reklam

Manşet

Dr. Vasif İsmayıl.Hansı orqan xərçəngləri infeksiya tərəfindən yaradılır?

Yazar Unknown 4 Aralık 2015 Cuma 0 yorum
Dr. Vasif IsmayılXərçəng yaradan çox faktor vardır. Tütün məmulatları, spirtli içkilər, ətraf mühit demişkən mikrobları, virusları da xatırlatmaq lazımdır.
Aşağıda ABŞ Milli Xərçəng Cəmiyyətinin (cancer.org) infeksiya tərəfindən yaradılan xərçəng nisbətini göstərən qrafikidir. Bəzi faktlar:
1. Uşaqlıq boynu xərçənglərinin hamısı HPV infeksiya tərəfindən əmələ gəlir. Azərbaycanda ən çox qadın ölümünə səbəb olan xəstəlikdir.
2. Mədə xərçənginin 90%-i infeksiya tərəfindən əmələ gəlir. Helicobacter Pylori deyilən bu bakteriyanın asan müalicəsi var.
3. Qaraciyər xərçənginin 77%-i Hepatitlər nəticəsində əmələ gəlir. Bu gün B tipli hepatitin peyvəndi, C tipli hepatitin müalicəsi var.
Ən çox görülən, ən ölümcül xərçənglərin belə yaranmadan müalicəsi var.
Müalicəsi olan xəstəlikdən ölmək yazıqdır.
Nə etməli:
-bütün qadınlar HPV peyvəndi etsinlər. Bir çox ginekoloq bunu rahatlıqla edir. Ucuzdur.
-mədə şikayətləri olan insanlar bir-iki dərman alın məsələni yola vermək əvəzinə, qaydalara uyğun qastroskopiya, biopsiya və uyğun antibiotik müalicəsi də alsınlar.
-hər kəs hepatitləri yoxlatdırıb, xəstə olanlar mütləq müalicə alsınlar.

Hiç yorum yok: