reklam

Manşet

Fikrət Hüseynli.Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan əslində, özgür-zad deyillər.

Yazar Unknown 2 Aralık 2015 Çarşamba 0 yorum
İraqda, Suriyada türkmənlərin - Türkmen Elinin başına gətirilən faciələr bir daha sübut etdi ki, müstəqilliyi ilə öyündüyümüz 5 türkdilli cümhuriyyət - Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan əslində, özgür-zad deyillər. Bu cümhuriyyətlərin hakimiyyətləri yenə də Rusiyanın kontrolu altındadırlar. 
Diqqər edin: neçə gündür Suriyada türkmənləri qətl olunur, köylərini işğal edirlər. Amma Türkiyədən başqa bir türk dövlətinin səsi çıxırmı? Adları çəkilən bu dövlətlərdən bir insani yardım, humanitar yardım edilirmi? Yox arkadaş, edilmir. Azərbaycanın, Orta Asiyanın sadə insanları etiraz edirlər, yardıma qoşmağa çalışırlar. Amma ölkələrin rəhbərləri susqunluğa qərq olublar. Dövlət deyilənlər susub. Çünki bu dövlət deyilənlərin başında Rusiyanın adamları durur. Bunu Türkiyənin indiki rəhbərliyi dərk etməlidir. Türkdilli cümhuriyyətlərində demokratiyaya dəstək verməlidir ki, sabah belə durumlarda "qardaş" deyib haray edən zaman ortada əsl qardaşlarını görsün. Daha qardaş cildində Rusiya ajanlarını yox...

Hiç yorum yok: