reklam

Manşet

Zamin Hacı.“Əmək azad edir!”

Yazar Unknown 2 Aralık 2015 Çarşamba 0 yorum
'Zamin Vəzir Hacı
12 Sentyabr 2014 · Baku · 
sünni-şiə məsələsi

Tarixi təcrübə göstərir ki, şiə məzhəbi sünni məzhəbinə nisbətdə daha mütərəqqidir. Çünki əsl islama xeyli teatrallıq, insanpərvərlik, humanizm gətirib. Məsələn, şiələr uzağı özlərini döyürlər, sünnilər isə cihad eləyir. Şiənin terror təşkilatı, misal üçün, "Hezbolla" sünni təmayüllü terror təşkilatlarının (Əl Qaeda) yanında "Freedom Haus" kimi bir şeydir. Şiələrin qurduğu dövlətlər də sünnilərin qurduğuna nisbətdə daha humanistdir. Misal üçün, İran, Bəhreyn, Azərbaycan... Qalan müsəlman dünyası əhli-sünnədir, nə gündədir, özünüz bilirsiniz. İran Pakistan və Səudiyyədən min dəfə yaxşı yerdir.

Azərbaycanı xüsusi yazıram, bizdə indiyə qədər dini sahədə boğuşmanın az olmasının, qanın az tökülməsinin əsas səbəbi məncə şiə məzhəbinin üstünlüyü ilə bağlıdır.

Mən bütün dinləri puç hesab edirəm (c) amma seçmək məcbur olsa şiəliyə "hə" deyərdim.

statusa soyadımın dəxli yoxdur...))'Bu şüarı Nardaranın girişinə yazmağın vaxtıdır 

Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalara başlayıb, bizim şanlı yapistlər də Nardaran kəndini boykot edirlər. Bəs necə, ortada silahlı qüvvələrin itkisi varsa bunun cavabı verilməlidir. İstər SU-24 təyyarəsinin pilotu olsun, istər “bandotdel”in polisləri. Silahlı qüvvələrə qalxan əllər qırılmalıdır. Hərçənd, konkret hansı əlin qalxdığını müəyyən eləmək çətindirsə, topasına sanksiya tətbiq etmək dövlətçilik prinsiplərinə uyğundur. Onsuz nardaranlılar elə hamısı bir-birinə bənzəyirlər. Qadınlar çadra örtür, ümumiyyətlə ayırmaq çətindir. 

Putin Türkiyə kurortlarına getməyə, türk pomidoru almağa qadağan qoyubdur. Məncə qüdrətli dövlətimiz də indən belə başqa rayon və kənd sakinlərimizin Nardarandakı pirləri ziyarət etməsinə embarqo qoysun. O cümlədən, Nardaranda inək saxlayıb qatığı bankada Məştağa tərəfə aparan arabaları artilleriya atəşi ilə vurmaq olar. Lazım gəlsə yerli parnikləri “Qrad” qurğuları ilə aşırtmaq lazımdır. Qoy indi nardaranlılar öz pomidorlarını yeyib İran xurması ilə çay içsinlər. Tezliklə diz çöküb Mübariz Qurbanlı müəllimə iman gətirərlər. 

Siz bəlkə zarafat elədiyimi düşünürsünüz, amma kəndin işığını, telefonunu, ərzağını neçə gündür kəsiblər. Bir zırpı dövlət - təsəvvür edin, bunu bir ara BMT Təhlükəsizlik Şurasının hansısa iclasına sədr qoymuşdular - bir kəndi ilə savaş aparırsa, bunun haqqında nə yazmaq olar? Bu qədər qeyri-ciddi hakimiyyət harda var? 

İşıq pulu borcunu o qədər hesablayıblar ki, həmin hesabla nardaranlılar elektrik enerjisi kəşf olunmazdan qabaqkı vaxtlara da borclu çıxıblar. Bir növ, Günəşin yazıq kəndliləri işıqlandırmasını da borcun üstünə gəliblər. Bəs nardaranlıların qar pulu harda qaldı? Onu da tutun alın. Verməyəni SOCAR-ın qaz kamerasında yandırıb propana çevirmək, Gürcüstandakı erməni kilsələrinə satmaq olar. Doğrudan da, bizim üçün xaricdəki erməni kilsələrinə müftə qaz vermək öz kəndimizə pulsuz işıq verməkdən üstündür. Multikulturizmdir da bə! Qoy desinlər Qasıməlinin çustu var...

Mırtikulturizm (korrektor, düzəltmə! - Z.H.) demişkən... Bizdə bunun dövlət müşaviri vardır. Yazıçı Kamal Abdulla prezidentin millətlərarası multukulturalizm və dini məsələlər üzrə müşaviridir. Bir azdan bu vəzifəni tutmasından 2 il keçəcək. Ancaq onu niyə Nardaranda görmürük? Niyə Mübariz Qurbanlının - dini işlər komitəsinin sədrinin də səsi gəlmir? Ombudsman hansı cəhənnəmdədir, onun nümayəndələrini niyə Nardaranda görmədik? Bu adamların dövlət vəzifələri üzrə məsuliyyəti bir yana qalsın, vicdanları sızıldamırmı? Hüquq-mühafizə orqanlarının o biabırçı və müəmmalı əməliyyatında hər iki tərəfdən ölənlərin qanı həm də öz işinə məsuliyyətsiz yanaşan bu şəxslərin üzərindədir. 

Bir məşhur Şərq əhvalatı var. Firon deyir ki, əgər Nil çayının kənarında hansısa qurd quzunu parçalayırsa, bunun da suçu məndədir. Həmin bucaqdan çıxış eləsək, Nardaranın indiki vəziyyəti də hakimiyyətin günahıdır. Ölkə kəndləri, ölkə əhalisi arasında ayrıseçkilik, yerlibazlıq, tayfabazlıq siyasətinin nəticəsində Nardaran tipli “fenomenlər” ortaya çıxır. Sadəcə, bir kəndin bəxti azca gətirib Nehrəm adlanır, başqa kənd Nardaran olur. Bir ayrısı yenə bəxtsiz çıxıb Bənənyara dönür. Biri Malıbəyli kimi işğalda unudulur gedir, başqasına icra hakimi dədəsinin adını verib Əliniyazlı-ya döndərir. Primitiv mağara təfəkkürlü adamların idarəçiliyindən cürbəcür mağara tipli yaşayış məskənləri yaranır. Hər kəs öz mağarasında oturub mırıldanır. Bir az burnunu qırağa çıxaranın burnunu dəyənəklə qırırlar. Bəhanə də var: “Çıxsan səni dinozavr yeyər, otur yerində, sabitlikdən həzz al”. 

Sözgəlişi, yapistlər bu dəfə İran mövzusunu qabartmadılar. “Amerika hansısa QHT-yə yardım edib dövləti çevirir” şivəninə baxmayın, bu tip ifadələri İrana qarşı işlətməyə babat oturacaq hissə lazımdır. İran qanıb-qandıran rejim deyil axı. Üstəlik, arada okean və materiklər də yoxdur, düz qulağın dibindədir. 

Ölünün bədənindəki tatu ilə antitəbliğat quran bir hakimiyyətdə yaşayırıq. Dünən gördüm: atışmada ölənlərdən brinin ayağındakı svastikanı “bu nətəər müsəlmandır” adıyla yayırdılar. Bu, artıq dövlətin karikaturası da deyil, nəsə ayrı bir şeydir. Yenilikdir. O üzdən adını hələ tapmayıblar.

Hiç yorum yok: