Manşet
Çöldə canavartək ulayır külək,
Şeytan cilidində məkrli mələk,
Küləklə gələrək toxudu kələk.
Havada sazaq var, içimdə boran,
İşıqsız, ocaqsız qaldı Nardaran.
Şeytan cilidində məkrli mələk,
Küləklə gələrək toxudu kələk.
Havada sazaq var, içimdə boran,
İşıqsız, ocaqsız qaldı Nardaran.
Bayırda qəflətən başladı tufan,
Əllərdə avtomat, can alıb, yaxan,
Sanki kino idi, mat qaldı baxan.
Döyüşdə görmüşdük bu cürə taran,
O günü alovsuz yandı Nardaran.
Əllərdə avtomat, can alıb, yaxan,
Sanki kino idi, mat qaldı baxan.
Döyüşdə görmüşdük bu cürə taran,
O günü alovsuz yandı Nardaran.
Dəhşətə gətirdi görən hər kəsi:
Ananın qucaqda yatan körpəsi,
Qışqırıb ayıldı, tutuldu səsi.
Xalqın düşmənidir, planı quran,
Alovsuz, ocaqsız yandı Nardaran.
Ananın qucaqda yatan körpəsi,
Qışqırıb ayıldı, tutuldu səsi.
Xalqın düşmənidir, planı quran,
Alovsuz, ocaqsız yandı Nardaran.
Külək aman vermir, durmadan əsir,
Soyuq şiddətlənib əhdimi kəsir,
Kəndin əhalisi nalan və yesir.
O günü qurşuna tutuldu Turan,
Köməksiz, arxasız qaldı Nardaran.
Soyuq şiddətlənib əhdimi kəsir,
Kəndin əhalisi nalan və yesir.
O günü qurşuna tutuldu Turan,
Köməksiz, arxasız qaldı Nardaran.
Hiç yorum yok: