Manşet
Yaxud “qabı geri alınmır”
Əli müəllim heç olmazsa poçt idarələrində qabyuyan, sabun-zad satdırıb rabitə sistemini birtəhər idarə edirdi. İndi nə sirdirsə, o, nazir vəzifəsindən atılandan bəri bizim internetimiz lap itin gününə düşübdür. Prinsipcə, itin günü bir az yanlış alınır, çünki Amundsen itə minib Cənub qütbünü kəşf eləmişdi. Bizim internetin sürəti ilə heç Biləcərini kəşf eləmək mümkün deyil.
Bir maraqlı müşahidəmi də bölüşüm: paytaxt internetini monopoliya şəklində əlinə alan “Bakinternet”in problemləri Əli müəllim vurulmazdan bir həftə öncə başlamışdı. Açığı, uzun illərin internet müştərisi olaraq ilk dəfə belə bir hal görürdüm: həm kompüterin, həm modemin bütün siqnal işıqları, texniki parametrləri internetin var olduğunu göstərirdi, ancaq internet yox idi! Bir növ, içiboş internet idi. Hal-hazırda da eyni problem qayıdıb gəlmişdir. Görəsən yapistlər içiboş internetlə nə mesaj vermək istəyirlər? Bütün iqtisadi inkişafımızın, analoqu olmayan dirçəlişin, demokratik islahatların və sairənin boş sözlərdən ibarət olduğunu biz bilirdik, indi eyni hal internetə də tətbiq edilirmi? Maraqlı prosesdir. Axı iqtidar nümayəndələri Azərbaycanda internet azadlığından, azı 70 faiz camaatın internetə çıxış imkanlarından dəm vurmağı sevirlər. Belə çıxır indən belə internetin də quruca şəklini bizə göstərəcəklər. İnternet ruhlar, cinlər kimi bir şey olacaqdır. Bill Qeytsin anası ölsün... Stiv Cobsa isə rəhmət diləyərdim, amma nə xeyri var?
Ölkəyə internet “idxal edən” başqa monopolistin - “Delta” şirkətinin açıqlamaları da maraqlıdır. Örnək üçün, deyirlər keçmiş MTN şefi Eldar Mahmudov şirkətin serverlərində xüsusi dinləmə avadanlığı quraşdırıbmış. Orda iş adamları, dükançılar arasında söhbətlərə qulaq asır, sonra şantaj edib pul alırmışlar. Kim bilir, bəlkə də bizim internet həmin dükançıların qarğışına, bəd duasına tuş gəlmişdir? “Görüm sənin internetin meqabaytsız qalsın”, “Allah serverini dağıtsın”, “Fiberoptik naqilin yansın” və sairə - bunlar bizim milli elmi nailiyyətlərimizdir. Akademiklərimiz dəm qazından boğulursa, cahillərimiz asqıranda iflic olmalıdır.
Söz vaxtına çəkər, elə indicə dostum Etibar bəy zəng vurub deyir: “YAP Siyasi Şurasının siyahısı var internetdə, orda Əli Abbasovun adının qabağından ”müvəqqəti işsiz" yazıblar, bir ona bax". Necə baxım, hələ onu düşünürəm. Ancaq yapistlərin çox nikbin olduğunu da qeyd etməliyəm. Görəsən Əli müəllim hardan bilir ki, bu işsizliyi müvəqqətidir? Bəlkə ona heç bir iş verilməyəcək? Bəlkə onu, dilim-ağzım qurusun, poçt qutusuna döndərib şəhər darvazalarından asacaqlar?
Bu yaxınlarda dükandan Ukrayna konfeti almışam, gəlirəm evə, çay içəndə baxıram ki, bu, nəsə ayrı cür dad verir. Konfetin kağızına diqqət elədim. Gördüm burda klassik saxtakarlıq üsulu - brendin oğurlanması baş veribdir. “Trufalye” adını “Trufalino”ya çeviriblər, qalan hər şey - kağızın rəngi və sairə Ukrayna məhsulunu təkrar edir. Sən demə, bunu Azərbaycanın “Veysəloğlu” şirkəti Rusiyanın Perm şəhərində düzəldib gətirir. (Bu özü də şübhəlidir). Çinin “Adidas”ı “Adibas”, “Panasonic”i “Panasonig” adıyla buraxması tipində bir saxtakarlıq üsuludur. Mən bu saxtakarlıq haqda sosial şəbəkədə yazdım, şirkətin ekspeditorlarının təşkil edilmiş hücumuna məruz qaldım. “Oğru elə bağırdı” üslubunda elə qışqırırdılar ki, sanki saxta konfeti Ukrayna şirkəti buraxıb. “Lays” çipsini saxtalaşdıran və “Liss” çipsi qayıran “Arzuna” firmasının bir yekə qardaşı da bu “Veysəloğlu” imiş. Normal hüquqi dövlət, qanunların işlədiyi ərazi olsaydı, bunlar belə işlər görə bilərdimi? Qətiyyən. İndiki halda dövlət səviyyəsində cinayətkarlara himayədarlıq edilməsi saxtakarları ruhlandırır.
Oğurluğun ömrü adətən qırx gün çəkirdi, ancaq bizim diyar uzunömürlülər diyarı sayıldığından bizdə bir az uzun alındı.

Hiç yorum yok: