reklam

Manşet

Gültəkin Hacıbəyli:"Fuad Qəhrəmanlıya qarşı irəli sürülən ittihamlar absurddur"

Yazar Unknown 12 Aralık 2015 Cumartesi 0 yorum
Gültəkin HacıbəyliAXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib. Fuad bəy açıq-aşkar siyasi ittihamla, sırf siyasi motivli maddələrlə və eyni zamanda fb-dakı tənqidi yazılarına görə ittiham olunan ilk müxalifət təmsilçisidir. Bu, bir ilkdir. Görünür neftin qiymətinin kəskin ucuzlaşması, ölkədə sosial vəziyyətin hədsiz dərəcədə ağırlaşması, işsizliyin, kütləvi ixtisarların, bahalaşmanın artması, regionun bütün avtoritar ölkələrinin xaç atası olan Rusiyanın təklənməsi və çökdürülməsi fonunda kütləvi narazılıqların açıq şəkildə ifadəsindən və maddiləşməsindən qorxan hakimiyət bir tərəfdən özünün yeganə real siyasi alternativi -Milli Şura və AXCP-nı zəiflətməklə alternativsizlik mühiti yaratmaq, digər tərəfdən fb-da özünüsenzura mühiti formalaşdırmaqla günü-gündən artan ictimai narazılığı susdurmaq yolunu tutub. Təbii ki, yanlış yoldur. Çünki, ictimai narazılığın gerçək səbəbi nə Fuad Qəhrəmanlı, Milli Şura və AXCP, nə də sosial şəbəkələrdir. Bu ictimai etirazın gerçək qaynağı elə hakimiyyətin özü, onun yürütdüyü yanlış siyasət, insanların hər gün tapdalanan haqları, zorlanan hüquqlarıdır. Fuad bəy möhkəm, əqidəli və mübariz insandır. Onun xanımı Zümrüd Yağmur özündən də möhkəm, mərd və qətiyyətli əqidə dostumuzdur. Odur ki, bu həbs cəmiyyəti qorxutmaqdan çox, klassik bir nümunə yaradacaq: vicdan məhbusu və ailəsinin demokratiya və azadlıq uğrunda məğrur mübarizə nümunəsini. Və belə nümunələr insanları Vətənin azadlığı və demokratiya naminə daha çox fədakarlıqlara sövq edəcək. Fuad bəy və Zümrüd xanım, sizlərlə qürur duyuruq, var olun!

Hiç yorum yok: