Manşet
İnsanlar intİhar çıxış yolu deyil ,öz haqqlarınızı tələb edin.Yaxsı insanların ardinca gedin, onlara şər atanda sizdə inanmayın,bu hökümət artıq sizi dəfələrlə aldadıb.
Bu gün Gədəbəy Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Şınıx kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Famil qızı Hüseynova özünü yaşadığı evdə yandırıb. Bədəninin 95 faizi yanan qadının vəziyyəti olduqca ağırdır.
Daha bir məlumat isə paytaxtın Binəqədi rayonunda Azərbaycan Dövlət Texniki Universitetinin müəllimi intihar etməsidir Binəqədi Rayon Polis İdarəsinin verdiyi məlumata görə, 1954-cü il təvəllüdlü Zeynalov Elimdar Gülmalı oğlu M.Rəsulzadə qəsəbəsində yerləşən evinin çardağında özünü asıb.
Bu günə olan sonuncu məlumat isə Xətai Rayon Prokurorluğundan gəlib, paytaxtın Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 90 ünvanında yaşayan 1930-cu il təvəllüdlü Qəmiyzə Haqverdi qızı Niftəliyeva özünü yaşadığı evin 7-ci mərtəbəsinin eyvanından atıb. 85 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Bilin ki, bu bədbəxçiliklər biz nə qədər susacağıqsa bi o qədər davam edəcək. ALLAH RƏHMƏT ELƏSİN!
Məmməd Əmin Rəsulzadə ilə bağlı məsələni qoyaq bir qırağa, nəticədə Milli Məclisin birinci iclasına Naqif kimi qatılan şəxs, üçüncü iclasda Naqis kimi yadda qaldı. Amma gəlin onunla bağlı digər nüanslara da diqqət yetirək:
1) Gəncə kimi yerdə YAP-ın yerli şöbəsinə sədr, İH başçısının müavini olub, deputat mandatı qazanıb, amma ağlının bir köşəsinə yaza bilməyib ki, KİV nümayəndələrinin təkcə səsli yazılmış müsahibəni yox, qeyri-rəsmi toplantılarda səslənən fikirləri, söylənən rəyləri də oxucuya çatdırmaq ixtiyarı var. Deməli, statusuna adekvat olmayan şəxsiyyət problemi var.
2) Bu günkü açıqlamalarından da görünür ki, onun Rəsulzadəyə münasibəti birmənalı olaraq neqativdir. Tamam, haqqı, hüququdur. Hətta onun şəxsi mövqeyi YAP-ın ümumi mövqeyindən də kənara çıxa bilər. Bu da sorun deyil. Amma bunu hansı üslubda, hansı əsaslandırma ilə deyir? Şəxsin intellekt və nəzakət problemi var.
3) "Mənə qarşı kampaniya aparırlar", "mən provokasiyaya çəkməyin", "mənim yeganə liderim Heydər Əliyevdir" (Bəs, üzvü olduğun partiyanın sədri İlham Əliyev?). Bu günkü açıqlamalarında önə çıxan ştrixlərdir. Birinci aqoniya, ikinci qorxaqlıq, üçüncü növbəti siyasi xətadır. Deməli, şəxsin səriştə problemi var.
4) Yaşından, cinsindən, himayədarından asılı olmayaraq açıq debatlarda püxtələşməmiş fərdləri Milli Məclisə transfer etmək dövlətə də, hakimiyyətə də, parlamentə də, cəmiyyətə də zərərdir. Əgər xatırlayırsınızsa, hələ seçkilərdən xeyli əvvəl demişdim ki, hakim komanda Milli Məclisə mümkün adayları nəzərdən keçirərkən sosial şəbəkələri bir indikator kimi nəzərə almalıdır. Bu cənab isə fəxrlə deyir ki, FB-da yoxdur, sosial şəbəkələrdən uzaqdır. Halbuki, sosial şəbəkələrin gücünü başa düşsəydi, məsələ heç bu yerə gəlməyəcəkdi. Deməli, şəxs asosialdır.
Çöldə canavartək ulayır külək,
Şeytan cilidində məkrli mələk,
Küləklə gələrək toxudu kələk.
Havada sazaq var, içimdə boran,
İşıqsız, ocaqsız qaldı Nardaran.
Şeytan cilidində məkrli mələk,
Küləklə gələrək toxudu kələk.
Havada sazaq var, içimdə boran,
İşıqsız, ocaqsız qaldı Nardaran.
Bayırda qəflətən başladı tufan,
Əllərdə avtomat, can alıb, yaxan,
Sanki kino idi, mat qaldı baxan.
Döyüşdə görmüşdük bu cürə taran,
O günü alovsuz yandı Nardaran.
Əllərdə avtomat, can alıb, yaxan,
Sanki kino idi, mat qaldı baxan.
Döyüşdə görmüşdük bu cürə taran,
O günü alovsuz yandı Nardaran.
Dəhşətə gətirdi görən hər kəsi:
Ananın qucaqda yatan körpəsi,
Qışqırıb ayıldı, tutuldu səsi.
Xalqın düşmənidir, planı quran,
Alovsuz, ocaqsız yandı Nardaran.
Ananın qucaqda yatan körpəsi,
Qışqırıb ayıldı, tutuldu səsi.
Xalqın düşmənidir, planı quran,
Alovsuz, ocaqsız yandı Nardaran.
Külək aman vermir, durmadan əsir,
Soyuq şiddətlənib əhdimi kəsir,
Kəndin əhalisi nalan və yesir.
O günü qurşuna tutuldu Turan,
Köməksiz, arxasız qaldı Nardaran.
Soyuq şiddətlənib əhdimi kəsir,
Kəndin əhalisi nalan və yesir.
O günü qurşuna tutuldu Turan,
Köməksiz, arxasız qaldı Nardaran.
Xərçəng yaradan çox faktor vardır. Tütün məmulatları, spirtli içkilər, ətraf mühit demişkən mikrobları, virusları da xatırlatmaq lazımdır.
Aşağıda ABŞ Milli Xərçəng Cəmiyyətinin (cancer.org) infeksiya tərəfindən yaradılan xərçəng nisbətini göstərən qrafikidir. Bəzi faktlar:
1. Uşaqlıq boynu xərçənglərinin hamısı HPV infeksiya tərəfindən əmələ gəlir. Azərbaycanda ən çox qadın ölümünə səbəb olan xəstəlikdir.
2. Mədə xərçənginin 90%-i infeksiya tərəfindən əmələ gəlir. Helicobacter Pylori deyilən bu bakteriyanın asan müalicəsi var.
3. Qaraciyər xərçənginin 77%-i Hepatitlər nəticəsində əmələ gəlir. Bu gün B tipli hepatitin peyvəndi, C tipli hepatitin müalicəsi var.
Ən çox görülən, ən ölümcül xərçənglərin belə yaranmadan müalicəsi var.
Müalicəsi olan xəstəlikdən ölmək yazıqdır.
Nə etməli:
-bütün qadınlar HPV peyvəndi etsinlər. Bir çox ginekoloq bunu rahatlıqla edir. Ucuzdur.
-mədə şikayətləri olan insanlar bir-iki dərman alın məsələni yola vermək əvəzinə, qaydalara uyğun qastroskopiya, biopsiya və uyğun antibiotik müalicəsi də alsınlar.
-hər kəs hepatitləri yoxlatdırıb, xəstə olanlar mütləq müalicə alsınlar.