reklam

Manşet

Gültəkin Hacıbəyli:"Fuad Qəhrəmanlıya qarşı irəli sürülən ittihamlar absurddur"

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Gültəkin HacıbəyliAXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib. Fuad bəy açıq-aşkar siyasi ittihamla, sırf siyasi motivli maddələrlə və eyni zamanda fb-dakı tənqidi yazılarına görə ittiham olunan ilk müxalifət təmsilçisidir. Bu, bir ilkdir. Görünür neftin qiymətinin kəskin ucuzlaşması, ölkədə sosial vəziyyətin hədsiz dərəcədə ağırlaşması, işsizliyin, kütləvi ixtisarların, bahalaşmanın artması, regionun bütün avtoritar ölkələrinin xaç atası olan Rusiyanın təklənməsi və çökdürülməsi fonunda kütləvi narazılıqların açıq şəkildə ifadəsindən və maddiləşməsindən qorxan hakimiyət bir tərəfdən özünün yeganə real siyasi alternativi -Milli Şura və AXCP-nı zəiflətməklə alternativsizlik mühiti yaratmaq, digər tərəfdən fb-da özünüsenzura mühiti formalaşdırmaqla günü-gündən artan ictimai narazılığı susdurmaq yolunu tutub. Təbii ki, yanlış yoldur. Çünki, ictimai narazılığın gerçək səbəbi nə Fuad Qəhrəmanlı, Milli Şura və AXCP, nə də sosial şəbəkələrdir. Bu ictimai etirazın gerçək qaynağı elə hakimiyyətin özü, onun yürütdüyü yanlış siyasət, insanların hər gün tapdalanan haqları, zorlanan hüquqlarıdır. Fuad bəy möhkəm, əqidəli və mübariz insandır. Onun xanımı Zümrüd Yağmur özündən də möhkəm, mərd və qətiyyətli əqidə dostumuzdur. Odur ki, bu həbs cəmiyyəti qorxutmaqdan çox, klassik bir nümunə yaradacaq: vicdan məhbusu və ailəsinin demokratiya və azadlıq uğrunda məğrur mübarizə nümunəsini. Və belə nümunələr insanları Vətənin azadlığı və demokratiya naminə daha çox fədakarlıqlara sövq edəcək. Fuad bəy və Zümrüd xanım, sizlərlə qürur duyuruq, var olun!
Devamını Oku...
Devamını Oku...

Qubad İbadoğlu.Pul niyə çatışmır?

Yazar Unknown 0 yorum
Qubad İbadoğlu's Profile PhotoNədən son zamanlar evini icarəyə verən kirayəşin, mağaza işlədən alıcı, taksı sürən isə sərnişin tapa bilmir?
Bakıda yaşayan dost-tanışdan tez-tez eyni məzmunlu məlumatlar alıram. Son zamanlarda bu adamların əksəriyyəti ölkədə pul çatışmazlığından gileylənirlər. Kimin halını xəbər alırsan, deyir ki, pul yoxdur, ona görə də vəziyyət pisdir. Evini icarəyə verən deyir ki, kirayəşin, mağaza işlədən alıcı, taksı sürən sərnişin tapa bilmir. Onların hamısının fərqli problemləri olsa da səbəbini yalnız pulun azlığında görürlər. Belə görsənir ki, ölkədə çox adam pul axtarır və onu da tapmaq əvvəlki kimi asan deyil. Belə ki, hazırda işçiləri kalkulyatorlu MTN generallarının dövlət büdcəsindən və sahibkarlardan oğurladıqlarını, banklar, iş adamları və ticarətçilər əvvəl qazandıqlarını, sadə vətəndaş da gündəlik çörək pulunu axtarmaqdadır. Amma pul axtaranların siyahısı bununla bitmir. İqtisadi göstəricilərin təhlili göstərir ki, ölkədə pul axtaran yalnız sadalananlar deyil, həm də pulu istehsal edən banklardır. Çünki, mövcud pul-kredit münasibətləri elə iqtisadi vəziyyət yaradıb ki, ölkədə gündəlik güzəranının qayığısını çəkənlərdən tutmuş oliqarxlara qədər olan müxtəlif gəlirli qruplar pul axtarmaq məcburiyyətində qalıb. Bəs görəsən nədən pullar birdən-birə azalmağa başladı?
Müqayisəli hesablamalara görə, ölkədə ötən ilki məbləğdə Ümumi Daxili Məhsul (ÜDM) formalaşmır. Mərkəzi Bankın oktyabrın 1-ə olan son statistikasında Azərbaycanda 40,7 milyard manat, yəni ötən ilin eyni dövründən 3,5 milyard manat az ÜDM istehsal olunub. Əgər ÜDM nominal ifadə də azalıbsa, deməli əksər makroiqtisadi göstəricilər, o sıradan da dövlətin və istehlakçıların xərcləmələri, sərmayə yatırımları, ixrac gəlirləri də kiçilib. Atran isə gündən günə bahalaşan qiymətlər, aybaay çoxalan idxal malları və ixtisaslılar arasında geniş yayılan işsizlikdir. Qiymətləndirmələr göstərir ki, bütün bu dəyişikliklər pul qıtığına gətirib çıxarsa da əsas səbəblər siyahısında önəmli yerdə qərarlaşmırlar. Çünki, həm dövlət və həm də biznes olaraq əvvəlki illərdən az qazanıb, çox xərclənsə də pullar yenə bu səviyyədə “qeybə çəkilməli” deyildi. Bəs onda əsas səbəblər hansılardır?
Fikrimizcə başlıca səbəb manata olan etibarın itməsidir. Ona görə də sahibkarlar və istehlakçılar manatla yalnız cari xərlərini ödəyəcək qədər əməliyyatlar üçün vəsait saxlayırlar. Nəticədə də hər iki qrupa məxsus kapital dollarlaşır və ən pisi də odur ki, onun bir hissəsi banklardan kənarda saxlanılır. Müşahidəkər göstərir ki, valyutada olan iri pullar ölkədən çıxarılır, xırda “qara günlər” üçün nəzərdə tutulan pullar isə seyflərdə saxlanılır. Belə ki, tədiyyə balansının təhlilindən məlum olur ki, ölkədən kapital axını kəskin artıb, bu ilin ilk 6 ayında Azərbaycandan kənara 4,5 milyard dollardan çox vəsait çıxarılıb. Bunun da səbəbi odur ki, kiçik və orta ölçüdə xaric investorlar Azərbaycandan qaçır, iriləri isə hazırlıqlar görür. İkinci səbəb iqtisadiyyatın dollarlaşmasıdır. Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, banklarda olan bütün əmanətlərin 75,4 faizi dollarladır. Başqa bir səbəb də kommersiya banklarının xarici öhdəlikləri ilə bağlıdır. Hazırda qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan bankalrın xarici borclarının məbləği 6,3 milyard manat təşkil edir. Belə olan halda xaricə borcları olan banklar da kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün dollar toplamağa məhkumdur. Deməli, hər üç səbəbdən dollara tələbat artmaqdadır. Mərkəzi Bank da bu tələbatı ödəmək üçün illərlə yığdığı valyutanı səxavətlə xərcləyərək aldığı manatları kisələrdə anbarlara doldurur. Beləliklə də bir tərəfdən valyuta ehtiyatları bu ilin əvvəlinə olan 11,76 milyarddan 6,51 milyard dollaradək, başqa sözlə 44,7 faizə qədər, digər tərəfdən də geniş mənada pul kütləsi, ən çoxu da M2 pul aqreqatı (manatla olan pul kütləsi) aybaay azalır. Belə ki, bu ilin oktyabrın 1-ə, M2 pul aqreqatı 9,37 milyard manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 8 milyard manat və ya 46,3 faiz kiçilib. Bu isə o deməkdir ki, dövriyyədə manatla olan pul kütləsinin hər ay orta hesabla 1 milyardı anbarlara və sandıqlara gedir.
Yaranmış pul qıtlığının bir səbəbi də qiymətlərin bahalaşmasına görə ailə büdcəsinin xərclərinin artması ilə yanaşı ev təsərrüfatlarına verilən kreditlərin azalmasıdır. Bu ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat azalıb. Çox güman ki, bu kreditlərin də çoxu əvvəlki borcların bağlanması üçün bir bankdan digərinə transfer olub. Bunun isə real iqtisadiyyatla heç bir əlaqəsi yoxdur.
Yəqin indi başa düşdünüz ki, nədən evini icarəyə verən kirayəşin, mağaza işlədən alıcı, taksı sürən sərnişin tapa bilmir, bəziləri saatlarla, bəziləri də günlərlə müştəri gözləyir.
Nəhayət, neyləmək olar ki, pullar geriyə, dövriyyəyə qayitsın? Bunun üçün dövlətin iqtisadi siyasəti ölkənin gələcəyinə inamın üzərində qurulmalıdır. Odur ki, ilk növbədə manat real və sabit məzənnəli valyuta kimi real dəyərə və məzənnəyə malik olmalıdır. Bu isə onun dəyərinin üzən məzənnə rejimində bazar tərəfindən tənzimlənməsi şəraitində mümkündür. Çox güman ki, bu halda onun dəyəri hazırkı məzənnəsi ilə müqayisədə aşağı olacaq, amma belə olanda biznes də, istehlakçı da ona hansı səviyyədə etibar edəcəyini müəyyənləşdirə biləcək. Bu isə etibarın heç olmamasından daha yaxşıdır. Eyni zamanda bu halda etibarsız manatın sabitliyini müvəqqəti qorumaq üçün sürətlə və havayı xərclənən valyuta ehtiyatları da ölkə iqtisadiyyatına fayda verəcək fəaliyyətlərə yönələ bilər. İkincisi, yerli sahibkarlar və xarici investorlar üçün bərabər və təminatlı, təhlükəsiz və rəqabətli mühit formalaşdırılmaldır. Belə mühiti isə inhisarçılıqla mübarizə ilə yanaşı, azad ticarət və liberal iqtisadiyyat qaydalarının bərqərar olması və maliyyə amnitsiyası vasitəsilə mümkündür. Nəhayət, ölkədə gizli iqtisadiyyatın səviyyəsi düzgün ölçülməli və leqallaşdırılması, dəyərindən asılı olmayaraq bütün növ nagd ödənişlərin rəsmiləşdirilməsi stimullaşdırılmaldır.
Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri
Devamını Oku...
Yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq potensialı Rusiyadan yüksəkdir.
Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb. Bu fərmanın icrası iki ölkə arasında enerjiden turizmə, ticarətdən inşaat qədər bütün layihələrə mənfi təsir göstərəcək.
Bu gün Rusiya Federasiyasının Nazirlər Kabineti Rusiya bazarlarına Türkiyədən gətirilən və girişi qadağan olunan məhsulların siyahısını təsdiq edəcək. Gözlənilir ki, bazara girişinə baryer yaradılacaq malların siyahısında tesktil məllumatları və meyvə-tərəvəzə geniş yer ayrılsın.
Bundan əlavə Rusiya birtərəfli qaydada türk vətəndaşları üçün vizasız rejimi də ləğv edib. Yeni qaydalara görə türk vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu isə xüsusi ilə Rusiyanın inşaaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumatlara görə, 2015-ci ildə 67 min türk vətəndaşı Rusiyada işləmək üçün çalışma vizası alıb. Qeyri-rəsmi məlumatlara görə isə, Rusiyada əsasən də də inşaat bölməsində 90 min türk vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya türk vətəndaşlarının xaricdə iş alıdığı ikinci ölkədir. Bu siyahıya Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır.
Digər qadağa rusiyalı turistlərinin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasına yönəlib. Belə ki, rus turizm agentlərləri Türkiyyə turların satışını, eyni zamanda çarter avia-reyslərini də dayandırıb. Türkiye İstatistik Kurumunun (TÜİK) açıqlamalarına görə, ötən il bu ökənin turizmdən gəlirləri 34,3 milyard dollar olub ki, toplam gəlirlərin 3 milyard dollar və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb. Hazırda Misir və Türkiyəyə səyahət qadağası qoyan Rusiya bununla daxili turizm bölməsini inkişaf etdirəcəyini hədəfləyir. Fikrimizcə, Rusiyada həm yay iqlim və həm də infrastuktur problemlərinə malik olan daxili turizm obyektlərinin imkanlı ruslar üçün heç cəlbedici olacağı inandırıcı görsənmir.
Rusiyanın Türkiyə ilə münasibətlərdə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır.Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına 16,5 milyard dollarlıq faktura ödəyib.
Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticari əlaqələr, enerji və inşaat bölməsidir. Hesab edirəm ki, Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qaydada qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT-nin bir sıra institutlarının (UNCTAD, UNİDO, FAO və s.) üzvüdürlər. Onlar bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticari əlaqələrdə qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyalara yol verməməklə bağlı öhdəliklərə malikdirlər. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qaydada qəbul etdiyi ticarətdə və investisiyada diskrimasiyaya gətirib çıxaran qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası (UNCITRAL) və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar.
Yekun olaraq onu da bildirmək istərdim ki, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ÜDM-in 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının qiymətlərinin ucuzlaşmasında əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı aparacağı iqtisadi müharibə həmçinin Rusiyada mövcud iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini bahalaşadıracaq. Bütün bunlar isə hər iki ölkənin qitisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir, lakin qiymətləndirmələr göstərir ki, hazırkı vəziyyətdə və mövcud şərtlər daxilində yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə çıxmaq potensialı Rusiyadan yüksəkdir. Çünki, Türkiyənın açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək.
Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri
Devamını Oku...

Azərbaycan gerçəyi

Yazar Unknown 0 yorum
Devamını Oku...
Nahid JafarovHal hazırda regionun iki güclü dövləti olan Rusiya və Türkiyə arasında gərginlik gündən günə artmaqdadır. Bir tərəfdə NATO üzvü olan Türkiyə və yüksək dərəcədə döyüş əhval ruhiyyəsinə malik olan türklər, digər tərəfdə isə kifayət qədər müasir hərbi texnikaya malik olan, Türkiyə qaz bazarının 60%-ni qazla təmin edən və eyni zamanda yalnız hərbi məntiqlə düşünən Rusiyanın olması vəziyyətin həddindən artıq ciddiliyindən xəbər verir. Bu məqalədə əsas məqsəd bu gərginliyi beynəlxalq münasibətlər sahəsinə aid olan iki nəzəriyyə ilə - “cücə” oyun nəzəriyyəsi (chicken game theory) və iki səviyyəli oyun nəzəriyyəsi (Robert Putnam, two level game theory) ilə izah etməkdir.
Oyun nəzəriyyələri sırasında beynəlxalq münasibətlərdə və eyni zamanda gündəlik həyatda tədbiq oluna bilən ən maraqlı modellərdən biri “cücə” oyun nəzəriyyəsidir. Fərqli sahələrdə bu nəzəriyyəyə fərqli adlar verilsə də (Məs: təkamül nəzəriyyəsində bu konsept “qartal-göyərçin” kimi adlanır) nəzəriyyənin mahiyyəti dəyişilmir. Bu sadə və eyni zamanda praktik olan bu nəzəriyyənin izahını verməmişdən öncə qeyd etmək lazımdır ki, bu nəzəriyyə 1962-ci ildə SSRİ-ABŞ arasında baş vermiş Karib böhranını izah edərkən geniş istifadə olunmuşdur. Nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, qarşı-qarşıya yüksək sürətlə hərəkət edən iki aftomobili idarə edən hər bir sürücü iki seçimə malikdir: ya qarşıdan gələn avtomobilin sürücüsünə yol verməli və ya yüksək sürətlə hərəkətə davam etməlidir. Çox sadə görünən bu nəzəriyyəni mürəkkəbləşdirən iki amil var: 1) yol verən qorxaq və ya “cücə” adlandırılacaq, 2) heç bir sürücü qarşıdan gələn sürücünün hansı seçimi edəcəyini bilmir. Bundan əlavə, heç bir sürücü “cücə” adlandırılmağını istəməsə də, ölməyini də istəmir. Bu nəzəriyyəyə görə, sən qarşı tərəfin geri çəkilməyini istəyirsənsə ən pis senariyə hazır olduğunu göstərməlisən. Rusiya və Türkiyə prezidentləri yüksək sürətlə qarşı-qarşıya gələn və heç biri həm ölmək istəməyən və həm də geri çəkilmək istəməyən həmin o avtomobillərin sürücüləridir. Hər iki tərəfin bir birinə intensiv halda əzələ nümayiş etdirməsi və əllərində olan təzyiq mexanizmlərini gündəmə gətirərək özünün ən pis senariyə hazır olmasını göstərməsi qarşı tərəfin geri çəkilməyə sövq etməsi istəyindən doğur.
Bundan əlavə, digər nəzəriyyə isə iki səviyyəli oyun nəzəriyyəsidir. 1976-1979-cu illərdə G7 sammiti ilə əlaqədar araşdırma işlərinə cəlb olunan Harvard Universitetinin siyasi elmlər üzrə professoru Robert Putnam isə özünün 1978-ci ildə təqdim etdiyi iki səviyyəli oyun nəzəriyyəsi ilə Rusiya və Türkiyə arasındakı münasibətlərin sürətlə yuxarıda qeyd edilən toqquşma nöqtəsinə doğru hərəkət etdiyini göstərir. G7 sammitində əməkdaşlığın formatının getdikcə dəyişdiyini görən Putnam, bu dəyişkənliyi sammitdə iştirak edən liderlərin fərqli dərəcədə manevr edə bilmə qabiliyyəti ilə izah edir. Müəllifin fikrinə görə, beynəlxalq münasibətlərdə dövlətlər arasında əməkdaşlıq iki səviyyədə- ölkə daxili (ictimai) və dövlətlərarası- həyata keçirilir. İki dövlət arasındakı əməkdaşlığın cəmiyyətə olan təsirini (ölkə daxili) analiz edən daxili qüvvələr bu əməkdaşlığın ən ideal senarilərini müəyyən edirək bu cəmiyyəti təmsil edən dövlət nümayəndəsi üçün fəaliyyət çərçivəsi formalaşdırırlar. Digər sözlə ifadə etsək, əməkdaşlıqda dövləti təmsil edən nümayəndə qalib gəlmək üçün öz fəaliyyətini əsasən daxildə formalaşmış senarilərə uyğunlaşdırmaq məcburiyyətində qalır. Bu nəzəriyyə əsasən dövlətlər arasındakı əməkdaşlığın dərəcələrini izah etsə də, Rusiya-Türkiyə gərginliyi fonunda iki ölkə liderlərinin əməkdaşlığın mümkün cizgilərini müəyyən edir.
Qeyd etmək lazımdır ki, “cücə” oyun nəzəriyyəsinə görə hər iki lider qarşı tərəfi yoldan çəkindirmək üçün ən pis senariyə hazır olduqlarını göstərmək məqsədilə ölkələrində formalaşdırmaqda olan ictimai dəstək eyni zamanda, Putnama görə, həmin liderlər üçün manevr imkanlarını azaldır və bu da müharibəni qaçılmaz edir. Lain, gərginliyin əsas səbəbi olaraq Rusiyanın Türkiyə hava məkanını pozması (günahkarlıq hissi) və eyni zamanda qərbin Rusiyaya qarşı tədbiq etdiyi iqtisadi sanksiyaların məhz Rusiya əhalisinə birbaşa təsiri və Rusiya Ukrayna müharibəsi əhalidə yeni qarşıdurmaya müəyyən qədər soyuq münasibət yaradır. Bu da Putin höküməti üçün əməkdaşlığın daha geniş manevr imkanlarını yaradaraq vəziyyəti gərginlik fazasından çıxartmaq imkanı ilə təmin edir. Məhz bu amilləri nəzərə alaraq düşünürəm ki, bu qarşıdurmada Rusiyanın geri çəkilmə ehtimalı Türkiyədən daha çoxdur. Nəzərə alsaq ki, istənilən davranış və istənilən qərar liderlərin psixoloji və rasional düşüncələrinin məhsuldur, hər iki lider “nəyin bahasına olursa olsun “cücə” adlandırılmaqdan çəkinmək lazımdır“ məntiqi ilə davam edə bilər və III dünya müharibəsinin əsasını qoya bilər.
Devamını Oku...

Nahid Cəfərov:"Bizə beyinlərdə inqilab lazımdır"

Yazar Unknown 0 yorum
Nahid JafarovMəmməd Əmin Rəsulzadə ilə bağlı qalmaqal və bunun nəticəsi olaraq Gəncədəki parkların birində Rəsulzadə heykəlinin başına keçirilən torbanın çıxarılması təqdirə layiq olan bir haldır. Lakin, bundan sonra baş verənlər məni bu statusu yazmağa vadar etdi.
Bir insanın şəxsi inkişafı həmin insanın məhz özünə qarşı olan tənqidi yanaşmasından və inamından asılıdır. İnam hissəsi ilə işim olmasa da, cəmiyyətimizdə ən böyük problem özümüzə qarşı tənqidi yanaşa bilməyərək eqomuzu hər şeyin fövqündə tutmağımızdadır.
Özümüzə olan tənqidin yerini eqomuza olan xidmət alır. Bu gün 10 müəllifdən fərqli fikirlər oğurlayaraq müxtəlif dillərdən tərcümə edib adımıza kitab nəşr etdiririk. Düşünməkdən ki, bu yaxşı əməl deyil və mən əslində bundan da yaxşısını bacararam, biz bunun reklamını və bununla eqomuzun qaldırılmasını düşünürük.
Məmməd Əmin Rəsulzadə olayında da bu yanaşma bir daha öz əksini tapdı. Hər kəs bu qələbəni öz adına yazmağa çalışdı. Onun ziyalısından tutmuş TV kanalına qədər hər kəs "bunu mən etdim" və ya bunu "filankəs" etdi deyə fikirlər səsləndirdi. Amma reallıq bundan ibarətdir ki, bunu biz hamılıqla etdik. Bunu millət etdi və o mənəm mənəm deyənlər də bu millətin içində bu prosesə bir töhfə verdi. Bizim bu gün futbol kimi komanda oyunlarımızdakı zəifliyimizin də səbəbini məhz bunda axtarın. Bu problemin də kökü Azərbaycanın bərbad vəziyyətində olan təhsil sistemindədir.
İnkişaf etmiş ölkələrin təhsil sistemi məhz komanda işi üzərində qurulur. Hətta bir çox hallarda ev tapşırıqları belə tələbələrə qrup halında tapşırılır. Bu gün bizim bir xalq kimi gücümüzü bir yerə qoya bilməməyimizin də səbəbi budur. Bunun üçün ilk öncə düşüncəmizi beynimizdə inqilab edərək dəyişməliyik və öz eqomuzu bir kənara qoyub "mən etdim" yanaşmasından qaçıb "biz etdik" yanaşmasına keçməliyik.
Bunun bir o qədər də asan olmadığını bilirəm. Çünki, "mən etdim" yanaşmasında şüuraltı olaraq şəxsiyyətin təsdiqi və eqomuzu ucaldan təriflər durur. Əmin olun ki, "biz etdik" yanaşmasında isə ondan vacib olan şeylər var. "Biz etdik" yanaşması birgə xoşbəxt yaşamaq və bir millət olaraq formalaşmaq deməkdir.
Devamını Oku...