Manşet
Heç dəxli olmadan getdilər Bəşər Əsəd kimi diktatora, xalqını bəlaya salana yardım elədilər. Bütün yeni silahlarını orda tətbiq elədilər, sınaqdan çıxardılar. Gah sualtı qayıqdan, gah gəmidən qanadlı raket atdılar. Əvəzi nədir? Sadə ruslar Putinin axmaq ambisiyalarının qurbanına çevrilib. Biri mülki olmaqla, 2 təyyarə itiriblər. 250-yə yaxın rus həlak olub. Ukrayna kimi qardaş ölkə ilə savaşırlar. Krımı guya ələ alıblar, amma ora da toksuz, enerjisiz qalıb, əsl biabırçı durumdur. Ukraynanı artıq qazla da hədələyə bilmirlər.
Deyirlər Türkiyəyə qaz satmarıq. Satma. Bəs kimə satacaqsan? Şara doldurub Qızıl Meydanda oynayacaqsan? Rusiyanın Türkiyə bazarından qazandığı Türkiyənin Rusiyadan qazandığından 5 dəfə çoxdur. Bu bazarı da itirsələr, ətraflarında cəmi 2 dostları qalır: Ermənistan və İran. Əcəb ittifaqdır. Əsl ayı dostluğudur.
Səbəb nədir? Avtoritarizm. Təkəlçilik. Demokratiyanın yoxluğu. Qərarları, taleyini millət özü yeritməlidir. Bir-iki adama versən, bəla olur. Həm özünə, həm başqalarına. Bəşər Əsədi müdafiə eləməyə gedəndə özün Bəşər Əsəd olursan. Bəzi ağzıgöyçəklər hələ də Suriya probleminə görə Qərbi qınayır. Ancaq heç deyən yoxdur ki, nədən bu dövlət 50 ilə yaxındır Əsəd ailəsinin istismarı altındadır, bu ailə sülaləsi ilə haracan getmək istəyirdilər? İndi orda münbit şəraitə, gübrəliyə düşüb cücərən İŞİD, “Ən Nüsra cəbhəsi”, nə bilim, YPG kimi alaq otlarını elə Hafiz və Bəşər Əsədlər yetişdirib. Avtoritarizm, totalitarizm nə qədər uzun çəkirsə, o yıxılanda qan da o qədər çox axır. Tarix bunun saysız-hesabsız örnəkləri ilə doludur. O üzdən sivil dünyada bir şəxsin uzun müddət, dəyişmədən rəhbərlik eləməsinə qadağalar qoyan qanunlar düzəldiblər. Su da bir yerdə çox qalanda iylənir. Bizim Azərbaycanın taleyi baxımından qorxumuz həm də buna görədir. Yoxsa aldadıcı sabitliyə əl çalıb yaşayardıq. Tipik bir örnək göstərəcəyəm.
Təzəlikcə cəbhəçi Həsən Kərimov öldü. Həsən bəyi 90-cı illərdən yaxşı tanıyırdım, “Azadlıq” qəzetinin Xaqani küçəsindəki məşhur redaksiyasındakı çayçıda çox söhbətlərimiz olmuşdu. Onun ölümünə ictimai sektorda çox insan kədərləndi. Səbəb sadə idi: Həsən bəy təmiz yaşamışdı, vicdanlı yaşamışdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dönəmində (zəhləmgetmiş yapistlər demişkən) Həsən bəy Bakının ən mərkəzində, Səbayel rayonunda icra hakimiyyətinin başçısı işləmişdi. Ancaq bir manat rüşvət almamışdı. O üzdən Yeni Günəşlidə kasıb evində yaşayırdı. Mən onun iki oğlunu da tanıyırdım. Çox sadə, mərifətli uşaqlar idilər, yazıqlar ikisi də yanılmıramsa, 2009-cu ildə, bir ayın içində, faciəli şəkildə həlak oldular. O vaxt deyirdilər bunu Həsən bəyə qarşı qəsdən ediblər. Ancaq sübutum yoxdur, bir söz deyə bilmərəm.
Sözümün canı nədir? İndi çoxlarının, bəzi məsələlərə görə elə mənim özümün də bəyənmədiyim AXC hakimiyyətində rüşvətxorluq yox idi. Əsas da ona görə ki, Elçibəy özü, necə deyərlər, “almırdı”. Əgər o hakimiyyətin hansısa rüşvətxorluq, hakimiyyətdən sui-istifadə halları olsaydı, yapistlər bunun haqqında kinolar çəkərdilər. Bircə fakt da yoxdur, təsəvvür edirsinizmi? Hətta hansısa qanunsuzluğun, müəyyən pul toplanmasının da sonunda vətən naminə, Qarabağ savaşı üçün edildiyi bilindi, o səbəbdən yapistlər qurdalamadılar. AXC dövründə Qazax Rayon İcra Hakimiyyəti başçısının xanımı hinduşka saxlayıb yerli bazarda satırdı ki, ailə dolana bilsin! Bu millət elə bir hakimiyyəti bəyənmədi. Yerinə keçi fermaları saxlayan MTN generallarının hakimiyyətini gətirdilər. “Hər xalq öz hakimiyyətinə layiqdir” fikrini sübuta yetirdik.
Deyə bilərlər AXC nə yatdı, nə yuxu görsün. Əlbəttə. Cəmi 1 il. Bəs mən yuxarıda nəyi yazmışam?! Hakimiyyəti tez-tez dəyişmək lazımdır. Ukraynada Maydan hərəkatı vaxtı belə bir yaxşı şüar yazmışdılar: “Hakimiyyət pampers kimidir, gərək tez-tez dəyişəsən”. Uşaq saxlayanlar müəyyən vaxtdan, misal üçün, 4-5 saatdan artıq dəyişilməyən pampersin necə iy verdiyini bilirlər. Yaxın Şərqdən gələn də həmin iydir.

Məsuliyyətli vətəndaş olaraq qüdrətli dövlətimizə Nardaran əməliyyatını necə keçirmək haqda məsləhətli-xəritə təklif edirəm. Mavi oxlar Xəzər 1-ci dəniz donanmasının atom sualtı qayıqlarından zərbəni nəzərdə tutur. Bundan sonra şimal-şərq istiqamətindən 69-cu Qarabağ desant polku girir (sarı oxlar). Artilleriya hazırlığı ilə 167-ci Qızıl bayraqlı Naxçıvan diviziyası hücuma keçərək düşmənin Bilgəh istiqamətində aradan çıxmasına imkan vermir (qırmızı oxlar). Son tamamlama, əsirlərin ələ keçirilməsi və işıq pulu qənimətinin yığılması ilə Hacı Qamətin başçılığı ilə 124-cü Suriya-Sələfi briqadası məşğul olmalıdır (yaşıl oxlar). Bu xəritəni nardaranlılara satanlar vətən xainidir.
Bu şüarı Nardaranın girişinə yazmağın vaxtıdır
Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalara başlayıb, bizim şanlı yapistlər də Nardaran kəndini boykot edirlər. Bəs necə, ortada silahlı qüvvələrin itkisi varsa bunun cavabı verilməlidir. İstər SU-24 təyyarəsinin pilotu olsun, istər “bandotdel”in polisləri. Silahlı qüvvələrə qalxan əllər qırılmalıdır. Hərçənd, konkret hansı əlin qalxdığını müəyyən eləmək çətindirsə, topasına sanksiya tətbiq etmək dövlətçilik prinsiplərinə uyğundur. Onsuz nardaranlılar elə hamısı bir-birinə bənzəyirlər. Qadınlar çadra örtür, ümumiyyətlə ayırmaq çətindir.
Putin Türkiyə kurortlarına getməyə, türk pomidoru almağa qadağan qoyubdur. Məncə qüdrətli dövlətimiz də indən belə başqa rayon və kənd sakinlərimizin Nardarandakı pirləri ziyarət etməsinə embarqo qoysun. O cümlədən, Nardaranda inək saxlayıb qatığı bankada Məştağa tərəfə aparan arabaları artilleriya atəşi ilə vurmaq olar. Lazım gəlsə yerli parnikləri “Qrad” qurğuları ilə aşırtmaq lazımdır. Qoy indi nardaranlılar öz pomidorlarını yeyib İran xurması ilə çay içsinlər. Tezliklə diz çöküb Mübariz Qurbanlı müəllimə iman gətirərlər.
Siz bəlkə zarafat elədiyimi düşünürsünüz, amma kəndin işığını, telefonunu, ərzağını neçə gündür kəsiblər. Bir zırpı dövlət - təsəvvür edin, bunu bir ara BMT Təhlükəsizlik Şurasının hansısa iclasına sədr qoymuşdular - bir kəndi ilə savaş aparırsa, bunun haqqında nə yazmaq olar? Bu qədər qeyri-ciddi hakimiyyət harda var?
İşıq pulu borcunu o qədər hesablayıblar ki, həmin hesabla nardaranlılar elektrik enerjisi kəşf olunmazdan qabaqkı vaxtlara da borclu çıxıblar. Bir növ, Günəşin yazıq kəndliləri işıqlandırmasını da borcun üstünə gəliblər. Bəs nardaranlıların qar pulu harda qaldı? Onu da tutun alın. Verməyəni SOCAR-ın qaz kamerasında yandırıb propana çevirmək, Gürcüstandakı erməni kilsələrinə satmaq olar. Doğrudan da, bizim üçün xaricdəki erməni kilsələrinə müftə qaz vermək öz kəndimizə pulsuz işıq verməkdən üstündür. Multikulturizmdir da bə! Qoy desinlər Qasıməlinin çustu var...
Mırtikulturizm (korrektor, düzəltmə! - Z.H.) demişkən... Bizdə bunun dövlət müşaviri vardır. Yazıçı Kamal Abdulla prezidentin millətlərarası multukulturalizm və dini məsələlər üzrə müşaviridir. Bir azdan bu vəzifəni tutmasından 2 il keçəcək. Ancaq onu niyə Nardaranda görmürük? Niyə Mübariz Qurbanlının - dini işlər komitəsinin sədrinin də səsi gəlmir? Ombudsman hansı cəhənnəmdədir, onun nümayəndələrini niyə Nardaranda görmədik? Bu adamların dövlət vəzifələri üzrə məsuliyyəti bir yana qalsın, vicdanları sızıldamırmı? Hüquq-mühafizə orqanlarının o biabırçı və müəmmalı əməliyyatında hər iki tərəfdən ölənlərin qanı həm də öz işinə məsuliyyətsiz yanaşan bu şəxslərin üzərindədir.
Bir məşhur Şərq əhvalatı var. Firon deyir ki, əgər Nil çayının kənarında hansısa qurd quzunu parçalayırsa, bunun da suçu məndədir. Həmin bucaqdan çıxış eləsək, Nardaranın indiki vəziyyəti də hakimiyyətin günahıdır. Ölkə kəndləri, ölkə əhalisi arasında ayrıseçkilik, yerlibazlıq, tayfabazlıq siyasətinin nəticəsində Nardaran tipli “fenomenlər” ortaya çıxır. Sadəcə, bir kəndin bəxti azca gətirib Nehrəm adlanır, başqa kənd Nardaran olur. Bir ayrısı yenə bəxtsiz çıxıb Bənənyara dönür. Biri Malıbəyli kimi işğalda unudulur gedir, başqasına icra hakimi dədəsinin adını verib Əliniyazlı-ya döndərir. Primitiv mağara təfəkkürlü adamların idarəçiliyindən cürbəcür mağara tipli yaşayış məskənləri yaranır. Hər kəs öz mağarasında oturub mırıldanır. Bir az burnunu qırağa çıxaranın burnunu dəyənəklə qırırlar. Bəhanə də var: “Çıxsan səni dinozavr yeyər, otur yerində, sabitlikdən həzz al”.
Sözgəlişi, yapistlər bu dəfə İran mövzusunu qabartmadılar. “Amerika hansısa QHT-yə yardım edib dövləti çevirir” şivəninə baxmayın, bu tip ifadələri İrana qarşı işlətməyə babat oturacaq hissə lazımdır. İran qanıb-qandıran rejim deyil axı. Üstəlik, arada okean və materiklər də yoxdur, düz qulağın dibindədir.
Ölünün bədənindəki tatu ilə antitəbliğat quran bir hakimiyyətdə yaşayırıq. Dünən gördüm: atışmada ölənlərdən brinin ayağındakı svastikanı “bu nətəər müsəlmandır” adıyla yayırdılar. Bu, artıq dövlətin karikaturası da deyil, nəsə ayrı bir şeydir. Yenilikdir. O üzdən adını hələ tapmayıblar.

Düzü, telekanalizasiyalara baxmıram, o üzdən dost-tanışlar Zəhər TV adlı kanalın (Xəzər bizim gözümüzün işığıdır, onun adını hər kirli yerlə yanaşı çəkmək olmaz) Nardaran hadisələrini... Xədicə İsmayıla bağlamaq cəhdindən danışmasalar bunu heç bilməzdim. O üzdən belə dost-tanışları qınayıram. türkün məsəli, “olmaz-olasınız”.
Mənim o kanalın səfehliyinə heç vaxt şübhəm olmayıb, üstəlik, hələ hardasa 10 il qabaq televizora baxanda nə mal olduqlarını görmüşdüm. O vaxtlar bunların bir ağsaqqal dədələri vardı, istənilən verilişin içindən çıxıb moizə oxuyurdu. Elə bil telekanal yox, köhnə kənd qəbiristanlığı idi.
Araşdırmaçı jurnalist, xalqımızın görkəmli övladı Xədicə xanımı bir ilə yaxındır türmədə saxlayırlar və bir həftə qabaq hansısa kənddəki hadisəni onun təsirinə yozmaq təkcə kanalda ağıl azlığına dəlalət eləmir. Bu, eyni zamanda Xədicə İsmayıldan, azad sözdən, jurnalistikadan qorxunun görsənişidir.
Türmədə saxlanan işıqlı insanlarımızdan biri də Tofiq Yaqubludur. Tofiq bəy bu yaxında yazdığım “Ədliyyə Nazirliyinin adı dəyişməlidir” yazısı ilə bağlı mənim üçün çox böyük önəm daşıyan fikirlərini göndərib, istərdim onları sizinlə bölüşüm: “Yazıdakı mövqeyinizi tam dəstəkləyirəm. Nə vaxtsa mən də bu haqda yazmışam. Əlavə olaraq fikrim də var. Daxili İşlər Nazirliyinin də adı düzgün deyil. Düzdür, bu, dünyanın çox yerində belədir, ancaq doğru deyil. Xarici İşlər Nazirliyinin adı doğrudur, çünki bu nazirlik dövlətin xarici işləri ilə məşğul olur. Ancaq cinayətkarlığa qarşı mübarizə ölkəmizin əsas iç işi deyil. İqtisadiyyat, ictimai münasibətlər sistemi, elm, təhsil və sairə daha çox ölkənin daxili işi sayılar, nəinki polislərin cibgirləri tutması. Məncə, bu nazirliyin adı gördüyü işə uyğun dəyişdirilməlidir”.
Tofiq bəy dəyişib nə qoymaq təklifini yazmayıb, mən deyərdim Polis Nazirliyi daha uyğundur. Ümumən təklifi bəyənirəm və içəridə də ölkənin irili-xırdalı problemləri haqda düşünən Tofiq bəy kimi insanları zindanda saxlayan, cəmiyyətdən təcrid edən hakimiyyəti qınayıram.
Nardaran problemini öz parnikində yetişdirən, vaxtaşırı ordan məhsul dərən yapistlərə isə başqa bir təklifim var. O boyda toqquşma oldu, bəyəm bunu da Eldar Mahmudova bağlamaq çətin idi? Yaxud Çovdarova. İşləmirlər, çox tənbəldirlər. Gözləyirlər yenə neftin qiyməti qalxsın. O qədər variant batıb gedir, adam heyfsilənir. Örnəklər də verə bilərəm. Vaxtilə rejim Nardaranda yeni “toqquşma” düzəldəndən sonra kəndin guya işsizlik problemini həll etmək fikrinə düşmüşdü. Sizcə, kəndi hansı nazirə tapşırdılar? Bizim qəbilə-mağara sistemində axı hər kəndin öz yiyəsi, kuratoru, balaca “paccahı” olmalıdır. Eh, xalqımızın yaddaşı çox qısadır, hər şeyi unudur: Nardaranı Ziya Məmmədova tapşırmışdılar! Ziya müəllim bir neçə nardaranlını hətta qatarlara bələdçi işinə də düzəltmişdi.
İndi sözümün canı odur ki, kənddə toqquşmanı Ziya müəllimin vurulmasına sintez eləmək mümkün idi. Media da elə bil ölüb. Rəhmətliyin uşağı, bu cür mövzu batdı getdi... Haçana qədər sizin hamınızın əvəzinə işləyəcəyik?
Bir məqamı da mütləq qeyd eləməliyəm. Mən fikir vermişəm, hər dəfə cəmiyyətə nəsə qanqaraçılıq düşəndə, hökumət adlarımızı başımıza qaxır. Bir nazirlikdə ad komissiyası, onun da Sayalı xanım adlı müdiri var, ara qarışan kimi çıxır deyir ki, Taxtabaş və Gicqulu adlarının uşaqlara qoyulmasını qadağan edirik. Vəssalam. Bununla söhbət ölür, millət başlayır öz adlarına lağ eləməyə: “Adə, Məmişqulu adı var e!”, “Sən öl, bunların acığına uşağa Onbaşı adı qoyacam” və sairə.
Birdəfəlik nömrələsəydilər, dincələrdik.

Yaxud “qabı geri alınmır”
Əli müəllim heç olmazsa poçt idarələrində qabyuyan, sabun-zad satdırıb rabitə sistemini birtəhər idarə edirdi. İndi nə sirdirsə, o, nazir vəzifəsindən atılandan bəri bizim internetimiz lap itin gününə düşübdür. Prinsipcə, itin günü bir az yanlış alınır, çünki Amundsen itə minib Cənub qütbünü kəşf eləmişdi. Bizim internetin sürəti ilə heç Biləcərini kəşf eləmək mümkün deyil.
Bir maraqlı müşahidəmi də bölüşüm: paytaxt internetini monopoliya şəklində əlinə alan “Bakinternet”in problemləri Əli müəllim vurulmazdan bir həftə öncə başlamışdı. Açığı, uzun illərin internet müştərisi olaraq ilk dəfə belə bir hal görürdüm: həm kompüterin, həm modemin bütün siqnal işıqları, texniki parametrləri internetin var olduğunu göstərirdi, ancaq internet yox idi! Bir növ, içiboş internet idi. Hal-hazırda da eyni problem qayıdıb gəlmişdir. Görəsən yapistlər içiboş internetlə nə mesaj vermək istəyirlər? Bütün iqtisadi inkişafımızın, analoqu olmayan dirçəlişin, demokratik islahatların və sairənin boş sözlərdən ibarət olduğunu biz bilirdik, indi eyni hal internetə də tətbiq edilirmi? Maraqlı prosesdir. Axı iqtidar nümayəndələri Azərbaycanda internet azadlığından, azı 70 faiz camaatın internetə çıxış imkanlarından dəm vurmağı sevirlər. Belə çıxır indən belə internetin də quruca şəklini bizə göstərəcəklər. İnternet ruhlar, cinlər kimi bir şey olacaqdır. Bill Qeytsin anası ölsün... Stiv Cobsa isə rəhmət diləyərdim, amma nə xeyri var?
Ölkəyə internet “idxal edən” başqa monopolistin - “Delta” şirkətinin açıqlamaları da maraqlıdır. Örnək üçün, deyirlər keçmiş MTN şefi Eldar Mahmudov şirkətin serverlərində xüsusi dinləmə avadanlığı quraşdırıbmış. Orda iş adamları, dükançılar arasında söhbətlərə qulaq asır, sonra şantaj edib pul alırmışlar. Kim bilir, bəlkə də bizim internet həmin dükançıların qarğışına, bəd duasına tuş gəlmişdir? “Görüm sənin internetin meqabaytsız qalsın”, “Allah serverini dağıtsın”, “Fiberoptik naqilin yansın” və sairə - bunlar bizim milli elmi nailiyyətlərimizdir. Akademiklərimiz dəm qazından boğulursa, cahillərimiz asqıranda iflic olmalıdır.
Söz vaxtına çəkər, elə indicə dostum Etibar bəy zəng vurub deyir: “YAP Siyasi Şurasının siyahısı var internetdə, orda Əli Abbasovun adının qabağından ”müvəqqəti işsiz" yazıblar, bir ona bax". Necə baxım, hələ onu düşünürəm. Ancaq yapistlərin çox nikbin olduğunu da qeyd etməliyəm. Görəsən Əli müəllim hardan bilir ki, bu işsizliyi müvəqqətidir? Bəlkə ona heç bir iş verilməyəcək? Bəlkə onu, dilim-ağzım qurusun, poçt qutusuna döndərib şəhər darvazalarından asacaqlar?
Bu yaxınlarda dükandan Ukrayna konfeti almışam, gəlirəm evə, çay içəndə baxıram ki, bu, nəsə ayrı cür dad verir. Konfetin kağızına diqqət elədim. Gördüm burda klassik saxtakarlıq üsulu - brendin oğurlanması baş veribdir. “Trufalye” adını “Trufalino”ya çeviriblər, qalan hər şey - kağızın rəngi və sairə Ukrayna məhsulunu təkrar edir. Sən demə, bunu Azərbaycanın “Veysəloğlu” şirkəti Rusiyanın Perm şəhərində düzəldib gətirir. (Bu özü də şübhəlidir). Çinin “Adidas”ı “Adibas”, “Panasonic”i “Panasonig” adıyla buraxması tipində bir saxtakarlıq üsuludur. Mən bu saxtakarlıq haqda sosial şəbəkədə yazdım, şirkətin ekspeditorlarının təşkil edilmiş hücumuna məruz qaldım. “Oğru elə bağırdı” üslubunda elə qışqırırdılar ki, sanki saxta konfeti Ukrayna şirkəti buraxıb. “Lays” çipsini saxtalaşdıran və “Liss” çipsi qayıran “Arzuna” firmasının bir yekə qardaşı da bu “Veysəloğlu” imiş. Normal hüquqi dövlət, qanunların işlədiyi ərazi olsaydı, bunlar belə işlər görə bilərdimi? Qətiyyən. İndiki halda dövlət səviyyəsində cinayətkarlara himayədarlıq edilməsi saxtakarları ruhlandırır.
Oğurluğun ömrü adətən qırx gün çəkirdi, ancaq bizim diyar uzunömürlülər diyarı sayıldığından bizdə bir az uzun alındı.

İraqda, Suriyada türkmənlərin - Türkmen Elinin başına gətirilən faciələr bir daha sübut etdi ki, müstəqilliyi ilə öyündüyümüz 5 türkdilli cümhuriyyət - Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan əslində, özgür-zad deyillər. Bu cümhuriyyətlərin hakimiyyətləri yenə də Rusiyanın kontrolu altındadırlar.
Diqqər edin: neçə gündür Suriyada türkmənləri qətl olunur, köylərini işğal edirlər. Amma Türkiyədən başqa bir türk dövlətinin səsi çıxırmı? Adları çəkilən bu dövlətlərdən bir insani yardım, humanitar yardım edilirmi? Yox arkadaş, edilmir. Azərbaycanın, Orta Asiyanın sadə insanları etiraz edirlər, yardıma qoşmağa çalışırlar. Amma ölkələrin rəhbərləri susqunluğa qərq olublar. Dövlət deyilənlər susub. Çünki bu dövlət deyilənlərin başında Rusiyanın adamları durur. Bunu Türkiyənin indiki rəhbərliyi dərk etməlidir. Türkdilli cümhuriyyətlərində demokratiyaya dəstək verməlidir ki, sabah belə durumlarda "qardaş" deyib haray edən zaman ortada əsl qardaşlarını görsün. Daha qardaş cildində Rusiya ajanlarını yox...