Manşet
İlk baxışda elə görünə bilər ki, baş verənlər fonunda xırda məsələdi, amma inanın ki, belə deyil. Çünki altşüurumuzdakı zəif nöqtələrdən xəbər verir. Deməli, xeyli adam faciə ilə bağlı Ramiz Rövşənin "Vətən" adlı şeirini paylaşır. Deməli, o şeirdə belə misralar var ki, "Bilirsən səni sevmək bu saat nəyə bənzər, Zorlanmış bir qızı sevməyə bənzər". Bu insan naqisliyinin son həddidir. Əvvəla zorlanmış qızı niyə sevmək olmaz? Axı o fahişə deyil, o zorakılığın qurbanıdır. Sevgiyə də layiqdir, hörmətə də. Hətta daha çox layiqdir. Çünki zorlanma varsa, deməli ortada qarşı tərəfin müqaviməti var, dirənişi var. Könüllü şərin qucağına yatmaqdan qat-qat qiymətlidir bu. İkincisi, "Adam səni sevməyə indi utanır, Vətən.... Neftlə getdi bəkarətin, borular keçdi səndən" - belə iyrənc bir yanaşma ola bilərmi? İnsan kimlərinsə pis idarəçiliyinə, tamahkarlığına, cibgirliyinə görə niyə vətəni sevməkdən utanmalıdır? Oliqarxlar sahilini hasarlayır, amma mən durub Xəzəri ittiham edirəm. Belə bir şey ola bilərmi? Xəzər neyləməlidir, balıqlarını, yosunlarını götürüb mitinqə çıxmalıdır?
Vətənə bu cür anormal xitabdansa, cəsarət göstərib onu bu kökə salanlara hiddətlənmək lazımdır. Onlara üsyan püskürmək, hər kəsi belə bir etiraz ruhuna kökləmək lazımdır. Bunu bacarmırıqsa barı haqsız yerə vətənə yüklənməyək, onu günahkar, müqəssir çıxarmayaq.
Vətən neyləməlidir, onun dağı, daşı, gölü, çayı, dənizi, meşəsi gəlib adamlarının yerinə şərlə döyüşməlidir? Axı vətəni vətən edən onun insanlarının haqq, ədalət uğrunda mücadilə əzmidir. Onun insanlarının etiraz ruhudur. Şərə qarşı dirənişidir. Yoxsa bir ölkədə hakim sifarişli qərar çıxarmaqdan, çinovnik büdcəni talamaqdan, həkim xəstənin ağrıyan yerindən əvvəl onun cibinə baxmaqdan, müəllim seçki qutusuna topa-topa bülleten atmaqdan, şair orden-medal üçün şah qapısında yatmaqdan utanmasın, sən də götür yaz ki. Şahdağ, Göygöl, xan Araz, nə bilim, İsmayıllı meşələri, mən sizi sevməkdən utanıram, niyə bu qədər haqsızlıq baş verir?!
Bilmirəm fikrimi izah edə bildimmi? Anlada bilmədimsə üzrlü sayın. Bir də üzrlü sayın ki, bu qədər uzun yazdım.

“Dostlar! “Günəşli” yatağında baş verən yanğın böyük faciədir. 34 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, itkin düşənlər var. Böyük itkidir. 34 ailə başsız qaldı. Niyə bu faciələr bizim başımıza gəlir? Bu ilin may ayının 19-da alışqan üzlüklərlə üzlənmiş 16 mərtəbəli binada içində körpə uşaqlar da olmaqla 16 nəfər insan həyatını itirdi. Bu faciənin əsl günahkarlarına, alışqan üzlüklərdən qazanc götürən üzlü məmurlara, buna icazə vermiş müvafiq nazirlik və idarələrə gözün üstə qaşın var deyən olmadı. 16 nəfər vətəndaşımız yüksək vəzifə sahiblərinin həddi-hüdudu olmayan tamahının, səhlənkarlığının, laqeydliyinin, biganəliyinin, əsl həqiqətdə isə cinayətinin qurbanı oldu. Dedilər ki, guya prezident yanan binanı nəzarətə götürüb. O, nəzarətin axırı necə oldu? Əsl günahkar tapıldımı, cəzasını aldımı? Bir-iki yetim-yesiri, mənzil istismar sahəsi əməkdaşını məsuliyyətə cəlb etməklə 16 şəxsin həyatına son qoymuş cinayət hadisəsi ört-basdır edildi. İl ərzində içində Qarabağ əlilləri olmaqla təxminən bir o qədər adam da haqsızlığa, çarəsizliyə, ədalətsizliyə, məmur harınlığına, kredit əsarətinə etiraz edərək özünü yandırdı. Bu günə kimi hansı vəzifəli şəxs vətəndaşı özünü öldürmə həddinə çatdırma ittihamı ilə sorğuya çəkilib? Bu intiharlar ölkəsində həmin ittiham üzrə təkcə Xədicə İsmayılı həbsə alınıb. Yüksək vəzifə sahiblərinin zülmünə etiraz əlaməti olaraq özünə od vurmuş Qarabağ qazısının bədənindən qalxan alov ərş-əlaya, tüstüsü göyün yeddinci qatına qalxır. Bu intihar hesab edilmir. Amma kimsə siçan dərmanı ilə siçan-pişik oynayır buna görə özünü intihar həddinə çatdırma maddəsi ilə Xədicəni tuturlar. Daxili İşlər Nazirliyinin qeyri-peşəkarlığı, məsuliyyətsizliyi, hoqqabazlığı nəticəsində Nardaranda 7 nəfər insan həyatını itirib, yalnız 10 gündən sonra həlak olan insanların cəsədləri ailələrinə verilir. Bütün baş verən qanunsuzluqlar və o cümlədən meyitlərin sahiblərinə uzun müddət verilməməsi DİN-in insan ölümü ilə nəticələnən müəmmalı “əməliyyatını” ört basdır etmək cəhdidir. “Günəşli” yatağının 10 saylı platformasında baş vermiş yanğın nəticəsində 34 nəfər həyatını itirib. Bu faciə barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatından bir şey anlamaq olmur. Ölənlərin sayı barədə məlumatlar xarici agentliklər tərəfindən dəqiqləşdirilib. Bu işə məsul olan idarələr isə faciə barədə ölkə ictimaiyyətinə başa düşülən bir məlumat vermir. Bu ölkədə hamı odla oynayır: kimisi məsuliyyətsizliyindən, kimisi harınlığından, kimisi də çarəsizliyindən. 19 may faciəsi bu adamlara dərs olmadı. Heç bir peşə hazırlığı olmayan şəxslər bacarmadığı sahələrə rəhbərlik edəndə belə də olacaq. İnşaat mühəndisi Azneftə, həvəskar bəstəkar FHN-ə, vaxtilə cinayət işini saxtalaşdırdığına görə prokurorluq orqanlarından xaric edilmiş birisi də Baş prokurorluğa rəhbərlik edir. 34 nəfərin həyatına son qoymuş bir faciə haqqında onların verdiyi açıqlama bundan artıq olmayacaq ki. Azneftin tarixində ilk dəfədir ki, neft sənayesinə aidiyyəti olmayan adam Dövlət Neft Şirkətinə başçılıq edir. Hanı milyonlarla vəsait xərclədiyiniz təhlükəsizlik texnikası, əmək mühafizəsi, təbii fəlakət zamanı neftçilərin odda yanmamaları, suda batmamaları üçün istifadə etməli olduqları qoruyucu geyimlər, fövqəladə böhran şəraitində insanları xilas etmək üçün aldığınız avadanlıq? Bu qardaşlarımıza Allahdan rəhmət diləyirik, ailələrinə başsağlığı veririk, onlar tək təbii fəlakətin deyil, həm də məmur səhlənkarlığının, bacarıqsızlığının, laqeyidliyinin qurbanı oldular”.
ALLAH RƏHMƏT ELƏSIN !
1. Qasımov İman Şura o. 01.12.1967/
2 .Qasımov Mübariz Dilqəm o. 21.01.1958/
3 .Quliyev Fəxrəddin Xancan o. 05.01.1957/
4 .Riaxanov Edik Rivazin o. 15.01.1983/
5 .Babazadə Tural Fətəli o. 01.09.1993/
6 .Quliyev Əzizağa Nöhbala o. 16.09.1953/
7 .Rəsulov Elşad Balaoğlan o. 24.03.1971/
8 .Qasımov Bayram Mirzəağa o. 20.03.1978/
9 .Abdullayev Adil Ələkbər o. 19,02,1953/
10. Tağıyev Fuad Tahir oğlu 23.02.1981/
11. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954/
12 .Şirəliyev İzzət Qəmbər o. 10.05.1973/
13m Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978/
14. Niyazov Seyfəddin Abil o. 09.02.1968/
15. Babayev Mikayıl İsmayıl o. 06.11.1963/
16. İskəndərov İnqilab Osman o. 29.11.1957/
17. Mahmudov Ağa İzzət o. 24.03.1968/
18 .Mayborda Oleq Akimoviç 21.11.1971/
19. Mayılov Samir Cahangir o. 07.03.1984/
20 .Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962/
21. İbrahimov Xalid Bəşir o. 12.08.1971/
22 .Həsənov Zaur Vahid o. 24.12.1975/
23. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967/
24 .Hüseynov Bəhlul Sirac o. 25.11.1969/
25 .İsgəndərov Habil Tağı o. 05.03.1965/
26m Səmədov Xoşbəxt Xanış o. 6.09.1981/
27 .Həsənov Ramiz Nüsrəddin o. 02.08.1965/
28 .Xəlilov Zaur Arif o. 15.09.1975/
29 .Sahmarov Sahib Güloğlan o. 02.08.1973/
30 .Əliyev Əyyub Xəlil o. 22.07.1973/

Bilinmir ki, bu, Fövqaladə Hallar Nazirliyidir, yoxsa Mətbuat Nazirliyi. Aydın deyil ki, bunların vəzifəsi real qəza və bədbəxt hadisələrdən insanları xilas etməkdir, yoxsa nazirliyin mətbuatda piarını təşkil etmək. Əlbəttə ki, neft platformasındakı bədbəxt hadisənin səbəbi güclü küləkdir. Amma dənizdə neft çıxarıb satmaqla pul qazanan ölkə üçün belə qəzalar gözlənilməz olmalı deyil axı. Neft sənayesində əvvəllər də çoxsaylı qəzalar olub axı. Niyə dövlət içində dövlət olan FHN hazır olmayıb belə qəzaya?
Yanğın başlayandan təqribən yarım gün keçmiş paylaşılan fotolarda yanğının söndürülməsinə hələ də başlanılmadığı aydın görünürdü. Yalnız bir sutkaya yaxın vaxt keçdikdən sonra yanğının bir neçə gəmi tərəfindən söndürülməsinə cəhd edildiyi görüntüləndi. Məhz belə situasiyalarda işləmək üçün 11 gəmi almısınız axı. Niyə o gəmiləri səfərbər etmək bu qədər uzun vaxt aldı? Nardaranı utanmaz-utanmaz dənizdən də gəmilərlə çox operativ qaydada blokadaya almış hökumətin xilasedici gəmiləri yanğın yerinə niyə belə gec gəldi?
Niyə ARDNŞ hesab edir ki, onun işi yalnız neft çıxarıb onu şirkət rəhbərliyinin qohumları vasitəsilə satmaqdan, işçilərin boğazlarından kəsilmiş pullarla bahalı ofislər almaqdan və digər iri korrupsiya layihələrini maliyyələşdirməkdən ibarətdir?
Biz indi hansı zamanda yaşayırıq? Fırtına, əsəcək küləyin sürəti xeyli əvvəldən metereologiya xidməti tərəfindən deyilir axı. Niyə əvvəlcədən tədbir görülməmişdi?
Biz indi hansı zamanda yaşayırıq? Fırtına, əsəcək küləyin sürəti xeyli əvvəldən metereologiya xidməti tərəfindən deyilir axı. Niyə əvvəlcədən tədbir görülməmişdi?
Məgər dənizdə güclü küləyin olması, bu güclü küləyin yanğına səbəb olma ehtimalı çoxmu gözlənilməzdir? Axı bundan əvvəl də müxtəlif qaz yatağında, neft quyusunda çoxsaylı qəzalar olub. ARDNŞ hər il orta hesabla 20 nəfərə yaxın işçisini müxtəlif qəza və bədbəxt hadisələrdə itirirsə, niyə güclü təhlükəsizlik tədbirləri görülmür? Niyə əməyin təhlükəsizliyi təmin olunmur? İşçilər "hidrokostyum" və xilasedici jiletlərlə niyə təmin edilməyib?
Niyə bütün dövlət orqanları baş verən faciə ilə bağlı əhalini məlumatlandırmaq əvəzinə, yalan məlumatlar yaydı? Anlamaq çətindirmi ki, onsuz da bu qədər insan təlafatını gizlətmək mümkün olmayacaq? Etdiyiniz saxtakarlığa, söylədiyiniz yalanlara görə heç utandınızmı?
Bina uçur, binanın sakinləri günlərlə dağıntılar altında qalıb əzab çəkərək məhv olur, onları xilas edən tapılmır. Bina yanır, söndürə bilmirsiz, insanlar evlərində yanır, tüstüdən boğulub ölür, xilas edən tapılmır. Dənizdə platformada yanğın çıxır, yenə də insanları xilas edə bilmirsiniz. Buna görəmi özünüzü regionun “lider” dövləti adlandırırsınız?
Aydın məsələdir ki, İlham Əliyevin yaratdığı dövlət komissiyası bu suallara cavab verməyəcək. Səhlənkarlığa yol vermiş, vəzifəsinin öhdəsindən gələ bilməmiş heç bir böyük vəzifə sahibi cəzalandırılmayacaq. Çünki hazırkı dövlət mexanizmi xalqa, konkret insana xidmət niyyətilə deyil, xalqın sərvətlərini talamaq, özünü isə susdurmaq məqsədilə qurulub. Çünki bu hökuməti xalq seçməyib. Bunlar özlərini xalq qarşısında məsul bilmirlər. Əgər xalqın qeydinə qalan, onu qoruyan, mənafeyini hər şeydən üstün tutan bir hakimiyyət istəyiriksə, onu özümüz qurmalıyıq. Hökumətləri xalqa tabe edən, xalq qarşısında məsuliyyətli edən əsas mexanizm isə demokratik seçkilərdir. Bu ölkədə demokratiyanı bərqərar edənə qədər heç birimiz cinayətkarcasına səhlənkarlığın, cəzasızlığın, dövlət orqanlarında yuva salmış cinayətkarlığın qurbanı olmaqdan və qanımızın batırılmasından sığortalanmamışıq.
Allah həlak olan neftçilərə rəhmət etsin, ailələrinə səbr versin, millətimizə də kömək olsun ki, nəhayət, bu ölkədə söz sahibi ola bilsin.
Allah həlak olan neftçilərə rəhmət etsin, ailələrinə səbr versin, millətimizə də kömək olsun ki, nəhayət, bu ölkədə söz sahibi ola bilsin.