevriləndə cahillik baş alıb gedəcəkdi, bunu anlamaq bu qədərmi zor?! Və bu gün Nardaranda yayılan görüntülərdə o qara çadralı qadınları görməyimiz qaçınılmaz olacaqdı...
Necə ki, ölkə tv- ləri yarıçılpaqlarla doludur və bundan da qaça bilmirik.
Ölkədəki yaranmış əhvali-ruhiyyəni sezmək və dəyərləndirmək bu qədrmi çətindir? Demokratiyadan danışan olur Qərbin agenti, İslamdan danışansa İranın... Yəni bu ölkədə bir nəfər də olsun səmimi şəkildə öz ölkəsini sevib ona yaxşı gün arzu edən vətəndaş yoxdur?
Ölkədə dini rejimə haqlı olaraq bir nifrət və xof var və hakimiyyət də bundan məharələ istifadə edir. Unutmayın, Tale Bağırzadə bundan əvvəl də narkoman kimi ittiham olunmuşdu, indi deyirsiniz ki, bu insan narkomandlr?
Xədicə İsmayıl Tural adlı insanı intihara təhrik etmişdi,. Tofiq Yaqublu, İlqar Məmmədov İsmayıllı hadisələrinin təşkilatçısı idimi?
İndi durub da bu kimi yalan və şəri deyən, icra edənlərin dediklərinə inanmaq, Nardaranı az qala düşmən kəndi elan edib yandırmağa hazırlaşmaq bizim vətəndaş kimi səbatsızlığımıza işarə deyilmi?
Nardaran Azərbaycanın kəndidir və əgər orda İran təsiri varsa, bəs indiyə qədər hara baxırdı bu hakimiyyət, MTN.?
Başı bankada briliyant turşusu qoymağamı qarışmışdı?
Bu ölkdə dini rejimdən daha betər refimi yaradan kimdir, ölkəni Şimali Koreya çevirmək çəhdlərini kim edir?
Umurlarındamı sizcə?
MTN kimi qurumun nə kimi işlərlə məşğul olduğunu və ölkənin təhlükəsizliyinin kimsənin umurunda olmadığının axı biz hamımız şahidi olduq.
Bütün bunlar sizə nəsə demirmi?

"Lazım gəlsə" Nardaranı alacaqlar. Kəndinin işığın kəsiblər. Birazdan suyu da kəsərlər. Sonra da kəndi bombalayralar.
Əsas odur ki, erməni kilsəsinə verdikləri pulsuz qazı kəsməsinlər.
Öz vətəndaşlarını düşmən kimi bolokadaya alan ikinci belə bir dövlət varmı?

İndi Nardaran olayları zamanı həbs edilənlərə Banditizmdə işgəncə verirlər. İşgəncə verməkdə bir məqsəd var: etiraf edin ki, Azərbaycanda dini inqilab edib şəriət dövləti qurmaq istəyirdiz. Vəssəlam. Stalin zamanında prokurator vardı, Vışinski. Onun nəzəriyyəsinə görə dustağın etirafı cinayət işinin açıldığını elan etmək üçün yetərli səbəbdir.
Vışinski indi bu dəqiqələrdə də Banditizmdədir və həmin etirafları qoparmaq istəyir....

"Türkiyə Rusiyadan üzr istəməlidir" deyən ziya(n)lılarımıza görə çox üzüldüm. Ayıbdır vallah! Türk şəhidlərinin qanı bahasına erməni-rus birliklərindən xilas edilmiş və Azərbaycana qaytarılmış Bakı şəhərində yaşadığınızı unudursunuz?! Bakıda, Şirvanda, Qarabağda, Qubada, Gəncəbasarda... erməni soyqırımından bizi qorumaq üçün dağlardan aşıb gələn türk əsgərlərinin, subaylarının haqqını nə tez yedik biz?! Azərbaycanın Türkiyədən başqa təbii və sədaqətli qardaşı varmı?! Dostu varmı?! Bəziləri deyir: "Türkiyə Rusiyadan üzr istəməlidir". Heyrət edirəm, Bəlkə Azərbaycan da işğal olunmuş ərazilərinə görə Rusiyadan və onun maşası olan Ermənistandan üzr istəsin?! Bunu təklif edirsiniz? Bəlkə Suriyadakı Bayırbucaq türkmənləri - bizim canbir, qanbir qardaşlarımız başlarına yağdırılan bombalara xərc çəkdiyinə görə Rusiyadan üzr istəsin?! Türkiyə sərhəddini pozan rus bombardmançısını vurub, amma ruslar Ukrayna səmasında sərnişin təyyarəsini vurdular, yadınızda varsa. Siz yaxşısı budur, Rusiyadan tələb edin sərhəddini pozduğu Türkiyədən, günahsız vətəndaşlarını qırdığı Ukraynadan, təyyarəsini vurduğu. insanlarını öldürdüyü Malayziyadan, Hollandiyadan... üzr istəsin. Türkiyənin üzr istəməsini tələb edən azərbaycanlı ziya(n)lılar, böyük Çingiz Aytmatovun "Əsrdən uzun sürən gün" romanını açıb bir daha oxuyun! Bir ananın övladını anasını oxlayacaq qədər manqurtlaşdıranları bir daha tanıyın. Bu çətin gündə qardaş xalqın, dövlətin - Türkiyənin yanında olun, qarşısında yox".
Türkiyə Silahlı Qüvvələri Suriya türkmənlərini bombalayan, Türkiyə sərhədlərini pozan Rusiya təyyarəsini vurdu. Paradoksal vəziyyət yaranıb. Türkiyə rəsmiləri açıq-aşkar desələrdə ki, Rusiya təyyarəsini dəfələrlə edilən xəbərdarlıqdan sonra Türkiyə F16-ları vurub, Rusiya rəsmiləri xeyli müddət təyyarənin yerdən vurulduğuna israr edirdi. Nə baş verir? Bu paradoks nə ilə izah edilə bilər? Hadisələr necə inkişaf edəcək? Yəni doğrudanmı böyük müharibə labüddür? Böyük müharibənin olmaması üçün necə bir kompromis mümkün ola bilər, hansı tərəf geri çəkiləcək? Bu suallara cavab vermək üçün münaqişə bölgəsində tərəflərin hansı marağı olduğunu analiz etmək lazımdır.
Rusiya üçün Suriya kampaniyası taktiki maraqlara xidmət edir. Rusiyanın Suriyada həyati mənafeyi yoxdur. Rusiya sadəcə digər və daha güclü qüvvələrin qərarsızlığından istifadə edərək, cəsarətli, həm də riskli siyasətlə Suriyada əlavə üstünlüklər əldə etmək istəyir. Maksimum və minimum məqsədləri var. Rusiya bacarıb Əsədi hakimiyyətdə saxlaya bilsə (bunun ehtimalı çox azdır), böyük geopolitik və hərbi qələbə qazanmış olacaq. Bu, onun maksimum uğuru olar. Bu mümkün olmasa belə İŞİD-i, Rusiyaya gəlməsini gözləmədən, digər güclərlə birlikdə Suriya ərazisində məhv etmək (və ya sarsıtmaq), Suriya kürdləri və ələvilərilə müttəfiqliyi möhkəmlətmək, bu müttəfiqliyin köməkliyi ilə Suriyada Əsəddən sonrakı hakimiyyətin təşkilində rol almaq, üstəlik Rusiya hərbi bazalarının Əsəddən sonra da Suriyada qalmasına nail olmaq da Kreml üçün olduqca uduşlu variantlardır. Rusiya ümid edir ki, hətta ən pis variantda da Suriyada Qərblə əməkdaşlığa gedib oradakı “aktivlərini” Qərbə sataraq, beynəlxalq təcridindən qurtula, Suriya bəhanəsilə digər böyük dövlətlərlə danışıq masası arxasına qayıda bilər. Yeri gəlmişkən, bu proses artıq başlayıb.
Əlbəttə, Rusiyanın bu kampaniyada digər maraqları da var. Və bunlardan ikisini də qeyd etmək istəyirəm. Rusiya bu kampaniyaya başlamaqla Ukrayna ərazilərinin bir hissəsini işğal etməsini qismən unutdurub, arxa plana keçirməyə çalışır və fürsətdən istifadə edib, Türkiyənin də regionda artan nüfuzuna və təsirinə mane olmaq istəyir.
Təbii ki, Türkiyə də Suriya konfliktində iştirak edən dövlətdir və onun da öz geopolitik maraqları var. Türkiyə 800 kim-dən artıq birgə sərhədi olan Suriyada özünə düşmən yox, dost hökumət görmək istəyir. Üstəlik, elə bir hökumət ki, nisbətən demokratik, xalqa yaxın olsun, Türkiyəyə sığınmış 2 milyondan artıq Suriya qaçqınına da qucaq açsın, qaçqınlar öz ölkələrinə qayıda bilsin. Məhz bunlara nail olmaq üçün Türkiyə Əsədin hakimiyyətdən getməsində israr edir. Bunlar Türkiyənin, bacarsa, əldə etmək istədikləridir. Amma bu maraqların heç biri Türkiyənin böyük savaşa girməsinə səbəb ola biləcək məsələlər deyil. Türkiyə üçün Suriyada yalnız bir “olmazsa olmaz”, hətta böyük savaşa səbəb ola biləcək məsələ var ki, bu məsələdə o, güzəştə gedə bilməz. Həmin məsələ Türkiyənin dost olmayan güclərlə faktiki olaraq mühasirəyə alınmasıdır. Məhz bu səbəbdən Suriyada türkmənləri müdafiə etmək Türkiyə üçün milli təhlükəsizlik məsələsidir. Türkiyə də məhz ona görə bu gün belə qərarlı davrandı ki, Rusiyaya və bütün dünyaya mesaj versin: Suriya türkmənlərini qorumaq üçün Türkiyə hər şeyə gedər və gedəcək. Çünki söhbət sadəcə soydaşlara sahib çıxmaq kimi milli duyğularla bağlı sentimental məsələdən getmir. Söhbət dost olmayan güclərin Türkiyəni faktiki mühasirəyə almaq cəhdindən gedir.
Ümid edirəm ki, Rusiya rəhbərliyi yaranmış situasiyada adekvat davranmağı bacaracaq. NATO üzvü olan Türkiyə ilə hərbi münaqişəyə girmək kimi macəraçı davranışı seçməyəcək. Türkmənləri soyqırıma məruz qoymaq cinayətində Bəşər Əsədə dəstəyini azaldacaq. Rusiya üçün vacib, əhəmiyyətli qonşu olan Türkiyənin həyati maraqlarını ciddiyə alıb, onunla hesablaşacaq. Rusiya mənbələrinin “təyyarəmizi yerdən (yəni suriyalılar) vurublar” söhbəti də Türkiyə ilə savaşdan yayınmaq üçün düşünülmüşdü və doğru yanaşmadır. Bunun əksi nəinki regionumuz, hətta dünya üçün də fəlakət ola bilər. Türkiyənin geri çəkilmək imkanı yoxdur...
(c) AXCP sədri Əli Kərimli